Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qərb Ukraynanı yarıyolda buraxır? -2024 həlledici il olacaq...

Anti-Putin koalisiyasından tükənmək eyhamları eşidilir, NATO isə müttəfiqləri dəstəyə çağırdı; Sülhəddin Əkbər: “Bu savaşı aparanlar asanlıqla təslim olmayacaqlar, məsələyə bu səviyyədə baxanlar müharibənin yeni başladığını anlayırlar”

Yenixeber.org: Rusiya-Ukrayna müharibəsində Qərb faktiki olaraq Kiyevi təkbaşına buraxmaqda görünür. Artıq Qərb və Avropa analitikləri, rəsmiləri belə fikir formalaşdırır ki, bu müharibədə Ukraynanın qalib gəlmək şansları, imkanları yoxdur. Həmçinin belə iddialar da var ki, Rusiya-Qərb arasında gizli anlaşmalar var və Ukraynada savaşın dayanması üçün tədbirlər görüləcək. 

Bu tədbirlər isə qəribədir - Kiyevə yardımlar dayanır. Artıq Slovakiya Ukraynaya hərbi yardımı dayandırması ilə bağlı NATO-nu məlumatlandırıb. Slovakiya Müdafiə Nazirliyinin saytında məlumat verilib ki, Müdafiə Nazirliyinin rəhbəri Robert Kalinak NATO-nun Baş katibinə Slovakiyanın ehtiyatlarından Ukraynaya hərbi yardımın dayandırılması barədə məlumat verib. Buna baxmayaraq, Slovakiya Ukraynaya kifayət qədər geniş spektrdə humanitar, mülki və texniki qeyri-öldürücü yardım təklif edir. Xarici tərəfdaşlar yeni hökumətin qərarına tam hörmətlə yanaşırlar.

Bu tendensiya şübhəsiz ki, digər Avropa ölkələrində də müşahidə olunacaq. Görünən budur ki, Qərb Ukraynadan platsdarm kimi istifadə etdi, ölkə bərbad hala düşdü və nəticə də göz önündə... Bunu Qərbin növbəti xəyanəti kimi dəyərləndirmək olarmı, yoxsa Rusiyaya batmaq mümkün olmadı? Hərçənd NATO baş katibi ağır döyüşlərin getdiyini bəyan edib və müttəfiqlərə Ukraynaya dəstəyi gücləndirməyə çağırıb. Rusiya ordusu isə Ukraynada döyüş meydanında təşəbbüsü bərpa etmək məqsədilə Şərq cəbhəsində eyni vaxtda çoxsaylı hücum əməliyyatına başlayıb. Lakin Ukrayna ordu qüvvələrinin cəbhənin kritik sektorlarına təzyiq göstərdiyi bir halda, rusların təşəbbüsü tam bərpa edə biləcəkləri tam məlum deyil. Bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. Məlumata görə, Avdeyevka, Kupyansk və Marinsk istiqamətlərində vəziyyət daha gərgindir: “Ukrayna rəsmiləri cəbhə xəttində vəziyyətin çətin olmasına baxmayaraq, ordunun döyüş sahəsinə nəzarəti saxladığını bildirirlər. Ukrayna ordusu hücum əməliyyatlarını davam etdirir və cəbhə boyu, xüsusən Qərbi Zaporojye bölgəsində, eləcə də Xersonun sol sahilində taktiki səviyyədə uğur qazanır. Belə bir vaxtda Rusiya qüvvələri təşəbbüsü tam bərpa etməkdə çətinlik çəkəcəklər”.

2024-cü il müharibədə həlledici il olacaq. Ukrayna Prezidenti Ofisinin rəhbəri Andriy Yermak deyib. Yermak qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı davam edir, Ukrayna hərbçiləri Dnepr çayının sol sahilində möhkəm dayanıb və Ukrayna prezidenti Vladimir Zelenski qələbəni necə əldə edəcəyini bilir. Zelenskinin Ofisinin rəhbəri həmçinin qış yaxınlaşdıqca, Rusiya qoşunlarının ölkənin enerji infrastrukturuna hücuma başlaya biləcəyini, belə bir vaxtda Rusiyaya qarşı sanksiyaları gücləndirməyə və Ukraynanın hava hücumundan müdafiəsinə dəstək verməyə çağırıb. Rusiyanın müxalif “Yabloko” partiyasının yaradıcısı, məşhur siyasətçi Qriqori Yavlinski məqaləsində yazıb ki, döyüş meydanında qələbəyə nail olunmasında israr edənlər dəhşətli əməl törədirlər - onlar insanların mənasız yerə ölümünün davam etməsinə çağırırlar. Bildirək ki, Rusiya indiyə qədər 314 290 hərbçi itirib. “NATO-nun Ukrayna prezidenti Vladimir Zelenskiyə münasibəti dəyişib”. Bu sözləri Fransanın Vətənpərvərlər Partiyasının sədri Florian Flippo deyib. O bildirib ki, Şimali Atlantika Alyansının Ukrayna prezidenti ilə bağlı narrativi tamam dəyişib. Partiya sədrinin sözlərinə görə, ABŞ indi Zelenskini “ləğv etmək” istəyir: “Zelenski 2024-cü il prezident seçkilərini ləğv etdiyinə görə təhdid altındadır. Vaşinqton isə "Şimal axını"nı "baltalamasına" görə Kiyevi ittiham etməyə cəhd edir".

Sülhəddin Əkbər: “Onlar bizim vətəndaşlarımızdır” Pravda.az

Sülhəddin Əkbər

Təhlükəsizlik mütəxəssisi Sülhəddin Əkbər “Yeni Müsavat”a bildirdi ki, kollektiv Qərbin Ukraynanı tək qoyacağını düşünmür. “Bu, geopolitik savaşdır. Üstəlik, indi yeni cəhə açılıb və o da Yaxın Şərqdir. Bu savaşı aparanlar belə asanlıqla təslim olmayacaqlar. Çünki hazırda psixoloji, hibrid, ticari, kibertəhlükəsizlik sahələrində mübarizə gedir. Bir tərəfdə demokratik ölkələrdir, müxtəlif mərkəzlər var, seçkilər gedən ölkələr var. Bunu da nəzərə almaq lazımdır. Ona görə belə fikirlər tez-tez səslənəcək, amma yeni dünya nizamının quruculuğu prosesindən vaz keçməyəcəklər, əksinə, hadisələr şiddətlənəcək, böhranlar davam edəcək. Hətta geopolitik savaşın başqa cəbhələri də açılacaq. Yəni klassik yanaşmaya əsasən yeni dünya müharibəsinin içindəyik”. 

Politoloq vurğuladı ki, məsələyə bu səviyyədə baxanlar savaşın yeni başladığını anlayırlar: “Bu geopolitik və geostrateji müharibədir, yəni strateji potensialların tükəndirilməsi savaşı gedəcək”. S.Əkbər daha bir cəbhənin Cənubi Qafqaz olacağını hələlik gözləmir: “Bura böyük cəbhə deyil, amma postsovet məkanında Ukrayna başda olmaqla bir savaş meydanı açılıb. Cənubi Qafqazdakı prosesləri nəzarətdə saxlamaq mümkündür. Bu gün geopolitik, geostrateji və geoekonomik maraqların üst-üstə düşməsi, xüsusən Böyük Britaniyanın, Çinin, İsrail və ümumilikdə yəhudi dünyasının bölgədəki maraqları Azərbaycanın bu güclərdən dəstəyini alması ilə nəticələnir. O baxımdan, Ankara-Bakı tandemi, yaranmış vəziyyətin Rusiya tərəfindən reallığının qəbul edilməsi regionda Türkiyə-Azərbaycan-Rusiya, Türkiyə-İran və Rusiya üzərindən nizamlanır”. 

Ukrayna müharibəsində Rusiyadan KRİTİK HƏMLƏ - Bəs Qərbin silahları?

 Aqil Rüstəmzadə

Hərbi analitik Aqil Rüstəmzadənin sözlərinə görə, döyüş bölgəsində tərəflər arasında paritet yaranıb. Onun fikrincə, hər iki tərəfin resurslarında ciddi artım olmasa, bu vəziyyət davam edəcək. A.Rüstəmzadə qeyd edir ki, Rusiya ordusunun əsas fəaliyyəti şərqdə qeydə alınır: “Belə ki, Avdeyevka kəndində nisbi uğur qazanılıb və Rusiya ordusu bütün kəndi nəzarət altına almağa çalışır. Həmçinin Rusiya Baxmutun Svatovo qəsəbəsi istiqamətində mövqe döyüşləri aparır”. Analitik vurğulayır ki, Ukrayna ordusunun əsas fəaliyyəti cənubda hiss olunur: “Kryinki yaşayış məntəqəsində əməliyat dairəsini genişləndirir və kənddə nəzarət zonasını artırır. Ehtimal ki, əməliyyatın məqsədi Yeni Kaxovka qəsəbəsinin təchiz olunduğu M-14 yolunu nəzarətə götürməkdir. Ukrayna ordusu cəbhənin müxtəlif sahələrində mövqe döyüşləri aparır. Əməliyyat şəraitinin təhlili göstərir ki, yaxın 5-7 gün ərzində cəbhədə əhəmiyyətli dəyişikliklərin olma ehtimalı azdır”.(musavat.com)

Emil SALAMOĞLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam