Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“Alman hüququ MİT üçün də etibarlıdır” -Alman nazir

Almaniyanın Ədliyyə naziri Heiko Maas Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) Almaniyada casusluq fəaliyyətləri icra etdiyi iddiaları ilə bağlı açıqlama verib.

 

Yenixeber.org:  Maas “MİT-ə dair ağır ittihamlar doğru çıxarsa, alman hüququnun tətbiqi Türk gizli xidməti üçün də etibarlı olacaq” deyib. Alman hüququnu Almaniyada yaşayan bütün insanları qoruduğunu ifadə edən Maas “casusluğun cinayət tərkibi var. Belə bir vəziyyətə səssiz qala bilmərik” söyləyib.
Almaniya Daxili İşlər naziri Tomas də Maiziere isə açıqlamasında “alman torpaqları üzərində casusluq fəaliyyətləri cəza tələb edir və bizim tərəfimizdən buna dözüm göstərilmir” deyib.
Yaşıllar partiyasının həmsədri Cem Özdemir isə alman hökumətini tənqid edib. Özdemir açıqlamasında “alman hökuməti burada yaşayan türkləri nə məktəbdə, nə də iş yerində Ərdoğanın buraya uzanan qolundan qorumuş görünmür” deyib.
Xəbər verildiyi kimi, Almaniya Federal Prokurorluğu Almaniyadakı Gülən qruplaşması simpatizanları haqqında kəşfiyyat fəaliyyəti apardığı şübhəsiylə MİT haqqında istintaq başladıb. MİT-in Almaniyadakı 300-ə yaxın adam və təşkilatı təqibə aldığı alman orqanları tərəfindən təsdiqlənib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam