Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Dağlıq Qarabağ münaqişəsi hər an alovlana bilər”

 

"Xeberinfo.com":  Beynəlxalq Strateji Araşdırmalar Təşkilatının direktor müavini, məşhur türk politoloq Kamer Kasım Publika.az-a müsahibəsində Ukrayna böhranı, Dağlıq Qarabağ münaqişəsində yeni irəliləyişləri və Türkiyə-Azərbaycan siyasətinin birgə yürüdülməsi məsələlərini şərh edib.

 


- ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsi və Türkiyənin münaqişənin həllinə birbaşa cəlb olunması fikirləri səsləndirilir. Bu barədə nə deyə bilərsiniz?

- Türkiyənin Minsk qrupuna daxil olması Dağlıq Qarabağ probleminin həllinə dəstək ola bilər. Lakin Ermənistan tərəfinin bunu qəbul etməyəcəyini düşünürəm.



- Ukrayna böhranı davam edir. Analitiklərin fikrincə, Qərb Dağlıq Qarabağ münaqişəsinin həllinə Ukrayna kontekstində baxacaq və bu, həll variantının tapılmasına kömək edəcək?

- Dağlıq Qarabağ problemi “soyuq savaş” dönəmindən başlayaraq hələ də davam edən və Azərbaycan üçün olduqca acı nəticələri olan bir münaqişədir. Azərbaycan torpaqlarının 20 faizi işğal edilib və bir milyon insan qaçqın həyatı yaşayır. Uzunmüddətli sülh olmayacağı təqdirdə bu dondurulmuş münaqişə hər an alovlana bilər. Hazırda davam edən atəşkəs rejiminin pozulması da bunu göstərir. Bunun qarşısını almaq üçün təcili müdaxilə olmalı və Ermənistanın sülhə gəlməsi üçün təzyiq olunmalıdır. Bölgənin Avropadan uzaq olması Avropa Birliyinin bu münaqişə ilı yetərincə maraqlanmamasına səbəb olur.



- Qərbli analitiklərin fikrincə, 2015-ci ildə Bakı Qarabağda mövcud status-kvonun ləğvinə çalışacaq. Misal üçün, “Stratfor” analitik mərkəzi yazır ki, Rusiyanın düşdüyü vəziyyət Ermənistanı təkləyir və Azərbaycan bu situasiyadan lazımınca istifadə edəcək. Bu işdə Ankara da Bakının yanında olacaq.

- Dağlıq Qarabağ probleminə Rusiyanın baxış bucağının dəyişməsi və münaqişənin həllinin özünün də maraqlarına uyğun olduğunu görməsi vacibdir. Qərblə problemlər yaşayan Rusiya Qafqazda sabitliyi qoruyan güc olaraq ortaya çıxıb özünə imic yarada bilər. Lakin bunun üçün Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə və mövcud Ermənistan rejiminə yanaşması dəyişməlidir. Türkiyə Dağlıq Qarabağda uzunmüddətli sülhə nail olunması üçün Azərbaycana tam dəstək verir. Bu dəstək Azərbaycan Prezidenti İlham Əliyevin Ankaraya səfəri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindən bir daha dilə gətirilib.



- Qondarma “erməni soyqırımının” 100 illiyi keçiriləcək 24 apreldə Türkiyə Çanaqqalada yubiley keçirəcək. Ərdoğan İlham Əliyevi həmin gün Çanaqqalaya dəvət etdi. Bunu Bakı və Ankaranın erməni iddialarına qarşı birgə savaşı kimi qiymətləndirmək olar?

- Türkiyə və Azərbaycanın Dağlıq Qarabağ probleminin həllində olduğu kimi, erməni iddiaları məsələsində də ortaq işbirliyi vacibdir. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri zamanı Prezident Rəcəp Tayyip Ərdoğan Azərbaycana dəstəyini bir daha açıq şəkildə ifadə etdi. Türkiyə Prezidentinin 2015-ci il 24 apreldə Çanaqqala döyüşlərinin yüzüncü ildönümündə etdiyi dəvət tarixi çağırışdır. Türkiyə və Azərbaycanın vətəndaş cəmiyyəti institutları da beynəlxalq aləmdə erməni iddialarına qarşı birgə mübarizələrini daha da artırmalıdırlar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam