Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Avropa İttifaqı sülh sazişi üçün tələsir, yoxsa blef edir? -ŞƏRH

      Avropa İttifaqı ilə yeni saziş Azərbaycana nə verəcək?

  Ekspertlərə görə, Brüssel prosesi elə ittifaqın özü tərəfindən pozulub və...

Yenixeber.org: Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar Brüsseldə “Armenpress”in müxbirinə müsahibədə sülh sazişi ilə bağlı məsələlərdən ətraflı danışıb.

Klaar deyib ki, sülh müqaviləsində hər şey Ermənistan və Azərbaycanın son nəticədə necə qərar verəcəyindən, müqavilənin mətnini necə tərtib etməsindən asılı olacaq: “Yekun sülh sazişinin imzalanması və ondan sonra gələcək şərtlərin yerinə yetirilməsi də eyni dərəcədə vacibdir. Ritorika, əlbəttə ki, bütün maraqlı tərəflər üçün də vacib olacaqdır. 30 ildən artıq davam edən münaqişədən sonra söhbət təkcə Azərbaycanın deyil, həm də Ermənistanın ritorikasından gedir. Bizim əsas marağımız Ermənistanla Azərbaycan arasında razılığa gəlməkdir. Və sülh sazişinin harada imzalanacağı bizim üçün Ermənistanla Azərbaycan arasında münasibətlərin real nizamlanması faktından daha az əhəmiyyət kəsb edir”.

Aİ sanki sülh sazişi üçün tələsir, amma Azərbaycana qarşı bu qurumun özü və təşkilatları tərəfindən atılan  addımlar bu prosesi zədələyir.

Deputat Bəhruz Məhərrəmov 2022-ci ildəki fəaliyyətinə dair hesabat yaydı

 Bəhruz Məhərrəmov

Deputat Bəhruz Məhərrəmov dövlət başçısının çıxışlarından mühüm sitatlar gətirdi: “Avropa İttifaqı Prezidenti tərəfindən başladılmış Brüssel prosesinin nisbətən effektiv olması barədə Azərbaycan tərəfi dəfələrlə mövqeyini ifadə edib. Lakin Brüssel prosesi elə ittifaqın özü tərəfindən, ələlxüsus Fransanın davamlı canfəşanlığı ilə pozuldu. Xüsusən Qranadada Azərbaycanın iştirakı olmadan Azərbaycanın milli maraq və mənafeləri ilə birbaşa bağlı olan məsələlərin Azərbaycanın iştirakı olmadan müzakirə edilməsi, hansısa xəyali sənədin qəbulu platformanın fiaskosu demək idi. Aydındır ki, Azərbaycan sülh və əməkdaşlıq mühiti naminə dialoq üçün hər zaman açıqdır. Amma proses formal xarakter daşımamalı, Ermənistan sülh naminə real addımlar atmalıdır. Ermənistan hələ də beynəlxalq və ədalətsiz təzyiq mühitinə ümidlidir və Azərbaycanı qlobal güclər hesabına nəyəsə məcbur etdirə biləcəyinə inanır. Təəssüf ki, bu təfəkkürün formalaşması və Ermənistanda yersiz və əsassız arxayınlığın yaranmasında məsuliyyət daşıyan qlobal subyektlərdən biri məhz elə Avropa İttifaqı özüdür. Bu yanaşma isə sülh gündəliyinin nə forması, nə bir parçası ola bilməz. Biz sülhdən danışırıqsa, bu prosesə gətirib çıxaran amilləri, xüsusən Ermənistanın işğal və təcavüz siyasətinin nəticələri, habelə bu gün mümkün revanş niyyətləri mütləq təhlil olunmalıdır. Azərbaycanla sülh üçün Azərbaycanın real imkanları düzgün qiymətləndirilməli, qalib və məğlubla bərabər davranılmamalıdır. Əgər Avropa İttifaqı həqiqətən prosesin sülhə doğru irəliləməsini istəyirsə və bunda səmimidirsə, ittifaqın Fransa kimi subyektlərini uzaq tutmalı, habelə regionda gərginliyə səbəb olan gedişlərdən, məsələn, Ermənistana yerləşdirdiyi və ittifaqa üzv olmayan dövlətlər hesabına sıraları genişlənməkdə olan müşahidə missiyasının fəaliyyətindən imtina etməlidir. Bütün xoş olmayan təcrübələrdən sonra Avropa İttifaqı yalnız bu kimi real addımlar hesabına Azərbaycanın etimadını qazana bilər”.

Rusiya Təhlükəsizlik Şurasının katibi Bakıya niyə gəlib - Şərh

Elşən Mustafayev

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev hesab edir ki, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasında Avropa İttifaqının tərəfsiz olması artıq inandırıcı deyil: “Bu fikirlərimi bütövlükdə birliyə daxil olan dövlətlərə aid etmirəm. Amma qurumun lokomativi rolunu oynayan bir sıra böyük dövlətlərin son vaxtlar apardığı siyasət dediklərimi təsdiq edə bilər. Bu gün niyə həmin güclər Ermənistanla Azərbaycanın tərəfsiz bir ölkədə ikitərəfli, vasitəçilərsiz görüşüb məsələləri müzakirə edib həll etməsinə mane olurlar? Bunun üçün məkan problemi də yoxdur. Əvəzində görürük ki, Fransa açıq şəkildə Ermənistana hərbi, siyasi dəstək verir, hərbi sahədə müttəfiqlik müqaviləsi imzalayır, Almaniya hiss olunacaq şəkildə Ermənistana üstünlük verir, xarici işlər naziri BMT-də Azərbaycanı etnik təmizləmədə, genosiddə ittiham edir və s. Hansı ki, bu iki ölkə Avropa İttifaqının əsas aparıcı dövlətidir. Yəni hamıya məlumdur ki, Avropa İttifaqı sülh müqaviləsinin tezliklə imzalanmasını istədikdə onu nəzərdə tutur ki, bu imzalanma onların vasitəçiliyi ilə baş tutsun. İmzalanmaya qədər isə Azərbaycanı Ermənistanın maraqlarına xidmət edəcək şərtlərə razı sala bilsin. Yəni Qarabağ ermənilərinin geri qaytarılması, onların təhlükəsizliyi üçün beynəlxalq sülməramlıların regiona girməsi və s. 2 aydır ki, antiterror əməliyyatı başa çatıb və Yevlaxda Qarabağın erməni icması ilə reinteqrasiya məsələləri müzakirə olunub. Əslində ermənilərin geri qayıtması üçün bundan real və uğurlu plan yoxdur. Amma bu gün Qərbdə gedən müzakirələrdə reinteqrasiya ilə bağlı Azərbaycanın verdiyi təkliflərin adı çəkilmir. Çünki bu planla gedilərsə, Azərbaycan şərtləri qəbul edib geri qayıdan ermənilərin sosial, iqtisadi, fiziki təhlükəsizliklərinə təminat verəcəksə, o zaman regionda kənar dövlətlərin mövcudluğuna ehtiyac qalmayacaq. Ona görə də Fransa və digər dövlətlər danışıqların onların vasitəçiliyi ilə baş tutan masada müzakirə edilməsinə və orada razılaşdırılacaq şərtlərlə sülh müqaviləsinin bağlanmasına təkid edirlər. Tezliklə müqavilə imzalanması dedikdə onlar bunu nəzərdə tuturlar. Toivo Klaar şərtlərin qəbul edilib sülh müqaviləsini imzalamağa çağırmasına gəldikdə isə Azərbaycanın bu istiqamətdə irəli sürdüyü və bölgədə sülhə təminat verəcək 5 baza prinsipi ortadadır. Hazırda Ermənistan tərəfi bu şərtlərin bəzisini, ümumiyyətlə, qəbul etmək istəmir ki, bu özü böyük suallar doğurur. Ermənistanın özünün təklif etdiyi 3 prinsip aşağı-yuxarı bizim təklif etdiyimiz şərtlərin içində var. Yəni tərəflərin bir-birilərinin ərazi bütövlüyünü tanıması, sərhədlərin demarkasiyası, delimitasiyası və nəqliyyat kommunikasiya xətlərinin açılması bizim də təklif etdiyimiz 5 baza prinsiplərinin içində var. Amma Azərbaycanın təklif etdiyi əsas şərtləri nədənsə qəbul etməkdən çəkinir. Hansı ki, orada dövlətlərin bir-birilərinə ərazi iddialarının olmaması, gələcəkdə belə bir iddianı qaldırmayacağı ilə bağlı öhdəliyin götürülməsi vurğulanır. Eyni zamanda dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməmə müddəasından da çəkinir. Bu o deməkdir ki, Ermənistan istənilən vaxt Azərbaycana qarşı yenidən ərazi iddiaları irəli sürə bilər. Ona görə də Avropa İttifaqı bölgədə davamlı sabitliyin olmasında maraqlıdırsa, tezliklə sülh müqaviləsinin bağlanmasını istəyirsə, Ermənistanı Azərbaycanın şərtlərini qəbul etməyə razı salmalıdır. Əks halda, onların özlərini vasitəçi adlandırmalarının heç bir mənası yoxdur”.(musavat.com)

Cavanşir ABBASLI


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam