Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“KÖHNƏ QVARDİYA”DAN KİMLƏR QALIR? - Yeni kadrlar çoxalsa da, köhnələrin bəziləri öz yerini qoruyur +FOTOLAR

Azərbaycan bəzi nazirlərin, deputatların, iri ranqlı məmurların on illərlə vəzifədə qalmasına imkan yaradılan və bu baxımdan sayı elə də çox olmayan ölkələrdən biridir. İnsaf xatirinə deyə bilərik ki, xüsusilə də 2017-2018-ci illərdən başlayaraq, ölkədə kadr bazasının yenilənməsi, köhnə kadrların daha gənc kadrlarla əvəzlənməsi prosesi müşahidə olunmağa başladı. Bunun hansı müsbət və ya mənfi nəticələri barədə çox danışmaq olar. Lakin zatən hər şey göz qabağındadır…

Yenixeber.org: “Köhnə qvardiya”nın Ramiz Mehdiyev, Oqtay Əsədov, Vasif Talıbov və digər “kötükləri” yola salınandan sonra belə, xeyli sayda “uzunömürlü” məmurlar və deputatlar hələ də vəzifədə qalmaqdadır. Əlbəttə, onların bir çoxu öz vəzifəsinin öhdəsindən yenə də lazımınca gələ bilir və bəziləri uzun illər eyni vəzifəni daşıyırlar.

Pezident Adminstrasiyasında və Nazirlər Kabinetində uzun illər yüksək vəzifələr daşıyan məmurlar var. Zeynal Nağdəliyev, Fuad Ələsgərov, Bəylər Əyyubov, Ramil Usubov, Kəmaləddin Heydərov, Əli Əsədov, Samir Şərifov, Şahin Mustafayev və digərləri.

Ancaq məsələn, Əli Əhmədov, Mübariz Qurbanlı, Səyyad Aran kimi parlamentdən Nazirlər Kabinetinə, oradan isə yenidən parlamentə göndərilənlər də var. Bu “rotasiyaların” nə ilə bağlı olduğunu demək çətindir…

Parlamentdə isə “Köhnə qvardiya”nın sıraları sıxlığına görə heç də icra strukturlarından geri qalmır. Orada 5 dəfə ardıcıl deputat olan 84 yaşlı Ziyad Səmədzadədən, 7 dəfə deputat olan 80 yaşlı Eldar İbrahimovdan, 6 dəfə deputat olan Səttar Möhbalıyevdən tutmuş yenə də dəfələrlə deputat vəsiqəsi alan Siyavuş Novruzova qədər xeyli sayda “Köhnə qvardiya” üzvləri var.

Belələri diplomatik korpusda da az deyil. Buna misal olaraq, cəmi bir neçə ay əvvələ qədər uzun illər Azərbaycanın Rusiyada səfiri olmuş, hazırda isə parlamentdə təmsil olunan Polad Bülbüloğlunu, yaxud Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyevi göstərmək olar.

Bir də var Baş nazirin 80 yaşlı birinci müavini Yaqub Eyyubov. Ona və onun kimi bəzi fiqurlara başqa kontekstdən də yanaşmaq olar. Mətbuatda Ramiz Mehdiyevdən sonra az qala Rusiyanın “ikinci adamı” kimi təqdim olunan Y.Eyyubov bu bağlılığından dolayı, digərlərindən fərqli olaraq, bir növ siyasi yük daşıyan biri kimi təsir bağışlayır.

Onun Rusiyanın məlum dairələri ilə sıx əlaqələri, özünün və oğlunun milyardlıq biznesləri, bank hesabları barədə məlumatlar dərc olunsa da, Eyyubov sanki “odda yanmaz, suda batmaz” statusunda qalmaqdadır. Yeganə sual budur ki, onu əvəz edə biləcək yeni kadrlar yoxdurmu, yoxsa onu və onun kimi bəzilərini vəzifədə saxlayan hansısa başqa cəhətlər və səbəblər var?...(Azpolitika)

C.Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam