Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Bakı təcridxanasına soxulan erməni “burnu” – Özünü də gözləyirik

Putini Bakıya gətirən təyyarədə niyə Abramyan olmayıb?

Yenixeber.org: Rusiya Prezidenti Vladimir Putini gətirən təyyarə Bakıya enən kimi, imici ləkələnmiş təxribatçı yenidən Moskvanın tozlu guşəsindən sürünərək çıxıb. Söhbət “Rusiya Erməniləri İttifaqı” (SAR) ictimai təşkilatının rəhbəri Ara Abramyandan gedir. Hansı ki, 44-günlük müharibə ərzində Rusiyadan Ermənistana külli miqdarda silah-sursat keçirdiyinə görə Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib.

Bu dəfə Abramyan Bakıda danışıqlar zamanı istintaq altında olan Qarabağ separatçılarının azad edilməsi məsələsini qaldırmaq xahişi ilə Putinə müraciət edib: “Sizin nüfuzunuz və Azərbaycan Prezidenti İlham Əliyevlə şəxsi münasibətlərinizin xarakteri, yüksək etimad səviyyəsi bu məsələlərdə, xüsusən Bakıda saxlanılan Ruben Vardanyan, Arayik Arutunyan, Bako Saakyan, Arkadi Qukasyan, David Babayan, David İşxanyan, David Manukyan və Levon Mnatsakanyanın azad olunması işində irəliləyiş olacağına bizdə ümid yaradır”.

Sadalanan şəxslərin hamısı Azərbaycan dövlətçiliyinə qarşı çoxsaylı cinayətlərdə ittiham olunur və bu kimi əməllərdə Abramyanın özü də təqsirkardır. Axı, bu Abramyan kimdir ki, Rusiya-Azərbaycan münasibətlərinə öz erməni burnunu soxur? Uzun illərdir ki, SAR Azərbaycana qarşı təxribat xarakterli fəaliyyət göstərir, Rusiya daxilində etnik ədavəti qızışdırır. Bura Abramyanın Qarabağ separatçılarını “müstəqilliklərinin ildönümü” münasibəti ilə şəxsi təbrikləri, Azərbaycan rəhbərliyinin 2021-ci ildə Xabarovsk diyarında keçirilən kütləvi etirazları maliyyələşdirməkdə ittiham etməsi, 44 günlük müharibə ərzində Qarabağa muzdlular göndərmək cəhdi, Azərbaycan tərəfinin guya işğaldan azad edilmiş ərazilərdə xristian abidələrini dağıtması ilə bağlı böhtanlar və s. daxildir.

İndi o, təvazökarlıqla Putindən xahiş edir ki, Azərbaycana qarşı cinayət törədənlərin, xüsusən də 44 günlük müharibə zamanı Azərbaycan şəhərlərinə raket hücumu əmri verənlərin azadlığa buraxılmasına kömək etsin. Bunu qanunsuz yolla əldə edilmiş iriçaplı odlu silahların, döyüş sursatlarının, partlayıcı maddələrin və qurğuların Ermənistana, oradan da Qarabağa qaçaqmalçılıq yolu ilə daşınmasını təşkil edən şəxs xahiş edir.

Belə bir şəraitdə məntiqli sual yaranır: Niyə Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən şəxs Rusiya ərazisində aktiv şəkildə etnik ədavəti qızışıdırır, Rusiya-Azərbaycan əlaqələrinə xələl gətirir, buna görə hüquqi məsuliyyət daşımır və üstəlik Putinə müraciət edərək, istintaq altında olan cinayət ortaqlarının azadlığa buraxılmasını xahiş edir?

Bundan əlavə, SAR rəhbəri Rusiya Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvüdür. Maraqlıdır, bu status Rusiya kimi çoxmillətli dövlətdə açıq şəkildə separatizmi dəstəkləyən, millətlərarası ədavəti qızışdıran Abramyanın təxribatçı fəaliyyəti ilə nə dərəcədə uyğundur?

Rusiyanın müvafiq strukturlarının fəaliyyətsizliyi SAR-ın təxribatçı fəaliyyətinə təkan verməklə yanaşı, onun cəzasız qalmasına da inam yaradır. İndi də əvvəllər Rusiya rəhbərliyini “Qarabağın müstəqilliyini” tanımağa çağıran Abramyan artıq Qarabağ separatçılarının liderlərinin taleyindən narahatdır və onların azadlığa buraxılmasını xahiş edir. Təbii ki, artıq azadlıqda olduqdan və Azərbaycan hüdudlarından kənarda olduqdan sonra həmin şəxslərin yenidən anti-Azərbaycan fəaliyyətlərini həyata keçirmələrini təmin etmək məqsədi ilə xahiş edir. Abramyanın özü bu günə kimi bu işi həyata keçirir. Ona görə də, yaxşı olardı ki, avqustun 18-də Moskvadan Bakıya gələn Prezident təyyarəsində Abramyanın özü də olardı, Bakı istintaq təcridxanasında əlaltıları ilə görüşər, onların biabırçı taleyini bölüşərdi...(AYNA)

Asif Aydınlı

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam