Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nəhayət, 200 ildən sonra:İran Azərbaycanın ovucuna düşdü

 

Want create site? Find Free WordPress Themes and plugins.

 

 

 

İranın Yol və Şəhərin İnkişafı naziri Abbas Axundi Gürcüstana səfəri zamanı İranın Bakı-Tiflis-Qars dəmir yolunun Təbriz şəhərinə qədər uzadılmasını təklif etdiyini deyib. Bu məsələ ilə bağlı Türkiyə tərəfi ilə müzakirə aparılıb və memorandum imzalanıb.

Yenixeber.org: Təbii ki, təklifin Azərbaycan üçün iqtisadi və siyasi xeyiri olmaya bilməz. Politoloq Elxan Şahinoğlu sözügedən təklifin Azərbaycan üçün imkanlarından danışıb:

“Bakı-Tiflis-Qarsın Təbrizə qədər uzanması İranla Azərbaycan arasında iqtisadi əlaqələri, gediş-gəlişi gücləndirəcək. Çünki biz İranda yaşayan azərbaycanlılarla əlaqələrin inkişafını istəyirik. Bir İran azərbaycanlısı bura gəlsə, Azərbaycan vətəndaşları da sərbəst şəkildə Təbrizə, Ərdəbilə keçmək imkanı əldə edəcək. Bu indi də mümkün idi. Lakin indiki imkanlarla biraz vaxt aparırdı. Qatar olsa, bu vasitə ilə getmək daha rahat olar. Bu baxımdan dəmiryolu xəttinin Təbrizə qədər uzanması Azərbaycana istənilən mənada faydalıdır. İranla siyasi, iqtisadi və insani əlaqələrin inkişafı baxımından yaxşı fürsətdir. İqtisadi xeyiri budur ki, xəttin əsas məqsədlərindən biri Çindən çıxan malların Avropaya daşınmasıdırsa, İran da bu marşrutdan istifadə edə bilər”.

Politoloq əlavə edib ki, təklifin Azərbaycan üçün siyasi imkanları da az deyil:

“Ümumiyyətlə nə qədər iqtisadi əlaqələr güclü olsa, İran da bir o qədər, Azərbaycanın maraqlarını nəzərə almaq məcburiyyətində qalacaq. Bizim ən böyük narazılığımız odur ki, İranın Ermənistanla sıx əlaqələri var. Tutaq ki, İranın xarici işlər naziri gedib İrəvana, Ermənistanın sülhdə oynadığı roldan danışır. Bilmirəm nə roldur o. Biz bundan narazıyıq və bu siyasətin dəyişməsini istəyirik. Amma bu siyasəti, belə asanlıqla ortadan qaldırmaq mümkün olmayacaq. Gərək biz İran tərəfi ilə əlaqələrimizi genişləndirək və onlara izahat işi aparaq. Digər tərəfdən İranda yaşayan azərbaycanlıların, qonşu ölkənin apardığı siyasətə  təsir imkanları olmalıdır.(A24.Az)

Nərmin Kərim


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam