Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakı İrəvana yalnız bir şərtlə şans verə bilər - Politoloq

 Ermənistanın ərazisindən Gürcüstana gedən dəmiryolu vasitəsiylə Bakı-Tiflis-Qars dəmiryoluna qoşulmaq iddiası boş xülyadır. Torpaqlarımızı işğaldan azad etməyənə qədər Ermənistanı bölgədəki iri layihələrdən məhrum etmək tam haqqımızdır

 

 

 

Yenixeber.org: Sabiq dövlət müşaviri Qabil Hüseynli  bildirib ki, ermənilər Bakı-Tiflis-Qars dəmiryolunun inşası zamanı da Gümrüdən Tiflisə gedən dəmiryolunun olması ilə fikirlər səsləndirmişdilər:

“Türkiyə də bu məsələdə sona qədər yanımızdadır. Bircə İranın bu plana qoşulmaması Ermənistanı ayaq üstündə saxlayır. Bütövlükdə Türkiyə, Azərbaycan, müəyyən qədər də Gürcüstan Ermənistanı blokadada saxlaya bilir. Ermənistan bölgədəki dağıdıcı siyasətindən əl çəkməyincə bütün layihələrdən kənarda saxlanılacaq. İrəvanın Azərbaycanın maliyyəsi ilə reallaşan böyük bir layihəyə qoşulmaq xülyası ilə yaşaması sadəcə axmaqlıqdır. Bəli, Bakı-Tiflis-Qars dəmiryolunun bir hissəsi Ermənistan ərazisindən keçirdi və onu cuzi xərclə təmin edib, çəkilən xərcləri azaltmaq mümkün ola bilərdi. Ancaq Azərbaycan işğalçını bölgədəki böyük iqtisadi layihələrdən məhrum etmək siyasətini Ermənistan danışıqlar masası ətrafına qayıdaraq ölkəmizin ərazi bütövlüyünü tanıyana, bölgədə ümumi etimad şəraiti formalaşana, xalqlararası münasibətlər və qarşılıqlı ticarət əlaqələri bərpa olunana qədər davam edəcək”.

Qeyd edək ki, erməni mətbuatı Ermənistanla Gürcüstan arasında dəmiryolu əlaqəsinin mövcudluğunu əsas gətirərək Bakı-Tiflis-Qars dəmiryolu vasitəsilə erməni yüklərinin daşınmasının qadağan olunması üçün heç bir mexanizmin olmadığını qeyd edib. Hətta bu dəmiryolunun istifadəsinin Türkiyənin Qafqazla birləşməsinə və regional siyasətdə bir çox dəyişikliklərin yaranmasına səbəb olacağı bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam