Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Tramp barmaq silkələyərək hansı mesajı verirdi?

 

Xəbər verdiyimiz kimi, ötən gecə Ağ Evdə ABŞ və Ukrayna liderləri Donald Trampla Volodimir Zelenskini arasında gərgin anlar yaşanıb.

Yenixeber.org-un məlumatına görə, müzakirələr xüsusilə Zelenskinin Rusiya Prezidenti Vladimir Putin haqqında səsləndirdiyi ittihamlardan sonra sözlü savaş halı alıb.

Donald Trampın Zelenskini Üçüncü Dünya Müharibəsi ilə qumar oynamaqda ittiham etməsi mübahisənin maraqlı məqamlarından biri idi:

“Sizin əlinizdə lazımı kartlar yoxdur. O kartları sizə biz tədqim edirik. Vaşinqtona təşəkkür etməlisiniz. Amma siz hələ də “razılaşmaya getməyəcəm” deyirsiniz. Hazırda milyonlarla insanın həyatı, Üçüncü Dünya Savaşı ilə qumar oynayırsınız!

Zelenskiyə şərt kəsərək ya sövdələşməyə getməli olduğunu, ya da ABŞ-nin dəstəyindən məhrum qalacağını xatırladan Tramp görüşdən sonrakı açıqlamalarında da Rusiya mövqeyindən fikirlər səsləndirib. O qeyd edib ki, Zelenski ancaq Putin haqqında iddialar səsləndirməyi buraxsa və barışıq üçün maraqlı olsa, yenidən Vaşinqtonda onunla görüşə bilər.

Sonuncu, yəni İkinci Dünya Müharibəsində də oxşar mənzərə yaranmışdı. ABŞ və SSRİ dünyanın aparıcı siyasi gücləri Hitler koalisiyasına qarşı ittifaq qurmuşdular.

          Qayıdaq İkinci Cahan Savaşına. Həmin vaxt nə olmuşdu?  

Almaniya ordusunun Polşaya hücuma başladığı 1 sentyabr 1939-cu il müharibənin rəsmi başlanma tarixi sayılır, lakin müharibədən əvvəlki baş verən hadisələri də hesaba alsaq, savaşın daha öncə başladığını deyə bilərik.

2 sentyabr 1945-ci ildə sonalan müharibə onmilyonlarla insanın ölümünə səbəb olub: döyüş meydanlarında, əsirlikdə, konslagerlərdə 27 milyon hərbçinin həlak olub. Bundan başqa müharibə 25 milyona yaxın mülki şəxs qətlə yetirilib.

Trampın səsləndirdiyi “Milyonlarla insanın həyatı, Üçüncü Dünya Müharibəsi ilə qumar oynayırsan” fikri bu mənada böyük əhəmiyyət və təhdid dolu ifadə kimi qəbul edilə bilər.

Bütün bunları nəzərə alaraq ABŞ liderinin Zelenskiyə dönə-dönə məğlub durumda olduğunu və hətta öz “əlini onun üstündən çəksə” Putinlə təkbətək müharibəyə qalacağını, bunun isə xoşbəxt sonla başa çatmayacağını xatırlatması o ankı emosiya yox, xəbərdarlıq idi desək yanılmarıq.

Zelenski isə ötən gecə Vaşinqtonda qarşısına qoyulan şərtlərlə bu gün Londona üz tutub. Dünya mediasının yazdığı xəbərlərə görə, Avropa liderləri onu bu səfərdən əliboş yola salmayacaqlar. İndi hər kəsi bir sual maraqlandırır: Zelenski bundan sonra hansı addımı atacaq?



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam