Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Türkiyədən Azərbaycana daha bir dəstək

 

   “Türkiyə vacib müdafiə sənayesi texnologiyalarını Azərbaycanla bölüşməyə hazırdır”

  "Xeberinfo.com":Türkiyə əlində olan vacib müdafiə sənayesi texnologiyalarını Azərbaycanla bölüşməyə hazırdır.

   Bu barədə APA-ya Türkiyənin müdafiə sənayesi katibi İsmail Dəmir bildirib. 

    İ. Dəmirin sözlərinə görə, Azərbaycan qısa müddətdə müdafiə sənayesində önəmli layihələr reallaşdırmağa nail olub. Bu sahədə Türkiyə müdafiə sənayesi şirkətləri də öz dəstəklərini verirlər.

«ASELSAN, ROKETSAN, MKE və digər şirkətlərimiz burada həyata keçirilən layihələrdə iştirak edir. Getdikcə bu qatqımız daha da artır. ADEX-2014 sərgisində keçirdiyimiz görüşlərdə də əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə etdik», - deyə Türkiyənin müdafiə sənayesi katibi vurğulayıb. 

İ. Dəmir hazırda Türkiyə və Azərbaycanın müdafiə sənayesinin əməkdaşlığında iki istiqamətin olduğunu bildirib: “Bunlardan birincisi Türkiyə firmalarının birbaşa satışları, digəri isə müştərək istehsal layihələrinin həyata keçirilməsidir. Düşünürük ki, ikinci istiqamətdə bizim fəaliyyətimiz daha da genişlənəcək. Türkiyə firmaları qardaş Azərbaycanın müdafiə sənayesinin inkişafına öz töhfələrini vermiş olacaq”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam