“ABŞ Qarabağda sülhü tezləşdirə bilər” - “Wall Sreet Journal”
Amerikalı tanınmış ekspertə görə, Vaşinqton təşəbbüsü Putinin əlindən almasa, bölgədə böyük müharibə qaçılmaz olacaq...
“Dağlıq Qarabağda ən azı 60 nəfərin öldüyü son hərbi toqquşmalar atəşkəslə bitsə də aydın şəkildə anlatdı ki, azərbaycanlılarla ermənilər arasında müharibə daha donmuş vəziyyətdə deyil”.
Xeberinfo.com: Məlumata görə, bu barədə nüfuzlu “Wall Sreet Journal” nəşrinin son sayında ABŞ-dakı Con Hopkins Universiteti nəzdində Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru Svante Kornell yazır.
Ekspertə görə, daha masştablı siyasi və ideoloji sərhədlərin kəsişməsində yerləşən Güney Qafqaz kimi həssas bölgənin gələcəyinin atı üstündə hələ ki, Kreml hökmranlıq edir: “Hərgah, Obama Administrasiyası belə görünür hesab edir ki, Azərbaycan-erməni konflikti “vakuumdadır” və o, həm regiondakı gərginlikdən, həm də Putin Rusiyasının destruktiv rolundan təcrid edilib”.
“Vaşinqton bunu görməsinin artıq vaxtıdır ki, Moskva – problemin həlli yox, problemin bir hissəsidir və konflikti dinc həll məcrasına yönəltməkdən ötrü Amerikanın təşəbbüsü öz əlinə almasının vaxtı çatıb” – müəllif əminliklə qeyd edib.
Onun fikrincə, münaqişənin kəskinləşməsi boş yerdən olmayıb: “Səbəb bundan ibarətdir ki, Qafqazda situasiya getdikcə daha kövrək olmaqdadadır. 1990-cı illərin əvvəllərində konflikt regiondakı siyasi parçalanmaların mərkəzində dayanıdrdı. Moskva Ermənistanı müdafiə edir, bu zaman həll edilməmiş münaqişə İrəvanı Rusiya orbitində saxlayırdı. Bakı isə Türkiyə və Qərbin dəstəyini qazanmışdı. Öz növbəsində İran sivil və neftlə zəngin Azərbaycanın ABŞ-la yaxınlaşmasından ehtiyat edərək Ermənistan və Rusiyanın tərəfini tutmuşdu”.
Ekspert yazır: “Sonra Obama tərəfindən Rusiya-ABŞ münasibətlərində gərginliyi azaltmaq təşəbbüsü ortaya çıxdı ki, bu da əslində Moskvanın 2008-ci ildə Gürcüstana hərbi təcavüzünü şirnikləndirməyə gətirdi. Lap yaxınlaradək isə Obama öz kabinetinin üzvlərinin məsləhətlərinə qulaq asmırdı və xüsusi entuziazm olmadan “Rusiyanın Ukraynanı bölməsinin” və Bəşər Əsəd rejiminə dəstəyini əleyhinə çıxış edirdi. Ancaq ötən il Rusiyanın qanadlı raketləri Xəzərdən Suriyaya uçanda Yaxın Şərq və postsovet məkanı üzrə siyasətlər birləşdi. Türkiyə-Rusiya qarşıdurması bu prosesi yalnız sürətləndirdi, nədən ki, Bakı Ankaranın, İrəvan isə Moskvanın tərıfindədir”.
“Wall Sreet Journal”ın şərhçisi Dağlıq Qarabağdakı son hərbi eskalasiyanın zaman etibarilə Barak Obamanın Vaşinqtonda təşkil elədiyi Nüvə Sammiti və onun dəvəti ilə son 10 ildə ilk dəfə Azərbaycan prezidenti İlham Əliyevin ABŞ- da olması ilə eyni vaxta düşməsinin təsadüf olmadığına əmindir: “Vladimir Putinə sərfəli idi ki, hər iki tərəfə və Qərbə göstərsin ki, hamının Kremlin oyun qaydaları ilə oynamasından ötrü münaqişədən əziyyət çəkən bölgədə xaos yaratmaq qabiliyyətindədir”.
Məqalədə ardınca bildirilir: “Son döyüşlər zamanı Azərbaycan 22 ildə ilk dəfə ərazilərin bir hissəsi üzərində öz nəzarətini bərpa edə bildi. Bakı bundan sonra daha çoxunu istəyə, Ermənistan da onu geri atmaqdan ötrü cavab zərbəsi vurmağa çalışa bilər. Beləcə, Barak Obamanın sonuncu idarəçilik ilində Qafqazda konfliktin kəskinləşməsi mümkündür.
Bununla belə, ABŞ rəhbərliyi hələ də öz siyasətində Moskva və Vaşinqtonun münaqişəyə dair mövqeyinin tamamilə üst-üstə düşməsi haqda nağıla söykənir”.
“Amerikanın cari inkar siyasəti yalnız onun göstəricisidir ki, ABŞ bu regionu ciddi qəbul eləmir. Əgər Vaşinqton Qafqazda böyük müharibədən qaçmaq istəyirsə, o zaman o, ciddi diplomatik təşəbbüsə başçılıq eləməli və Ermənistanla Azərbaycana girişməlidir. Bu isə o halda olacaq ki, ABŞ etiraf edəcək: Qafqaz – Ukraynadan başlayıb Suriyada qurtaran böyük bir qövsün tərkib hissəsidir və Amerikanın maraqları cənab Putinin maralqarı ilə fundamental şəkildə toqquşur”, – deyə müəllif fikrini tamamlayıb.