Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

İbrahimbəyov və Cəmil Həsənli Milli Şuradakı istefalardan danışdı

 

 

 

    Qurumun fəxri sədri və sədri narahatlıq üçün ciddi əsas görmür, amma... 

 

     “Milli Şura fəaliyyətdə olan canlı təşkilatdır. Quruma üzv olmaq üçün hazırda ərizə verənlər də var. Bununla yanaşı, istefalar da ola bilər. Bundan narahat olmağa dəyməz”.

     "xeberinfo.com": Bu barədə Milli Şuranın sədri Cəmil Həsənli açıqlamasında son istefalara münasibət bildirərkən deyib. C.Həsənli EL hərəkatının sədr müavini Mehdibəy Səfərovun istefasını da normal qarşıladıqlarını deyib. Bildirib ki, ona yaxşı yol arzulayırlar.
     Milli Şura sədri seçkidən sonra quruma qəbul olunanlardan çox, istefa verənlərin olduğuna münasibət bildirib. Onun sözlərinə görə, Milli Şuranın kifayət qədər üzvü var: “Sadəcə olaraq yeni əsasnamə qəbul etməliyik. Bu əsasnamə müzakirə mərhələsindədir. Buna Koordinasiya Şurasının ötən iclasında baxıldım və hazırda bu əsasnamə üzərində iş davam edir. Bu yaxınlarda yekunlaşacaq. Milli Şuranın toplantılar və sessiya keçirmək üçün üzvlərinin sayı yetərlidir. Koordinasiya Şurasında 5-6 professor, bir o qədər də elmlər doktoru var. Azərbaycanda hansı siyasi qurumda bu qədər intellektual potensial var?!”.
    Milli Şura sədri EL hərəkatının sədri Eldar Namazovun “Cəmil Həsənlinin dedikləri həqiqətə uyğun deyil” açıqlamasına münasibət bildirmək istəmədiyini deyib. “Eldar Namazovun dediklərinə münasibətim yoxdur. Bildirmək istəmirəm. Münasibətim mətbuatda olub. Bundan artıq da sözüm yoxdur” deyə,  o qeyd edib.
Milli Şuranın fəxri sədri, dramaturq Rüstəm İbrahimbəyov APA-ya müsahibə verib. Müsahibəni təqdim edirik.
- Qurucusu və fəxri lideri olduğunuz Milli Şuranın hazırda Azərbaycan siyasi səhnəsində rolunu necə görürsünüz?
- Biz Milli Şuranı yaradanda bildirdik ki, birləşmədə bir sünilik var. Çünki 20 ildir, Azərbaycan müxalifəti daxilində müxtəlif dedi-qodular mövcud idi. Bizi seçki birləşdirdi. O vaxt da çoxumuz başa düşürdük ki, seçkidə qələbə olmasa, seçkidən sonra Milli Şura çox çətin vəziyyətə düşəcək. Amma mənə elə gəlir ki, biz bu böhranı keçdik, Milli Şuraya yavaş-yavaş yeni qüvvələr gələcək. Biz istəyirik ki, gənclər siyasi səhnəyə gəlsin, gələcəyimiz onlarla bağlıdır. Bu, Milli Şuranı möhkəmlədən bir istiqamətdir. İkinci istiqamətə gəlincə, biz elə proqram qurmalıyıq ki, başqa partiyalar da, müxalifətin başqa qanadları da bizimlə birgə işdə birləşsin. Milli Şuraya daxil olmasınlar, buna ehtiyac da yoxdur. Amma Milli Şuranın təşəbbüsü olsa, bu təşəbbüs ətrafında müxalifət qüvvələrini birləşdirməyi bacarsa, Milli Şura öz vəzifəsini yerinə yetirəcək.
- Müsavat Partiyasının gedişi Milli Şuradan gedişi proqnozlaşdırılırdısa, Sizinlə yaxın münasibətdə olan Eldar Namazovun qurumdan istefası təəccüblə qarşılandı. Siz bu istefanı necə qarşıladınız?
 
- Mən bu barədə danışmaq istəmirəm. Çünki müxalifəti qəbul etməyən qüvvələr bundan istifadə edir. Hələlik müxalifət daxilində yaranan gərginliyi aradan götürmək üçün bu barədə danışmaq lazım deyil. Biz öz aramızda bu barədə danışa, söhbətlər apara, bir-birimizə acı sözlər də deyə bilərik. Amma bunu açıq şəkildə xalq qarşısında söyləsək, xalq düşünəcək ki, bunlar bir-biri ilə dil tapa bilmir. Hər halda hər partiyanın, hər şəxsin, hər qurumun öz mövqeyi var, əsas odur ki, satqınlıq olmasın. Mən inanıram ki, müxalifət daxilində səhvlərə yol verilir, amma satqınlıq o qədər də yoxdur. Çünki hərdən belə fikirlər səslənir ki, bu addımlar ona görə atılır ki, müxalifətin bir hissəsi satılıb. Bu, belə olsa idi, iqtidar bu ifadəni işlətməzdi. İqtidar nümayəndələri çıxışlarında deyirlər ki, müxalifət satqındır. Amma kimsə onlara satılsa idi, bunun üstünü açmaz, bu barədə danışmazdılar. Müxalifətdə səhvlər var və bu səhvlərə mütləq cavab da vermək lazımdır. Amma mən istəməzdim ki, bu, açıq tərzdə olsun. Çünki camaat bizim münasibətlərimizi izləyir və istəmirəm ki, bədbinlik yaransın.
- Milli Şuranın sədri Cəmil Həsənli ilə münasibətləriniz necədir?
- Gündə bir neçə dəfə danışırıq, çox sıx ünsiyyətdəyik. Ölkədə baş verənləri müzakirə edir, vəziyyətdən çıxış yolu axtarırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam