Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“Türk ordusu İraqdan çıxmayacaq”

“İraq tərəfinin nə deməsindən asılı olmayaraq, türk hərbçiləri Başikada qalacaq”.

Xeberinfo.com:  Bunu Türkiyənin Baş naziri Binali Yıldırım deyib. Onun sözlərinə görə, bölgədə İŞİD-ə qarşı mübarizə aparmaq üçün türk hərbçilərinin həmin ərazilərdə qalması vacibdir.
“63 dövlət İŞİD terror qruplaşmasına qarşı mübarizə aparmaq məqsədi ilə İraqa hərbçi göndərib. Odur ki, İraq tərəfinin Türkiyəyə qarşı belə çıxış etməsi gülüncdür və bizim haqqımızda cəfəngiyyat danışmağa İraq hökumətinin həddi çatmaz”, – baş nazir bildirib.
Xatırladaq ki, Türkiyə ordusunun 500 hərbçisi Kürd Muxtar Bölgəsinin silahlılarına təlim keçmək üçün Mosul əyalətinin Başika mahalına yerləşdirilib.

Bu arada İraq hökuməti Türkiyənin Beşikadaki hərbi varlığı səbəbilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Avropa.info xəbər verir ki, “Reuters” agentliyinin yaydığı məlumata görə İraq dövlət televiziyasında bu gün məsələ ilə bağlı nümayiş olunan açıqlamada ölkənin Xarici İşlər Nazirliyinin türk əsgərlərinin varlığını pozuntu olaraq xarakterizə etdiyi və BMT TŞ-nın təcili iclasını çağırdığı bildirilir.

Xatırladaq ki, İraq Parlamenti ötən gün qəbul etdiyi qərarda Beşikadakı türk əsgərini işğalçı güclər olaraq xarakterizə etmişdi. Sözügedən qərar türk ordusunun ölkədən çıxarılması üçün İraq hökumətinin BMT TŞ-na təcili müraciətini və hökumətin ölkənin suverenliyinin qorunması üçün siyasi və diplomatik yollara müraciət etməsini əhatə edir.

Qeyd edək ki, Beşika hərbi bazasında 500-ə yaxın türk əsgərinin olduğu ehtimal olunur. Bundan başqa Şimali İraqın müxtəlif bölgələrində də Türkiyə ordusunun xüsusi təyinatlıları və zirehli texnikadan ibarət batalyonu var. Şimali İraq daxil olmaqla İraq torpaqlarındakı türk əsgərlərinin sayının 2 minə yaxın olduğu ehtimal olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam