MİLLƏT VƏKİLİNƏ AÇIQ MƏKTUB
Xeberinfo.com: Cənab Zahid Oruc! Xeberinfo.com saytı (16.02.2016-cı il “Müdafiə Sənayesi Nazirliyi ləğv olunsun”) vasitəsilə Sizin “Müdafiə Sənayesi Nazirliyinin mövcud iqtisadi şəraitdə ləğv olunaraq, başqa nazirliyə birləşdirilməsini mümkün sayıb” kimi yeni təklifiniz verilib. Bununla belə “Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətini vacib bilib və cəmiyyətdə müsbət siqnallarla qarşılaşdığınızı” demişsiniz.
Hər şeydən əvvəl açıqlama verərkən gərək həmin nazirlik və onun haqqında ətraflı araşdırma aparıb sonra müsahibə versəydiniz daha yaxşı olardı. Verdiyiniz açıqlama ilə həm nala, həm də mıxa vurmaqla vahid əqidə sahibi olmağınız şübhə doğurur.
Sizdən də lap əvvəllərdə bu barədə çıxış edib göstərmişdim ki, respublikada yeni nazirliklərin yaradılmasında Rusiya ilə yarışa girmək olmaz. Rusiyanın ərazisi bizimkindən (17075: 86) min kv km= 198.54 dəfə, əhalisi (143.0:9.6) ml nəf.= 14.9 dəfə çoxdur. Yaponiya ilə müqayisədə də buna oxşar nəticələr alınır. Həmin İdaretmədə paralel və pilləli rəhbərliklərin fəaliyyətlərinin həmişə tam əleyhinə olmuşam.
Müstəqilliyi qazandıqdan sonra Ali dairədə əyləşənlərdə xoşagəlməz belə bir fikir əmələ gəlmişdi ki, hansı ixtisasın sahibi olmasından asılı olmayaraq kimin kimdən “xoşu “ gəlirsə onu istənilən vəzifəyə təyin etmək olar. Həm də vəzifələrə təyin etməyə nöyütçülər (neftçi) daha “yararlı” hesab olunurdular. Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Pespublikası Prezidentinin 27 sentyabr 2006-cı il tarixli Fərmanı ilə yaradılmışdır. Həmin Fərmanın 4.1 puktunda yazılıb: “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Elmi Tədqiqat İnstitutunuyaratsın”.
MSN yaradılması ilə əlaqədar olaraq bir sıra yaradılmalara diqqət yetirək. 1992-ci ildə müstəqil sürətdə fəaliyyətə başlayan Azərbaycan Milli Aerokosmik Agentliyi (AMAKA) 1993-cü ildə Azərbaycan Respublikası Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin, 2003-cü ildə MilliElmlər Akademiyasının, 2006-cı ilin sentyabr ayından isə Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. Faktlardan göründüyükimi MSN-nin tabeliyində bir neçə institutu olan iri bir Agentlik (AMAKA) (indisə adı dəyişdirilib MAKA adlanır) və Elmi Tədqiqat İnstitutu fəaliyyət göstərir. Xoşagəlməz cəhət ondan ibarətdir ki, MAKA-ya da nöyütçü alim rəhbərlik edir. Kosmik elmlə məşğul olan elmi kadrların hamısı Agentliyi tərg etsə də Agentlik yarandığı gündən iri idarəetmə orqanlarının quyruğunda hələ də sürünür. Sürünür və süründürülür ki, baş bilənlər həmin agentlikdən şəxsi maraqlara xidmət pensiya təminatı kimi istifadə olunsun və bu günə kimi də istifadə olunur.
Millət vəkili Z.Oruc MSN-nin ləğvi təklifini irəli sürərkən nazirliyin tabeliyində olan MAKA-nın və Elmi Tədqiqat institunun bir min nəfərdən çox işçinin harada işlə təmin olunması barədə düşünmüşdümü?
Prezident tərəfindən verilən fərman, sərəncam və təsərrüfatlarda direktor tərəfindən verilən əmr müzakirə olunmur. İndi isə Azərbaycan Respublikası Prezidenti tərəfindən 27 fevral 2007-ci il trrixdə vrilmimiş “Azərbaycan Respublikası Prezidentinin Bəzi Fərmanlarının Qüvvədən Düşmüş Hesab Edilməsi Haqqında” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANININ iki bölməsinə nəzər yetirək:
1.1.“Azərbaycan Milli Aerokosmik Agentliyinin Əsasnaməsinin təsdiq edilməsi və mərkəzi aparatının say tərkibinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 3 iyul tarixli 26 nömrəli Fərmanı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, say 13, maddə 527; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il say 12, maddə 1004);
1.3. “Azərbaycan Milli Aerokosmik Agentliyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 yanvar tarixli 839 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, say1, maddə 31).
Fakt isə odur ki, Aerokosmik Agentlik ləğv olunmamış, adı dəyişdirilib MSN—nın təkibinə verilmiş, funksiyasını isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi aparır. Beləliklə “xala bizdə, xurcunu sizdə” əməliyyatı həyata keçirilərək dövlət vəsaitinin mənimsənilməsi qnuniləşdirilmişdir. Vəziyyət isə elə gətirmişdir ki, həmin R və YTN Azərbaycan hökumətinə və xalqına xəyanət etmişdir.
Kosmik peykə sahib olmaq heç də kosmik elmi bilmək deyil. Əvvəlcə kosmik elmı bilmək lazımdır ki, koçmik səneyinin yaradılmasından sonra onun idarə edilməsinin texnoloji açarı öz əlimizdə olsun. Vəsaiti olan İstənilən ölkə süni peyki Yer kürəsinin ətrafında fırlada bilər. Necə ki, bizim respublika süni peykini Yer kürəsinin orbitinə çıxara bilmişdir. Hal hazırda respublikamızda kosmik elm üzrə alim var ki, R və YTN-nin sabiq nazirini cibində gəzdirə bilər. Həmin alimin kosmik elm üzrə kitabları ABŞ-da nəşr olunur. Elə işləmək lazımdır ki, alimlərimiz, kamil mütəxəssislərimiz respublikadan kənarlaşmasnlar, xaricə yox, respublikamızın özünə işləsinlər.
Hörmətli idarə edənlər! Respublikamızda AMAKA-nın yaradıcısı Azərbaycanın Müstəqilliyi uğrunda həlak olanTofiq İsmayılov olub. Onu kosmik elmimizin tarixindən silməyə çalışmayın və silinmə də mümkünsüzdür. Haqqa gəlin, onun ruhunu incitməyin və müstəqil Azərbaycan Milli Aerokosmik Agentliyinin fəaliyyətini bərpa edin.
Dövlətin idarə edilməsində ali vəzifədə əyləşib adı var, fəaliyyəti yox MAKA vasitəsilə şəxsi maraqlar naminə milyonları hava sovurmaqla Müstəqilliyimizi əbədiləşdirmək mümkündürmü?
Zahid bəy! Tənqid etdiyin sahənin dərinliyinə getsəniz, bir çoxları kimi oradakılar “gərgin səhmət hesabına qazandıqları”kapitalı da gecənin birində götürüb başqaları kimi Mərkəzi Avropaya- Monakoya, ofşor hesablar yurdu lüksemburqa, Böyük Britaniyaya uçacaqlar.
Mətbuatda dərc olunmamış Tofiq İsmayılova həsr etdiyim “...İçimdə dünya” adında 116 misralıq kiçik həcmli poemadan bir parça:
Titulu əfinin gözünü tökdü,
Şimallı iblislə tədbiri gördü,
Uçan polad qala təndirə döndü,
Kül oldu Oğullar içində, dünya.
Göydənmi gəlmişdi görən olmadı,
Tanrımı göndərmiş bilən olmadı,
Elminin barını dərən olmadı,
Vardırmı əvəzi Millətdə, dünya?
Əcəllə ömrünü vurmadı başa,
Arzular şüşətək çırpıldı daşa,
Ad günü, son günü birikdi qoşa,
İyirmi bir sayla məzarda, dünya.
Bu gündən sabaha ümidmi vardır,
Gecələr nədir ki, gündüz də tardır,
Oylağı tərlansız bülbülü sardır,
Ədalət yoxsuldur məkanda, dünya.
Ünvanlar dəyişdi lazımsız kimi,
Satıldı bazarda ucuz mal kimi,
İnkişaf tapmadı bir mərkəz kimi,
Tofiqziz Agentlik elmində, dünya.
“Ot kökü üstə bitər” demişlər,
Öndəri qol qoymuş, rəhmət demişlər,
Bəndəsi qapatmış, nələr demişlər?!
AMAKA sınmışdır həyatda, dünya.
Qafqazda Agentlik bircə dənəydi,
Çöhrədə intizar, dildə gileydi,
Ümidsiz qalarlar kim nə biləydi,
Yüzlərlə soydaşım bu gündə, dünya,
Yurd-yuvam ağlayır içimdə, dünya.
Quliyev Elxan Sarı o. 22.02.2016-cı il.