Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycan Şimali Kipri tanımağın bir addımlığında -gələn ay...

         ŞKTC-ni tanımaq yolundakı maneələrdən ən ciddisi aradan qalxıb

Yenixeber.org: Bu həftə Azərbaycanda Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Günləri keçiriləcək. Musavat.com mötəbər qaynaqlara istinadən bildirir ki, bununla bağlı iki ölkə arasında müvafiq anlaşma əldə edilib. Bu münasibətlə Kipr Türk Dövlətinin rəhbərləri tarixdə ilk dəfə Azərbaycana gələcək.

Gələn heyət mötəbərdir və Kipr (Kıbrıs) Türk Dövlətinin rəhbərliyini əhatə edir. Qaynaqlarımıza görə, heyətdə KTD (ŞKTR) prezidenti Ersin Tatar, xarici işlər naziri Tahsin Ertuğruloğlu və digər yüksək rütbəli dövlət adamları da var.

Bir daha xatırladaq ki, belə bir hadisə Azərbaycan tarixində ilkdir. Bəlli olduğu kimi, Kipr Türk Cümhuriyyəti dünya tərəfindən tanınmayan bir ölkə, türk yurdudur. Yalnız qardaş Türkiyə onun müstəqilliyini tanıyıb.

“Azərbaycan bu sırada ikinci ola bilərmi” sualına cavab vermədən öncə dövlətimizin bu istiqamətdə konkret addımlar atdığını görmək mümkündür. Belə ki, ŞKTC günlərindən başqa, Bakı-Lefkoşa birbaşa təyyarə xəttinin açılması gözlənilir.

Bəllidir ki, Qarabağdakı separatçı ermənilərin varlığı və orada qondarma rejim yaratması ucbatından Azərbaycan Şimali Kipr Türk Cümhuriyyətini (KTD) tanıya, yaxud da ona ən müxtəlif platformalarda açıq dəstək verə bilmirdi. Yaxud da birbaşa təyyarə reysi açaraq, turizm sahəsində əməkdaşlıq edə bilmirdi. Çünki Yunanıstan dərhal Azərbaycanı şantaj edir və ərazimizdəki qondarma rejimi dövlət kimi tanıyacağı ilə təhdid edirdi. İndi Qarabağ məsələsi həll olunduğu, qondarma rejim isə “cəhənnəmə getdiyi” üçün Azərbaycan manevr etmədən “Yavru Vatan”la birbaşa əlaqə qura bilər.

Yada salaq ki, yunan Kipri və Yunanıstan Ermənistanla illərdir isti əlaqələrə malikdir. Üçlük birgə hərbi təlimlər də keçirib. Yunan Kipri Azərbaycanın Qarabağda son antiterror tədbirlərini pisləyib, ermənilərin könüllü köçünü “etnik təmizləmə” adlandırıb. Yunanıstan isə Azərbaycan qazının tədarükçüsü olan azsaylı Avropa ölkələrindən (Yunanıstan, Avstriya, Macarıstan, Rumıniya və İtaliya) olduğu üçün çox sərt reaksiya verə bilməyib.

Onu da qeyd edək ki, gələn ay İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) yubiley sammiti keçiriləcək. ŞKTC isə TDT-də müşahidəçi statusuna malikdir. Qarşıdakı sammitdə Kipr Türk Dövlətinin digər türk dövlətləri tərəfindən tanınma qərarı verilə bilərmi?

Əli Orucov

Siyasi şərhçi Əli Orucov bildirdi ki, Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olduğu dönəmlərdə də Şimali Kipr Türk Cümhuriyyəti ilə rəsmi Bakının əlaqələri xeyli vaxtdır mövcuddur. Cümhuriyyətin Bakıda nümayəndəliyi fəaliyyət göstərir: "Lakin Dağlıq Qarabağ məsələsinə görə Bakının ŞKTC müstəqilliyinin tanınmasına ehtiyatla yanaşması məlumdur. Çünki Yunanıstanın və Avropa İttifaqının bu addıma göstərəcəyi reaksiya bizim ziyanınıza olardı və taleyüklü Qarabağ probleminin həllini çətinləşdirirdi. Bundan başqa, Türkiyənin özü ŞKTC-nin müstəqilliyini tanımamışdı. Artıq Türkiyə müstəqilliyi tanıyır. Həmçinin 44 günlük müharibədən və ötən ay Qarabağın erməni separatçı rejiminin çöküşündən sonra yeni reallıqlar yaranıb. Türkiyənin bölgədə və dünyada nüfuzu, təsir imkanları artmaqdadır, TDT bir qurum kimi təşəkkül dövründədir. Bütün bunlar daha çevik və müstəqil xarici siyasət yürüdülməsini stimullaşdırır. Ona görə Lefkoşa ilə əlaqələrin genişləndirilməsinə ciddi maneələr qalmır. Şimali Kipr Türk Cümhuriyyəti ilə mədəni əlaqələrin genişlənməsini diplomatik tanınmaya gedən yolun başlanğıcı hesab etmək olar. İndiyədək Azərbaycana "yavru Vatan"dan belə yüksək tərkibdə nümayəndə gəlməyib. Məncə, mədəniyyət günlərinin keçirilməsi yüksək rəsmi şəxslərin Bakıya səfəri və yüksək səviyyəli təmasları üçün bir vəsilədir. Azərbaycan ŞKTC-nin müstəqilliyini tanıyarsa, digər türk dövlətləri də anoloji addımı ata bilər. Bu səfərdəki heyətə ŞKTC-nin prezidenti Ersin Tatarın rəhbərlik etməsi heç şübhəsiz ki, münasibətlərin yeni mərhələyə qədəm qoyulması baxımından çox ciddi hadisədir. Doğrudur, Avropa İttifaqının üzvü olan Kiprin yunan kəsimi buna sərt təpki göstərəcək, Azərbaycanla münasibətlərin Qərblə  gərgin olduğu indiki dönəmdə əlavə narazılıqlar yaradacaq, lakin bu kiprli türk qardaşlarımıza Azərbaycanın geniş dəstəyinə mane olmamalıdır".

Akif Nağı 

Azad Vətən Partiyasının sədri Akif Nağı isə bildirdi ki, Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınması uzun müddət gündəmdə olub. Azərbaycan tərəfi uzun illər bu addımı ona görə atmayıb ki, Azərbaycanın Qarabağ ərazisində qondarma separatçı rejim mövcud olub: "Azərbaycanın mövqeyini Türkiyə və Şimali Kiprdəki dostlarımız da həmişə anlayışla qarşılayıblar. Amma indi vəziyyət dəyişib, Qarabağda Azərbaycanın suverenliyi bərpa olunub, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə tanıdığını bəyan edib. Belə bir şəraitdə artıq vaxtı çatır ki, biz Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınması ilə bağlı konkret addımlar ataq. Bununla bağlı işlər gedir. Türk Dövlətləri Təşkilatının son toplantısını iki məsələ gündəmdə idi. Onlardan biri Türkmənistanın tam səlahiyyətli şəkildə quruma üzv olması, digəri isə Şimali Kipr Respublikasının üzv olması idi. Lakin məsələ həmin toplantıda təxirə salındı. Çünki müəyyən detalları dəqiqləşdirməyə ehtiyac var idi. Amma növbəti toplantıda Şimali Kipr TDT-yə üzv qəbul olacaq. Azərbaycan bu məsələdə təşəbbüskar kimi çıxış edib. ŞKTC-nin əksər rəhbərliyinin Azərbaycana gəlməsi və Şimali Kipr günlərinin keçirilməsi də hesab edirəm ki, tanınma ilə bağlı hazırlıq işlərinə xidmət edir. Prezident Ərdoğan hətta artıq bəyan edib ki, Şimali Kipr yox, Kipr dövləti adlandırmalıyıq. Yəqin ki, TDT üzvü olan dövlətlərin hər birinin Şimali Kiprin müstəqilliyini tanımaq barədə qərarları olacaq. Sonra isə TDT-nin ümumi qərarı olacaq. Buna ciddi hazırlıq işlərinin getdiyini düşünürəm. Mümkündür ki, TDT-nin növbəti toplantısında Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınması ilə bağlı qərar qəbul olunacaq. Hətta ad bundan sonra Ərdoğanın dediyi kimi, Kipr Cümhuriyyəti adlandırıla bilər”.(musavat.com)

Etibar SEYİDAĞA


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam