Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

"Ziya Məmmədov "vurulur” sözlərində diqqətli olun!”

 

“Hər bir Azərbaycan vətəndaşı kimi Ziya Məmmədovun da konstitusion hüququ var və o, hazırda əmək məzuniyyətindədir”. 
"Xeberinfo.com":   Məlumata görə, bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı Elton Məmmədov nəqliyyat naziri olan qardaşı Ziya Məmmədovla bağlı mətbuatın yaydığı xəbərələrə münasibət bildirərkən deyib.

O qeyd edib ki, mətbuat nəqliyyat naziri Ziya Məmmədovun “vurulması” ifadəsini işlədərkən diqqət etməlidir.

“Hər bir insan hansısa vəzifəyə təyin də oluna bilər, vəzifədən çıxarıla da bilər. Ziya Məmmədov bu gün vəzifəsindədir və cənab prezidentin ətrafında sədaqətlə xidmət edən nazirlərdəndir. Kim vurulur? Ölkə rəhbərinin müstəsna səlahiyyətlərinə kimsə müdaxilə edə bilər? Ədalətli olun, həqiqəti yazın. Ziya Məmmədovun bütün Azərbaycan vətəndaşları kimi konstitusion hüququ var. O, indi əmək məzuniyyətindədir, Ziya müəllimin də istirahət hüququ var”.

Elton Məmmədov bəzi qurumların Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılmasının mətbuatda geniş müzakirə olunmasına da etiraz edib və qəzəbini gizlətməyib:

“Burada nə problem var ki? Ay nə bilim filan şey ayrıldı, filan qurum çıxarıldı... Bu saat elə müvafiq icra hakimiyyətləri var ki, bütün operatorları qıraqda müəyyənləşdirir, özü mərkəzi müvafiq icra hakimiyyəti olaraq nazir paketini özündə saxlayır. Bu tədbirlər dövlətin, infrastrukturların, idarəetmə sisteminin təkmilləşməsidir. Buna jurnalistikanın müdaxiləsi yersizdir. Yersiz, bilmədən, müəyyən lazımsız ifadələri işlətməklə ictimai-siyasi sabitliyi pozmağa çalışmayın! Belə şeylər etməməyi tövsiyyə edirəm!”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam