Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Qarabağın nizama salınması Azərbaycanın daxili mövzusu deyil" -Rusiyanın xarici işlər naziri

"Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi şərti ilə işğal olunmuş ərazilərin azad edilməsi tələbi qüvvədə qalır".

Xeberinfo.com:   Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Ermənistanın Dağlıq Qarabağda işğal olunmuş Azərbaycan ərazilərini azad etməsinin mümkünlüyü barədə sualı cavablandırarkən deyib.

"Bu, artıq mücərrəd bir şey deyil. Bu, təkcə Azərbaycanın daxili işinin mövzusu deyil", - deyə S.Lavrov bildirib.

Onun sözlərinə görə, münaqişə ilə bağlı hələ münaqişənin qızğın vaxtında BMT Təhlükəsizlik Şurasında qəbul edilən və atəşkəs elan olunmasını tələb edən qərarlar var.

"Atəşkəs elan olunduqdan sonra Rusiya və ATƏT-in vasitəçiliyi ilə işğal olunmuş ərazilərin azad olunması tələbi qüvvədə qalır. Ancaq heç bir halda güc tətbiq edilməməsi şərti ilə. Bu şərt Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi zamanı da keçərlidir"", - deyə Rusiya XİN başçısı vurğulayıb.

Nazir həmçinin ötən ilin aprelində təmas xəttində baş verən toqquşmalara da toxunub: "Ötən ilin aprelində baş vermiş qanlı hadisə dərin narahatlıq yaradır. Rusiya həmin vaxt qan tökülməsinin qarşısının alınmasında vacib rol oynayıb. Vyanada, daha sonra Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri insidentlərin araşdırılması mexanizminin işə düşməsi və təmas xəttində ATƏT müşahidəçilərin artırılması barədə razılığa gəldilər. 2011-ci ildə də insidentlərin araşdırılması məsələsi Həştərxan görüşündə müzakirə edilmişdi. Bu tədbirlər çox vacibdir. İnsidentlərin araşdırılması və ATƏT müşahidəçilərinin sayının artırılmasına dair razılıq ona görə reallaşa bilmir ki, bununla bağlı ATƏT-də konsensus yoxdur. Bunu təşkilatın üzvlərindən də soruşmaq olar".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam