Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Qarabağ məsələsində əsas söz sahibi NATO yox, Putindir”

Rusiyalı politoloq: “Qarabağ məsələsində əsas söz sahibi NATO yox, Putindir”

 

 

“Dağlıq Qarabağ probleminin nizamlanmasına fəal şəkildə qatılmaq üçün NATO-nun hansısa imkanları yoxdur, nədən ki, artıq NATO və KTMT kimi hərbi alyansların nizamlamaya təsirini istisna edən müəyyən mexanizmlər mövcuddur”. 
Xeberinfo.com:  Musavat.com-un məlumatına görə, bu barədə tanınmış rusiyalı politoloq, “Şimal-Cənub” siyasi mərkəzinin aparıcı eksperti Aleksandr Karavayev Alyansın Varşava sammiti çərçivəsində Qarabağ müzakirələrinin perspektivini “Vestnik Kavkaza” nəşrinə şərh edərkən bildirib.
Bununla belə, onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin Varşavaya getməsi faktının özü Qarabağ məsələsi baxımından müəyyən intriqa yaradır: “Bu da ondan ibarətdir ki, Bakı və İrəvan üçün həmişə ATƏT-in Minsk Qrupunun bayrağı altında aparılan hazırkı nizamlama prosesinə alternativ tapmaq və yaxud belə bir alternativin axtarıldığını göstərmək mühüm əhəmiyyət kəsb edir. Alternativ dedikdə sanballı beynəlxalq nüfuzu olan hansısa Qərb təşkilatı nəzərdə tutulur. Əgər belə bir alternativ qismində təhlükəsizlik strukturu çıxış edərsə, o zaman, tərəflərin hesablamasına görə, bu, Qarabağ probleminin statusunu qaldıracaq və danışıqlar prosesində iki tərəfin mövqeyinə daha ağır sanbal gətirəcək”.
Ekspertin fikrincə, Dağlıq Qarabağ nizamlanması prosesində alternativ axtarışı rəsmi Bakıdan ötrü həmişə diplomatiyanın mühüm vəzifəsi olub. “Ermənistan da daima əli nəbzdə saxlamaq ehtiyacından çıxış edib ki, Azərbaycanın üçüncü ölkələrin öz maraqlarına cəlb eləmək cəhdlərinə qarşı əks addımlar atsın. İrəvanın işi bu mənada ondan ibarətdir ki, konfliktlə bağlı öz versiyasını təqdim etməklə problemin həllində Ermənistanın maraqlarının Avroatlantik təhlükəsizlik maraqları ilə üst-üstə düşdüyünü göstərsin”, - deyə politoloq qeyd edib və bu xüsusda NATO-nun şübhəsiz ki, “sanballı alternativ” ölçüsünə uyğun gəldiyini deyib.
Ancaq rusiyalı analitik əmindir ki, hələlik Qarabağ məsələsində yeganə moderator, vasitəçi və hər iki tərəfə həqiqi mənada təsir gücündə olan qüvvə məhz Moskva və şəxsən prezident Vladimir Putindir. “Ona görə də NATO, Brüssel və ya Vaşinqtonun Bakı və İrəvana Moskvadan daha çox təsir edə biləcəyi ilə bağlı alternativ ssenari sadəcə, reallaşma şansları aydın olmayan proqnoz olaraq qalır” – Karavayev vurğulayıb.
“Konkret siyasi gündəmdə NATO-nun Qarabağ məsələsində rolu olduqca məhduddur və o, Azərbaycan və Ermənistanla mövcud əməkdaşlıq proqramından kənara çıxa bilməz. Bu da ondan xəbər verir ki, NATO sadəcə, fiziki olaraq münaqişəyə qoşulmur. Lakin tamamilə mümkündür ki, Alyans regionda öz mövcudluğunu güclənirdirsin. Odur ki, yaxın on illikdə ortaya çıxacaq bütün variantları işləmək lazımdır. Elə ona görə də Bakı və İrəvan üçün bu cür tədbirlərdə iştirak vacibdir ki, bu strukturda öz maraqlarını oturuşdura bilsin” – politoloq sonda əlavə edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam