Redaktor seçimi
“Rəqabət Məcəlləsi” Kamaləddin Qafarovu durdura biləcəkmi? -
Məşhur Məmmədovun biznesi və şansları necə “əriyir?” -
Ramil Rəhimov Abşeron-Xızı Mədəniyyət İdarəsində oturub Quba-Xaçmazdakı əməllərini ört-basdır edir -
SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir -
YAP-ın namizədlər siyahısından kənarda qalan Mahir Abbaszadə barədə ŞOK FAKTLAR –
Elmir Ramazanovun özbaşınalıqları... -
Əziz Əzizov haqda ŞOK İDDİALAR -
Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsindən şikayət var:
Günün xəbəri

Gəncə Dövlət Universitetindən yeni xəbərlər

 

 “Biz və Onlar” adlı  xeyriyyə konserti 
         

"Xeberinfo.com": 19 dekabr 2014-cü il tarixdə  Gəncə  Dövlət Universitetinin rəhbərliyinin dəstəyi  və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Kimya-biologiya fakültəsi tələbələrinin Cəfər Cabbarlı adına  Gəncə  şəhər  Dram Teatrında “Biz və onlar” adlı xeyriyyə konserti olmuşdur. Konsertdən əvvəl Kimya-biologiya fakültəsinin dekanı dosent İsfəndiyar Alverdiyev, Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov, Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova çıxış edərək  son vaxtlar Universitetimizdə hər sahədə yaranan canlanmadan, uğurlu işlərdən, Gənclər Təşkilatının fəallığından bəhs etdilər. Kimya-biologiya fakültəsi tələbələrinin icrasına start verdikləri  “Biz və onlar”  layihəsi də bu qəbildən olan tədbirlərdən biri kimi öz bəhrəsini verməkdədir. Layihəyə əsasən konsert xeyriyyəçilik  məqsədi daşıyır.
Konsertin repertuarının maraqlı və zəngin olmasında Kimya-biologiya fakültəsi tələbələri ilə yanaşı Filolgiya, İqtisadiyyat və idarəetmə fakültə tələbələri də öz töhfələrini əsirgəməmişlər. Bu baxımdan xeyriyyəçilik konserti tamaşaçıların rəğbətini qazandı.
Tələbə Gənclər Təşkilatı xeyriyyəçilik konsertindən toplanan vəsaitlə uşaq evinə Yeni il sovqatı aparacaq, alınan hədiyyələrlə nisgilli balaları sevindirəcək, onların yaddan çıxmadıqlarını, tək olmadıqlarını bir daha nümayiş etdirəcəklər.

 

Alman Akademik Mübadilə Xidməti GDU-da imtahan keçirdi

 

Dörd ildən çoxdur ki, Gəncə Dövlət Universitetinin alman dili kafedrası Almaniya Xarici İşlər Nazirliyinin Almaniya dövlət universitetləri ilə birgə yaratdığı  Alman Akademik Mübadilə Xidməti təşkilatı ilə əməkdaşlıq edir. Keçən müddət ərzində Universitetimizin xeyli sayda tələbələri Almaniyanın müxtəlif universitetlərində yay kurslarında olmuş, magistr təhsillərini davam etdirmişlər. Dünyada ən yüksək təqaüd verən bu təşkilatın məqsədi Almaniya universitetləri ilə  dünya ölkələrinin ali məktəb əməkdaşlarının,  elmi tədqiqatçıların mübadiləsini həyata keçirmək və alman dilini yaymaqdır.
19 dekabr 2014-cü il tarixdə Almaniya dövlət universitetlərində növbəti yay kursları keçmək üçün Akademik Mübadilə Xidməti təşkilatı Gəncə Dövlət Universitetində növbəti seçim mərhələsinə başlamışdır. İki mərhələdən ibarət olan bu seçimin biricnci mərhələsində  təşkilatın dil assistenti Kristina Nuzgerin, məsləhətçi Ləman Qurbanovanın və Gəncə Dövlət Universitetinin alman dili kafedrasının müdiri Vüsalə  Kərimovanın nəzarəti altında  10 nəfər tələbə iştirak etmişdir. İmtahana qoşulan tələbələr Gəncə Dövlət Universiteti ilə yanaşı Azərbaycan Texnologiya Universitetini və Azərbaycan Dövlət Aqrar Universitetini də təmsil edirlər.


Maqbet Ehmedov

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam