Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rus ekspert:Latın əlifbasına keçid Qazaxıstanda Rusiyanın “yumşaq güc”ünü zəiflədir” – Təhlil

 

Aleksey Neçayev

vz.ru, 27.10.2017

 

Yenixeber.org: Nazarbayev qazax əlifbasından latına keçid haqda sərəncam imzalayıb. İslahata 115 milyon dollar vəd olunub. Bu islahatı Qərbə sarı təzim və Moskvanın Qazaxıstandakı nüfuzunu zəiflətmək cəhdi kimi dəyərləndirmək olar, çünki yerli gəncliyin rus dilinə marağını zəiflədəcək. Lakin əlamətlər də var ki, əslində, heç bir islahat olmayacaq.

Qazaxıstan prezidentinin imzaladığı sərəncama əsasən respublika hökumətinə qazax dili əlifbasının latın qrafikasına keçidi üzrə milli komissiya yaratmaq, həmçinin 2025-ci ilədək qazax dili əlifbasının mərhələ-mərhələ latın qrafikasına keçidini təmin etmək tapşırılıb. Prezident öz administrasiyasının rəhbəri Adilbey Caksıbeyov və onun birinci müavini Marat Tajinlə görüşdə deyib: “Komissiya öz işini bitirib. Son variant dərc olunub. Alimlər, dilçilər, siyasətçilər, gənclik və Qazaxıstan xalq Assambleyası təmsilçiləri arasında konsensus var. Cəmiyyət bütövlükdə bəyənir”.

Nazarbayev diqqəti qazax əlifbasından latına keçidin mərhələli və sistemliliyinin önəminə cəmləyib. Keçid uzunmüddətli olacaq və ilkin məlumatlara görə, 115 milyon dollara başa gələcək.

Vzqlyad” qəzetinin yazdığı kimi, Nazarbayev yarımil qabaq latın şriftinə keçidi müzakirəyə başlamağı, xüsusən artıq 2018-ci ildən məktəblərdə yeni qaydada öyrətməyi əmr etmişdi. Amma islahat haqda əvvəllər də xatırladıb. Məsələn, “Qazaxıstan-2050” strategiyasında 2025-ci ildə latın əlifbasına keçiddən danışılıb. Latın əlifbasına keçid üzrə işçi qrup oktyabrın 9-da nəticələri prezidentə təqdim edib.

Nazarabayevin islahatlara başlayacağına hələ yarım il öncə şübhə edən MDB ölkələri institutu Orta Asiya şöbəsinin rəhbəri Andrey Qrozin indi boynuna alır ki, “demək olar, şübhə yeri qalmır”. Lakin istisna etmir ki, Nazarbayevin varisi kirill əlifbasına qayıda bilər. Planlara əsasən, keçid 2025-ci ilə doğru həyata keçirilməlidir – yəni “aşkarca fəaliyyətdəki prezidentin dönəmində deyil”.

Qrozin “Vzqlyad” qəzetinə deyir: “Bu mövzuda kütləvi sosial sorğular aparılmayıb. Aydındır ki, hər şey elə də birmənalı deyil. Bu, fəaliyyətdəki 77 yaşlı prezidentin sırf subyektiv qərarıdır. O özünü tarix dərsliklərinə daxil edir. Yəqin ki, təkcə paytaxtın köçürülməsi bu cür irimiqyaslı şəxsiyyət üçün yetərli deyil”.

Onun sözlərinə görə, bu islahatın planını Qazaxıstanın keçmiş Rusiya səfiri, indi Nazarbayev administrasiyasında ideologiyaya sorumlu  Tajinin ayağına yazırlar.

Rusiyalı politoloq qeyd edir: “O, çox savadlı və bacarıqlı, prezident çevrəsində ən ağıllı adamdır. Lakin küləyin haradan əsdiyi, bu yeni dəbli bütün ideoloji oyunların harası məlumdur. Hələ üç il qabaq Kaznet-də Qazaxıstanın Ukraynanın 2014-cü ilədək hərəkətləndiyi trayektoriya üzrə nəsə təhlükəli bir tərzdə hərəkət etdiyi haqda fikirlə rastlaşmazdınız. İndi isə bu cür fikirlər tez-tez səslənir”.

Diqqətçəkəndir ki, Qazaxıstanın özündə politoloqlar əvvəlkitək hesab edirlər ki, Nazarbayev blef edir. Real politik analitika xidmətinin (Qazaxıstan) rəhbəri Talqat Mamırayımov “Vzqlyad” qəzetinə bildirir: “Birincisi, bu plan praktikada gerçəkləşməyəcək, çünki buna yetərincə pul qoyulmayıb. Bu, çox ehtimal ki, yayındırıcı manevr və hədəfi sayı tam 70%-ə çatan qazax elektoratının səsini “satın almaq” olan piar gedişdir”.

Politoloq hesab edir: “İkinci məqam. Son dövrlər ölkəmizdə Nazarbayevin Qərbin dəstəyi olmadan hakimiyyəti varislərə ötürmək üzrə planını gerçəkləşdirə bilməyəcəyinə işarə edən hadisələr inkişaf edir. Nazarbayev anlayır ki, Rusiya-Qərb münaqişəsinin qurbanı ola bilər. Qazaxıstan lideri latın əlifbası ideyası ilə onların qılığına girməyə cəhd edir”.

Maymırayımov qeyd edir ki, Nazarbayev yarımil əvvəl islahatı car çəkəndən bəri Qazaxıstanda bu pulları infrastrukturun inkişafına yönəltməyi birbaşa tələb edən adamların sayı ancaq çoxalıb.

O, əlavə edir: “Qazaxıstanda siyasi prosesə maraqları Qərbə yönələn elitalar quruluş verir, halbuki sadə qazaxların əksəriyyəti rus xalqı və Rusiya ilə dostluq münasibətlərinin inkişafının tərəfdarıdır”.

Qeyd etməyinə dəyər ki, latın əlifbasına keçid qazax KİV-lərinin əksəriyyətində ölkəni modernləşdirməyə kömək edəcək mütərəqqi addım kimi təqdim olunur. Bunu, məsələn, adətən, Nazarbayevin ideyalarını vətəndaş cəmiyyəti arasında yaymağa nəzərdə tutulmuş “Qazaxıstan-2050” ictimai hərəkatında qeyd edirlər. “Kazinform” hərəkat liderlərindən biri Muxtar Mankeyevdən sitat gətirir: “Latın əlifbası son onilliklərdə dünya dillərinin əksəriyyətinin təkcə qrafik təməli olmayıb. O, texnoloji tərəqqi və informasiya-kommunikasiya texnologiyalarının da ayrılmaz tərkib hissəsidir. Bu, öncül biliklərə, elmi icralara, texnoloji inkişafa və insanların rəqəmsal təmasına pəncərədir. Bütün dünyanın rəqəmsal inkişafının yeni mərhələsi məhz latın əlifbası olub”.

Xatırladaq ki, 1928-ci ildə Kamal Atatürkün sərəncamı ilə türk dili latın əlifbasına keçirilib. Elə həmin il SSRİ-də latın əlifbası əsasında türk dilləri üçün oxşar əlifba – “yanəlif” tətbiq olunub. O, 1940-cı ilədək fəaliyyətdə olub, sonra kirillə əvəzlənib. Tarixçilər kirilləşmənin səbələrindən biri kimi 1930-cu illərin sonunda Türkiyə ilə münasibətlərin pisləşməsini qeyd edirlər. SSRİ dağılandan sonra Azərbaycan, Özbəkistan, Türkmənistan hökumətlərinin qərarı ilə dövlət dilləri yenidən latın əlifbasına keçirilib.

Qrozin bu arada xatırladır: SSRİ dağılandan sonra latına keçilən Özbəkistanda hökumət ziyalılaradan geri qayıtmaq təklifi ilə kollektiv məktublar alıb. Onun sözlərinə görə, keçid gözlənilən nəticələri gətirməyib. Özbək dilinin kirill təməli saxlanır. Deməli, dövlət strukturlarının saytları dörd transkripsiyada təqdim edilib: rus, ingilis, özbək kirilli və latınlaşdırılmış özbəkə. Son 70 ilin ədəbi mirasının tərcüməsiylə bağlı respublikada böyük problemlər meydana çıxıb. Qrozin razıdır ki, əlifbanın latına keçirilməsi Qazaxıstan cəmiyyətində Rusiyanın “yumşaq güc”ünü zəiflədəcək.

Latına keçid halında qazax gəncliyi rus dilindən daha da uzaqlaşacaq, “təhsil sistemi isə bu əlamət üzrə əhalini daha çox parçalayacaq”.

Ekspert xəbərdarlıq edir: “Amma başlıcası budur ki, cəmiyyət modernləşməyəcək, axmaqlaşacaq”.(strateq)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam