Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Almaniyada FETÖ ilə əlaqəli 40 hərbçi təhvil verilməlidir" -Türkiyənin müdafiə naziri

türk alman flag

Türkiyə NATO strukturlarında çalışmış və 15 iyul hərb çevriliş cəhdindən sonra sığınacaq üçün Almaniyaya müraciət etmiş 40 hərbçinin təhvil verilməsini tələb edib.

Xeberinfo.com:   Türkiyənin müdafiə naziri Fikri İşıq deyib ki, Almaniyanın Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvü olmaqda şübhəli sayılan 40 hərbiçini Türkiyəyə təhvil verməsi lazımdır.

F. İşıq bildirib ki, Almaniya məhkəməsi və rəsmiləri məsələni diqqətlə dəyərləndirməli və həmin şəxslərin sığınacaq müraciətlərinə mənfi cavab verməlidir.  Türkiyə müdafiə naziri bu məsələni fevralın 15-də NATO müdafiə nazirlərinin toplantısında və daha sonra Münhen Təhlükəsizlik Konfransında almaniyalı həmkarı ilə müzakirə edəcəyini nəzərə çatdırıb: “Türkiyədə hərbi çevrilişə cəhd etmiş bir strukturun üzvü olduğu iddia edilən şəxslərin Almaniya tərəfindən himayə edilməsi Türkiyə ilə mədəni, sosial, siyasi əlaqələri çox güclü olan bir ölkə üçün qəbuledilməzdir. Bunun çox ciddi nəticələri ola bilər. Dünya terrorla mübarizədə Türkiyə ilə əməkdaşlığı gücləndirməlidir. Türkiyə terrorla səmimi və çox ciddi mübarizə aparır və yalnız qoyulmamalıdır. Bu gün Türkiyə yalnız buraxılsa, sabah yanlarında olacaq ölkə tapa bilməzlər. Almaniyadan gözləntimiz sığınacaqla bağlı müraciətləri rədd etməsi və Almaniyadakı FETÖ mənsublarının Türkiyəyə təhvil verilməsidir”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam