Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“KTMT yeni Qarabağ müharibəsinə qarışmayacaq”

 

 

 

    Rusiyalı politoloqdan düşməni məyus edən açıqlama: “Bu təşkilat Ermənistanın müdafiə və təhlükəsizlik funksiyasını yerinə yetirə bilməz...”

     "xeberinfo.com":Sergey Markedonova görə, Moskva status-kvonun saxlanmasında maraqlıdır, amerikalı həmsədr isə hesab edir ki, “əsas münaqişə tərəflərinə təzyiq göstərmək yox, onların siyasi iradəsidir...”

    Yeni Qarabağ savaşı başlayarsa, işğalçı Ermənistan heç şübhəsiz, öz 1 nömrəli müttəfiqi Rusiyanı da müharibəyə cəlb eləmək üçün əlindən gələni edəcək. Sadə səbəbə: çünki təkbaşına Azərbaycanla hərbi qarşıdurmada bu cırtdan ölkənin duruş gətirmək, uğur qazanmaq şansı və potensialı yoxdur. Praqmatik erməni ekspertləri də bunun fərqindədir. 

Təsadüfi deyil ki, cəbhə xəttindəki son gərginliyi əsas gətirən düşmən tərəf vaxtaşırı vəziyyətə Rusiyanın müdaxilə eləməsinin vacibliyini dilə gətirir. Düşmən tərəfin iddiasına görə, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olduğundan, Azərbaycan Ordusu da KTMT üzvü Ermənistanın ərazilərini atəşə məruz qoyduğundan, təşkilat bu təcavüzkar ölkənin müdafiəsinə qalxmalıdır.

*  *  *

Lakin rusiyalı politoloq Sergey Markedonov erməni mətbuatına müsahibəsində düşmənin bu istəyinin real olmadığını bildirib. Onun fikrincə, söhbət hələ ki, geniş miqyaslı hərbi əməliyyatdan getmir: “Hələlik tərəflərdən heç biri müharibənin bərpa edildiyi barədə bəyanat da verməyib. Diversiya hərəkətlərinə, Ermənistan-Azərbaycan sərhədi boyu yaşanan gərginliyə gəlincə, məncə, müdaxiləyə səbəb olacaq yeni heç nə baş vermir. İkincisi, KTMT çalışır ki, hansısa radikal addımlar atmasın, nədən ki, hərbi əməliyyatların, provokasiyaların və s. bərpası barədə rəsmi bəyanat yoxdur. KTMT Ermənistanın müdafiə və təhlükəsizlik strukturlarını əvəzləyə bilməz. Bu günə kimi biz Azərbaycanın genişmiqyaslı təcavüzü haqda danışa bilmirik. Söhbət yalnız sərhəddəki təxribatlardan gedir. Həll olunmamış Dağlıq Qarabağ konflikti fonunda isə belə olaylar istisna deyil”.

Məlumdur ki, KTMT-yə üzv ölkələr arasında Azərbaycanla kifayət qədər yaxın əlaqələrə malik ölkələr (Qazaxıstan, Qırğızıstan, Belarus) da var. Elə isə genişmiqyaslı hərbi əməliyyatlar başlayarsa, bütövlükdə təşkilat olaraq KTMT-nin buna reaksiyası necə olacaq, qurumun olaylara fəal müdaxilə ehtimalı varmı? 

Analitik buna şübhə edir: “Açığı, mən bu halda istənilən postsovet inteqrasiya strukturunun hansısa aktiv addımlar atacağına əmin deyiləm. Biz 2008-ci ildəki situasiyanın şahidi olduq. Rusiya ilə Gürcüstan arasında yaşanan hadisələrdən danışsaq, KTMT situasiyadan kənarda dayanırdı. İlk baxışda Rusiya KTMT-nin hərəkətverici qüvvəsidir. Ancaq 5 günlük müharibədən sonrakı sammitdə KTMT məhz yuxarıdakı mövqeyi tutdu. Eyni qənaəti Rusiyaya qarşı alternativ güc qismində yaradılan və 2008-ci ildə də susqunluğunu saxlayan GUAM haqda söyləmək olar. Söhbət ondadır ki, postsovet ölkələrinin maraqları bir çox məsələlərdə üst-üstə düşmür. Biz onu da gördük ki, Qazaxıstan Ermənistanın Gömrük İttifaqına qoşulmasına şübhəli yanaşdı. Odur ki, düşünmürəm ki, məsələ KTMT-likdir. Məsələ status-kvonu radikal şəkildə dəyişmək istəməyən Rusiyanın vasitəçiliyində, onun tərəfindən edilən təzyiqlərdədir. KTMT-yə gəlincə, mən ümidli deyiləm. Yəni istənilən postsovet strukturunda olduğu kimi, KTMT-də də hələ ki, bütün ölkələrin maraqlarını uzlaşdırmaq mümkün olmur”.

Cəbhə xəttindəki gərginliyin atəşkəsin geniş miqyasda pozulacağı və müharibəyə gətirəcəyi ilə bağlı ehtimallara münasibət bildirən təhlilçi deyib: “Bunu müzakirə eləmək artıq heç maraqlı da deyil. Çünki həmişə deyirlər ki, sabah müharibə başlaya bilər. Lakin illər keçir, amma başlamır. Müharibə atışma deyil. Bu, informasiya müharibəsidir, bəzi xarici oyunçuların müharibənin qızışmasına nəzərən güddüyü maraqlardır. Lakin hazırda mən belə tendensiyaları görmürəm və zənn eləmirəm ki, Azərbaycanı konflikti hərbi yolla həll eləməyə vadar edəcək hansısa zəmin var. İş onda deyil ki, Bakı bunu istəmir və Ermənistana münasibətdə sülh ovqatındadır, problem resurslardadır. Hamı çox şey istəyir. Ancaq məsələ budur ki, bunu bacararlarmı?”

*  *  *

Markedonov NATO-nun regiona mümkün müdaxilə və təsir imkanlarına da münasibət bildirib. “Bu müdaxilə hansı səviyyədə realdır, Rusiyanın Ermənistandakı hərbi mövcudiyyətinin qarşılığında alyans bölgənin digər ölkələri ilə yaxınlaşmanı sürətləndirə bilərmi” sualına politoloqun cavabı belə olub: “Aydındır ki, NATO Qarabağ konfliktinə qarışmayacaq. Müdaxilədən ötrü heç bir əsas görmürəm. Diplomatik ritorikanı isə heç bir halda strateji istiqamət saymaq olmaz. Gerçəkdə alyans iki ölkə ilə münasibətləri çoxdandır ki, dərinləşdirməyə çalışır. Ancaq Gürcüstan NATO-ya üzv olmadığı kimi, Azərbaycan da üzvlükdən çox uzaqdır. Problem onda deyil ki, NATO nəyisə arzulayır. Azərbaycan qoşulmayan ölkələr arasında hərəkətverici qüvvələrdən biridir. Bu da onun alyansa üzv olmaq niyyətini şübhə altına qoyur. NATO bizim xeyrimizə oynaya bilərmi? Hazırkı zamanda - xeyr”. 

Bu da var ki, təmas xəttindəki gərgin atmosferə paralel olaraq ABŞ Minsk Qrupundakı həmsədri Ceyms Uorlik vasitəsilə sülh danışıqları irəli aparmaq yönündə fəal surətdə çalışır. Danışıqlardan real nəticə gözləmək olarmı?

Markedonov: “Mən danışıqların nəticəsini görmürəm. Nəticə üçün tərəflərdə güzəşt istəyi olmalıdır. Hazırda bunu mən müşahidə eləmirəm. Siz inanırsınızmı ki, Ermənistan Dağlıq Qarabağdan imtina edəcək? Yaxud Azərbaycan prezidenti desin ki, Dağlıq Qarabağ bizim nəyimizə lazımdır, orda neft yoxdur və sair? Bu da ağla gələn deyil. Uorlik isə işləyir, çünki buna görə pul alır...”

*  *  *

Amerikalı həmsədr isə məvacib almaqla bərabər, həqiqətən də Minsk Qrupunun digər həmsədrləri ilə müqayisədə daha fəal görünür. Özü də bu fəallıq cəbhə xəttindəki son qanlı insidentlərlə bağlı deyil. Amerikalı həmsədr yeni posta təyinat alan kimi bu aktivliyi göstərir. 

Belə görünür, rəsmi Vaşinqton 20 illik danışıqların dalana dirənməsindən daha çox narahatlıq keçirir və status-kvonu hər hansı şəkildə yaxşıya müsbətə dəyişməyə çalışır ki, münaqişəyə hələ ki, hamıdan çox böyük təsir imkanları olan Rusiyanın tərəflərə təzyiq rıçaqları qismən azalsın. Vaşinqtonda yəqin ki, onu da ciddiyə alırlar ki, 2014-cü il Putinin Avrasiya İttifaqı və Gömrük İttifaqı layihələri baxımından həlledici ildir və bu üzdən Qarabağ ixtilaflı ilə manipulyasiya Kremlə daha çox gərək ola bilər. 

Aydındır ki, yeni Qarabağ müharibəsi alovlanarsa, bundan maksimum şəkildə yenə də bölgəyə ən yaxın supergec kimi Rusiya yararlanmağa çalışacaq. Odur ki, ABŞ ehtimali müharibəyədək Azərbaycanla Ermənistanın maksimum dərəcədə situasiyaya nəzarət qabiliyyətinin saxlamasına cəhd edir; ələlxüsus da İrəvanın məsələdə daha müstəqil mövqe sərgiləməsinə çalışır.   

Bu xüsusda Uorlikin “Amerikanın səsi”nə verdiyi son müsahibə diqqət çəkir. 
“Son günlər ərzində biz Qarabağda hərbi qarşıdurmanın şahidi olduq. Belə hərəkətlər dinc nizamlamaya mane olur. Biz elə atmosfer yaratmaq istəyirik ki, tərəflər sülh anlaşmasına doğru irəliləyə bilsinlər”. Bunu radioya müsahibəsində Ceyms Uorlik söyləyib.

Uorlik tezliklə digər həmsədrlərlə birgə regiona gələcəyini və prezidentlərlə yüksək səviyyədə dialoq nəticəsində onların növbəti görüşünə nail olunacağına ümid bəslədiyini söyləyib. Onun sözlərinə görə, problem tərəflərin vədləri ilə hərəkətlərinin bir-birinə uyğun gəlməməsindədir. “Mən bir şeyə əminəm: əsas tərəflərə təzyiq göstərmək yox, onların siyasi iradəsidir” - deyib diplomat.

*  *  *

Problem doğrudan da siyasi iradədədir. Ən çox da Ermənistan rəhbərliyinin belə bir problemi var. Rəsmi İrəvanın Rusiyanın azacıq təzyiqlər qarşısında Gömrük İttifaqına qoşulmağa asanca razılıq verməsi buna şəkk-şübhə saxlamadı. Bir daha qənaət hasil oldu ki, Qarabağ məsələsində Ermənistan yox, onun müttəfiqi əsas söz sahibidir. ABŞ-ı, Avropa Birliyini əndişələndirən həm də bu amildir. 

Ukrayna uğrunda həlledici geosiyasi savaşın getdiyi hazırkı mərhələdə bu faktor, üstəgəl, Rusiyanın Güney Qafqazda Ermənistan hesabına öz hərbi mövcudluğunu uzun müddət saxlaması Qərbi qane edə bilməz. 

Təbii ki, Moskva da postsovet məkanına nəzarəti saxlamaq və gücləndirmək yönündə Qərbin ona yarada biləcəyi maneələrin fərqindədir. Bu fonda Rusiyanın Minsk Qrupu çərçivəsində Qərblə Dağlıq Qarabağ mövzusu ətrafında tezliklə anlaşma əldə etməkdə maraqlı olacağı ağlabatan görünmür. 

Qarabağ konflikti Kremlin Güney Qafqaz uğrunda mübarizədə istifadə edəcəyi sonuncu patrondur və şəkk-şübhəsiz, ondan maksimum yararlanacaq


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam