Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Yanukoviç Avropayla niyə sazişdən imtina etdi?

 

 

   "xeberinfo.com": Ukraynada hər şey noyabr ayında Yanukoviç hakimiyyətinin Avropa İttifaqı ilə assosiativ müqaviləni imzalamaqdan imtina etməsi  ilə başladı. Bu ona görə baş verdi ki, Ukrayna prezidenti Yanukoviç Rusiyanın təzyiqləri qarşısında geri çəkildi. Hər halda ilk təqdimat belə idi və məsələnin bu cür qoyuluşu Ukrayna prezidentinə sərf edirdi. Ancaq məsələnin bir də başqa yönü vardı. Yəni ortada təkcə kötək yox, bir də Yanukoviçə Rusiya tərəfindən vəd olunmuş 15 milyardlıq yağlı kökə də var idi. Təbii ki, kötək Yanukoviç üçün dünya birliyində sığortaydısa, kökə rolunda olan 15 milyard isə şirnikləndirici və cəlbedici idi. Çünki belə bir vəziyyət Ukrayna iqtisadiyyatını defolt olmaqdan müvəqqəti də olsa xilas edər, bir hissəsi  isə Yanukoviçin qurduğu korrupsiya məngənəsinin qurbanı olacaqdı.

Ancaq Yanukoviç üçün bu da əsas hədəf deyildi. Onun üçün əsas hədəf  2015-ci  il  prezident seçkiləri idi. Avropadan imtina və Rusiyanın orbitinə transfer olmaq da konkret siyasi məqsədə xidmət edirdi. Çünki Yanukoviç Avropayla assosiativ müqavilədən sonra 2015-ci il prezident seçkilərinin qeyri demokratik keçirilməsinin mümkünsüzlüyünü hesablamışdı. Və nə qədər gec deyildi, bu kursdan imtina və avtoritarizmin nüvəsi olan Rusiyaya yön almaq lazım idi  ki, bunu da Yanukoviç noyabr ayında etdi.Çünki öz reytinqinin düşdüyünün müqabilində müxalif siyasətçilərin nüfuzunun qalxdığının da fərqindəydi. Ona görə Yanukoviçin 2015 –ci il prezident seçkilərində yenidən “seçilməsinin” tək sığortası Rusiya ola bilərdi. Ona görə də Avropanın bütün basqılarına rəğmən Yanukoviç  assosiativ sazişi imzalamadı,üzünü Rusiyaya tutdu. Və bundan sonra proseslər Rusiyanın ssenarisi üzrə getməyə başladı. Bu ssenaridə hansı amillər ciddiyə alınmamışdı?

 

Yanukoviçi güdaza aparan ssenarinin boşluqları

 

Yanukoviçi güdaza aparan bu prosesdə hər amil nəzərə alınmışdımı? İlk baxışdan hər şey normal görsənsə də, risq faktorları, əngəlləyici məqamların olması da bir reallıqdı. Bunlar hansılardır? Əvvala, Gürcüstan və Moldovanın Avropa İttifaqı ila assosiativ sazişi imzalaması, ardından Azərbaycanın  AB-la sadələşdirilmiş viza rejimi ilə bağlı sazişə imza atması  Avropanın Şərq Tərəfdaşlığı proqramını tarixin arxivində görmək istəyənlərin planlarını alt-üst etdi. Çünki bu sazişlər gələcəyini Avropayla birgə qurmaq istəyənlərin siqnalıydı və bu əlaməti Rusiyanın hələ də arxa bağçası hesab etdiyi postsovet ölkələri verirdi. Bu, bir tərəfdən ümidvericiydi, eyni zamanda heç də təhlükəsiz deyildi. Çünki Ukraynanın son anda Avropadan vaz keçməsindən sonra Şərq Tərəfdaşlığı proqramının gələcək  taleyi təhlükəyə düşmüşdü. Ukraynanı bu sevdadan

vaz keçirdən səbəblər sabah digər ölkələri də buna vadar edə bilərdi və bu real idi. Məhz bu kontekstdə Azərbaycan prezidentinin bu məsələdə siyasi iradəsini vurğulamamaq mümkün deyil. Çünki Azərbaycanı Gömrük İttifaqına sürükləmək istəyənlərin önünə məhz İlham Əliyevin siyasi iradəsi çıxmışdı. Etiraf etmək lazımdır ki, həm noyabrın 27-də AB-la sazişlərin imzalanması ərəfəsində, həm də bundan sonra Ukraynada baş verən “kim kimi” prosesinin nəticəsinin bəlli olmadığı ərəfədə bir toplum olaraq Rusiyaya dirəniş göstərilmədi. Bu missiyanı təkbaşına məhz  ölkə prezidenti İlham Əliyev yerinə yetirirdi və bu təqdir olunmalıdır.

Başqa bir faktor, Ukrayna xalqını hesaba  almamaqdan  ibarət  idi. Və bu, bəlkə də buraxılmış ən böyük səhv idi. Çünki Ukrayna xalqı 2003-cü ildə bir dəfə  artıq sübut  etmişdi ki, onlar çoxlarının düşündüyü kimi itaətkar, proseslərin arxasınca sürünən xalq deyil, hadisələr, proseslər yaradan və təsir edən bir xalqdır. Hadisələrin gedişi də bir daha göstərdi ki, bu fikrimizdə yanılmamışıq. Və bu gün dünyanın nəbzi məhz Ukraynada vurur və yaxın zaman kəsimində də belə olmaqda davam edəcək. Çünki yeni bir geosiyasi şəkillənmə, vəziyyət yaranacaq. Qoca Avropa Rusiyanın böyük qonşusu ilə çulğalaşacaq və bu, bütün mənalarda baş verəcək. Bununla da Polşa birdəfəlik böyük Rusiya təhlükəsindən sığortalanmış olacaq. Qərb Rusiyaya daha da yaxınlaşacaq ki, bu da onun tam əhatə olunmasını sürətləndirəcək. Ukrayna həm də digər Şərq Tərfdaşlığına üzv ölkələri  Avropaya inteqrasiyaya ruhlandıracaq. Məhz Ukrayna hadisəsi postsovet məkanında mərkəzdənqaçma prosesinə rəvac verəcək. Eyni zamanda, Gömrük İttifaqı, Avrasiya İqtisadi Şurası kimi modellərin gələcək perspektivsizliyini və böyük güclərlə rəqabətə davamlı ola bilməyəcəyini ortaya qoyacaq. Və ən nəhayət bu coğrafiyada demokratik proseslərin çiçəklənməsinə rəvac verəcək.

Üçüncü isə, xarici faktorlardır ki, Ukraynada baş verən inqilabın qələbəsini onsuz təsəvvür etmək mümkün olmazdı. Niyə? Çünki Ukrayna hakimiyyəti prosesi əvvəldən axıradək məhz Rusiyanın diktəsi ilə yürüdürdü. Bu isə o anlama gəlirdi ki, hansısa mərhələdə güc, şiddət , qarşıdurma olacaqdı. Əks təqdirdə, bu , Rusiyanın dəsti xəttinə oxşamazdı. Əslində isə ən böyük  növbəti səhvlərdən biri də bu idi. Diqqət etsəniz görərsiniz ki, Yanukoviçin ilk güzəşt seriyası məhz güc tətbiqindən sonra başladı. İlk yanlış sərbəst toplanmaq azadlıqlarının ləğv olunması idı ki, bu da həm demokratik dünya, həm də toplum tərəfindən təpkiylə qarşılanmaya bilməzdi. Belə də oldu və ilk qan töküləndən sonra güzəştlər seriyası başladı, hökümət istefaya göndərildi. Təbii ki, bu işdə Qərb diplomatlarının böyük rolu oldu və beynəlxalq sanksilar gündəmə gəldi. Məhz bu cür sanksiyaların tətbiq olunması Yanukoviç hakimiyyətində, biznes çevrəsində parçalanmalar yaratdı. ABŞ və Avropada oliqarx və məmurların bizneslərinə əl qoyulması, bank hesabların dondurulması hakim partiyanın Ali Radadakı deputat fraksiyasına da sirayət etdi. Və getdikcə bu sıralar seyrəlməyə başladı. Artıq bundan sonra Rusiyanın şiddətdən savayı prosesə nəzarəti tam zəiflədi. Qərbsə təşəbbüsü ələ aldı. Çünki kütləvi insan tələfatı Yanukoviçin legitimliyini itirmişdi və geriyədönməz proses yaratmışdı ki, Qərb diplomatları bundan məharətlə istifadə etdilər və Yanukoviçə təxminən hakimiyyətin ötürülməsini sənədini imzalatdırdılar. Bu, hansı danışıqlar, razılaşmalar, bazarlıqlar əsasında baş verdi, hələlik bunu birmənalı iddia etmək tezdir. Yaxın gələcəkdə bunun bəzi ştrixləri təzahür etdikcə, razılaşmanın əsil mahiyyəti haqda da danışmaq mümkün olacaq. 

 

Nəticə

 

Ukrayna inqilabında nələr bəlli oldu?

 

İlk olaraq bəlli oldu ki, Ukraynada baş verənlər təkcə demokratiya – diktatura davası deyil, həm də hakimiyyət uğrunda bir mübarizə, Ukrayna uğrunda Qərb – Rusiya savaşı idi.

İkinci, Ukraynada baş verən inqilab narıncı inqilabdan sonra yeni mahiyyət kəsb etdi. Bəlli oldu ki, artıq gül inqilabları dönəmi bitib və bundan sonra dağıdıcı proseslər olmadan inqilabları qələbəyə daşımaq mümkün olmayacaq. Yəni, güc faktorunun həlledici olduğu bəlli oldu.

Üçüncü, görsəndi ki, Ukraynada inqilab qələbə çalsa da krizisi asanlıqla atlatmaq mümkün olmayacaq. Çünki Ukraynanın şərq hissəsində rusdilli əhali çoxluq təşkil etdiklərindən Rusiyanın təsir imkanları yetərincədir. Və bu prosesi qonşu Rusiyayla əməkdaşlıq deyil, qarşıdurma səviyyəsində aparılsa, Moskva Ukraynanı bölünməyə qədər götürə bilər. Ona görə də yeni hökümət Maydan əhvalından fərqli olaraq həm AB, həm də Rusiyayla normal münasibətlər qurmaq məcburiyyətindədir.

Dördüncü, bölünmənin ABŞ-ın, Avropanın, Ukraynanın marağında olmadığı kimi, Rusiyanın da maraqlarında olmadığını demək olar. Əvvəla ona görə ki, Rusiyanın Ukraynanı parçalaması Qərblə açıq savaş deməkdir ki, indiki şəraitdə Rusiya bunu istəməz. Ən əsası isə, bölünmə Ukraynada elə nəzarət oluna bilməyən daxili savaş açar ki, bunun da dərhal Rusiyaya da sirayət etməməsi mümkün deyil. Bu isə Maydanın Rusiyaya transferi, Rusiyanın istəmədən savaşa qoşulması demək olardı ki, bunu da təbii olaraq rəsmi Moskva istəməz. Başqa tərəfdən, Rusiya 1994-cü ildə Budapeşt deklarasiyası adlı bir sənədə qol çəkib ki, burada da Moskva ABŞ və Böyük Britaniya ilə birgə Ukraynanın ərazi bütövlüyü və suverenliyini tanıyır.

 

Beşinci, Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Belarusun Avropaya inteqrasiya yolunda önü açıldı. Bu isə həmin ölkələrdə iqtisadi, siyasi və digər yöndə köklü islahatlara imkan yaratdı və bir növ mayak rolunu oynadı. Çünki islahatlara başlamaq üçün bundan gözəl geosiyasi məqam, daxili şərait və siqnal ola bilməz. Və təbii ki, islahatlar olacaqsa, toplum və Qərb də dəstəklərini əsirgəməyəcək. Belə olduğu təqdirdə isə üzü Rusiyaya dönük yatan və Azərbaycanımızı hər vəchlə imperiyanın bir parçası olmağa sürükləyən məmurları da elə “Avrasiya” iddiaçılarının arxivinə təhvil vermək asan olacaq.  Bu isə Azərbaycana sözün əsil mənasında dinamik bir inkişaf, demokratik quruluş, cəmiyyətdə barış, topluma dəyərlərimizi geri qazandırardı. Bu isə Qarabağ, güclü iqtisadiyyat, sosial ədalət, firəvan həyat və işıqlı gələcək deməkdir”.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam