Bərzaniyə daha bir zərbə... Almaniya hərbi dəstəyi dayandırır
Almaniya hökuməti, Şimali İraq Kürd Muxtariyyətinin referendumundan sonra peşmergə əsgərləri üçün hərbi dəstəyi davam etdirib-etdirməyəcəyini yenidən nəzərdən keçirəcək.
Yenixeber.org: Almaniyanın Xarici İşlər Nazirliyinin sözçüsü Martin Şifer bildirib ki, bölgədəki vəziyyəti sükut içərisində izləməyəcəklər.
Qeyd edək ki, alman ordusu 2014-cü ildən Şimali İraq Kürd Muxtariyyətinə kömək edir. Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, peşmergəyə sonuncu dəfə iyulda ehtiyat hissələri və tibbi ləvazimatlar göndərilib. Alman ordusunun bölgədəki vəzifəsi dekabr ayının sonunda bitir.









AZ
RU