Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Putinin hakimiyyətdə qalmaq qərarı -regionda ən çox onlar məyus olacaq

Prezidentin yaxın ətrafı Putini inandırıb ki, hakimiyyətin ötürülməsi və ya yumşaq transformasiyası indiki müharibə şəraitində mümkün deyil; Qafqaza hansı təsirləri olacaq?

Yenixeber.org: Qərb mətbuatı son günlər israrla yazır ki, Vladimir Putin Rusiyada növbəti prezidentlik müddətinə namizəd olmaq qərarı verib. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Putin prezident seçkilərində iştirakla bağlı hələ qərar verməyib. Putinin mətbuat katibi əmin edib ki, vəziyyətlə bağlı məlumat ortaya çıxan kimi jurnalistlərə bu barədə informasiya veriləcək. O da vurğulanıb ki, prezident seçkilərində ölkənin hazırkı lideri ilə heç kim rəqabət apara bilməyəcək.

Rusiya Prezidenti Administrasiyası 2024-cü ilin martında keçiriləcək prezident seçkilərində Vladimir Putinin namizədliyini irəli sürmək üçün təşəbbüs qrupunun tərkibini hazırlayıb. Bu barədə isə “Kommersant” qəzeti məlumat yayıb.

Məlumata əsasən, Putinin təşəbbüs qrupuna Ukraynadakı hərbi əməliyyatlarla bağlı olan şəxslər də daxil ola bilər. Mümkün iştirakçılar arasında “Kommersant”ın rejissoru Nikita Mixalkov, məşhur uşaq həkimi Leonid Roşal, müğənni Şaman (Yaroslav Dronov), Donbas “Sparta” batalyonunun komandiri və qondarma “Donetsk Xalq Respublikası” “parlamentinin” “spikeri” Artyom Çoqunun adları çəkilir. 

Putin ilk dəfə 2000-ci ildə prezident olub və bundan sonra dörd müddətə (2008-2012-ci illərdə fasilə ilə) bu vəzifədə qalıb. Oktyabrın 7-də 71 yaşı tamam olan Putin İosif Stalin dövründən bəri bütün Rusiya monarxlarından daha uzun müddətə hakimiyyət başında olub, hətta Leonid Brejnevin 18 illik “rekordunu” da təzələyib. Üç il əvvəl isə Rusiyadakı konstitusiya dəyişikliyi ilə Putinin yeni prezidentlik müddətinə əngəl aradan qaldırılıb. 

Prezidentin yaxın ətrafı Putini inandırıb ki,  hakimiyyətin ötürülməsi və ya yumşaq transformasiyası indiki müharibə şəraitində mümkün deyil, o səbəbdən mütləq seçkiyə getməlidir. Ən yüksək risk isə Putinin gedişindən sonra yenidən  alovlana biləcək separatizm və etnik münaqişələr qorxusudur. İndi Rusiyada həm də vəziyyət elədir ki, Putinin yerini heç kim həvəslə tuta da bilməz, xüsusən də Ukraynada NATO və ABŞ-la davam edən müharibə, iqtisadi sanksiyalar şəraitində. Yəni fakt budur ki, Putin üçün real rəqib yoxdur, o səbəbdən seçkidə iştirak edərsə, inamlı qələbə qazanacaq. 

Putinin hakimiyyətdə qalmasının Qafqaza hansı təsirləri olacaq? Ermənistan ictimai rəyində Putini az qala xəyanətkar hesab edirlər və gözlənilən qərar onların ürəyincə olmayacaq.

Fikrət Yusifov: Müharibələrin və terrorun ali məqsədi - İqtisadi maraqlar

 Fikrət Yusifov

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov hesab edir ki, əslində Rusiyanın indiki durumunda Vladimir Putinin seçkilərə getməkdən imtina edəcəyi əvvəlcədən inandırıcı görünmürdü: “Putin Ukraynada başlatdığı müharibənin "taleyini həll etmək naminə" seçkilərdə iştirak edib, növbəti müddətə prezident kürsüsündə oturmağa  məhkumdur. O, çox yaxşı başa düşür ki, indiki durumda hətta özünün seçəcəyi varis belə onun işini davam etdirməyə bilər. Bu səbəbdən Putin seçkilərdə iştirak edəcək və qeyd-şərtsiz qalib gələcək. Putinin hakimiyyətdən getməsi indiki durumda Rusiya daxilində ciddi bir qarşıdurma yarada bilər. Bu gün Rusiya cəmiyyəti Ukrayna ilə müharibə məsələsində iki yerə parçalanıb. Rusların əksəriyyəti bu müharibəni ağılsız bir addım kimi dəyərləndirib, Rusiyanın Ukrayna torpaqlarından dərhal çıxmasını və rus əsgərinin özgə torpaqlarında mənasız ölümünə son verilməsini tələb edir. Lakin bu gün Rusiyada Putin hakimiyyətinin Ukraynaya qarşı açdığı savaşı yetərincə dəstəkləyən  adamlar da az deyil. Rusiya əhalisinin bu təbəqəsi Putini Ukraynaya açdığı savaşda ürəkdən dəstəkləyir.

Bu gün Qərb, başda ABŞ olmaqla, Rusiyaya qarşı ən ciddi iqtisadi sanksiyalar tətbiq edir və Ukraynanın bu müharibədə qalib gəlməsi üçün ona mümkün ola biləcək bütün hərbi, maddi və digər yardımları göstərir. Rusiya hələ ki Qərbin bu basqılarına davam gətirə bilir. Lakin bu o demək deyil ki, Rusiya bu təzyiqlərə sona qədər davam gətirə biləcək. Çünki qarşıda Qərbin Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etmək və Ukraynanı daha ciddi sayılan silahlarla təchiz etmək kimi planları var. Bütövlükdə Rusiya cəmiyyəti bu gün çox gərgin bir durumdadır. Belə bir vəziyyətdə Putinin hakimiyyətinin sükanını kiməsə verməsi, sadəcə, mümkün deyil. O, baş verən hadisələrin nə ilə nəticələnməsindən asılı olmayaraq hakimiyyətin sükanını sona qədər əlində saxlamağa çalışacaqdır. Təbii ki, bu gün Qərb Putinin növbəti seçkilərə getməsini qətiyyən istəmir. Lakin indiki dönəmdə Qərbin bu vəziyyəti dəyişdirə biləcək rıçaqları yetərli deyil. 

Onun qələbəsini bizim regionda ən çox istəməyən ona qarşı çıxan ermənilər və Ermənistanın indiki hakimiyyətidir. Putin qalib gələrsə, o, Ermənistanda hakimiyyət dəyişikliyi istiqamətində səylərini davam etdirəcək".

Rusiya Təhlükəsizlik Şurasının katibi Bakıya niyə gəlib - Şərh

Elşən Mustafayev 

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev Rusiyada Putinin alternativsiz olduğunu söylədi. Onun sözlərinə görə, Rusiyada gələn il keçiriləcək prezident seçkilərində Putinin yenidən namizədliyini irəli sürəcəyi şübhəsizdir: “Rusiya üçün gərgin bir zamanda bu yolun alternativini görmürəm. Bunu həm Rusiyanın özündə, həm də Qərbdə hamı yaxşı anlayır. Əslində Putinsiz Rusiya Qərbin ən böyük arzusudur və illər boyu bu istiqamətdə müxtəlif alternativ namizədlərlə sıx işləri də olub. Amma istəklərini reallaşdıra bilməmişdilər. Yəni həmin namizədlərin xalq arasında nüfuzları aşağı olduğundan seçkilərdə qələbə qazanmaq şansı sıfıra bərabər olub. Ümumiyyətlə, hər zaman Rusiya cəmiyyətinin əksəriyyətində belə bir fikir formalaşıb ki, Qərbin dəstəklədiyi istənilən siyasətçi ölkə maraqlarını satmağa hər zaman hazır olan xainlərdir. Hazırda Ukraynada davam edən müharibə, Qərblə açıq qarşıdurma, öldürücü sanksiyalar iqtisadiyyata, insanların rifahına, hərbi sənaye kompleksinə ağır zərbələr vursa da, hesablamaların əksinə olaraq Putinin mövqelərini daha da bərkidib. Təsəvvür edin ki, Putinin ölkədə reytinqinin ən aşağı olduğu zamanlar iqtisadiyyatının gücləndiyi və Qərblə münasibətlərinin çox yaxşı olduğu 2014-cü ilə qədər olub. Ondan sonrakı zamanlarda nüfuz artımı daim müşahidə olunub. O səbəbdən Putinin yenidən namizəd olacağı ilə hamı barışmalı olacaq. Amma ola bilsin ki, seçkilər təxirə salınsın. Belə ki, onsuz da hamı bilir ki, seçki demək olar alternativsiz keçiriləcək və qələbə qazanılacaq. Amma hazırda Kremlə bağlı ekspertlər, siyasi şərhçilər Rusiyanın rəsmi şəkildə Ukraynaya qarşı müharibə elan etməsinin vacibliyi barədə açıqlamalar verirlər. Bildiyimiz kimi, bu günə qədər aparılan müharibəyə xüsusi hərbi əməliyyat deyilir. Bunun adı rəsmi müharibə ilə dəyişiləcəyi təqdirdə ölkədə dərhal hərbi vəziyyət elan olunur. Bu zaman isə seçkilər qeyri-müəyyən müddətə təxirə salına bilər. Ümumiyyətlə, Putinsiz Rusiya istəyən dövlətlər çoxdur və onların arasında postsovet məkanından olan dövlətlər də var. Xüsusilə Ermənistan son zamanlar açıq şəkildə Rusiya əleyhinə fəaliyyəti ilə əslində Putini hədəfə alıb. 1993-cü ildə Qarabağı işğal edərkən Rusiyadan aldığı hərtərəfli dəstəyi 44 günlük müharibə zamanı almayandan sonra ölkədə anti-Putin kampaniyası geniş təbliğ olunur. Burada regiona girmək istəyən Qərbin rolu olsa da, bütün sahələrdə Rusiyadan asılı olan bir dövlətin bu addımları dövlətçiliklərinin itirilməsi ilə nəticələnə bilər. Azərbaycan üçün hazırda şimaldan ciddi təhlükə görmürəm. Çünki biz bütün sahələr üzrə Rusiyadan heç bir asılılığımız yoxdur, əksinə bizdən asılı olan dövlətlər var. Milli və dövlət təhlükəsizliyimizi isə Türkiyə ilə ikitərəfli hərbi ittifaqla təmin etmişik. Düşünürəm ki, Putinin sağlamlıq durumu imkan verdikcə və həyatda qaldıqca hakimiyyəti əldən verməməyə çalışacaq. Belə bir halda rəqibləri onu qeyri-ənənəvi yolla hakimiyyətdən salınmasına çalışacaqlar”.(musavat.com)

Cavanşir ABBASLI


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam