Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Saleh Məmmədov Ziya Məmmədovun adamlarını “vurur”

 

Sabir Rüstəmxanlının oğlu da «Azəryolservis»dəki vəzifəsindən azad edilib

“Azəryolservis” ASC-nin sədri Saleh Məmmədov bu vəzifəyə təsdiq ediləndən sonra qurumda təmizləmələrə başlayıb.

Xeberinfo.com:   Redaksiyamıza daxil olan məlumatda deyilir ki, Saleh Məmmədov xüsusilə nəqliyyat naziri Ziya Məmmədovun “Azəryolservis”dəki adamlarını hədəfə alıb. Məlumat üçün deyək ki, “Azəryolservis” bir neçə gün əvvələ qədər Nəqliyyat Nazirliyinin tabeliyində olub. Bu baxımdan qurumda nəqliyyat naziri Ziya Məmmədova yaxın xeyli adam var.

Məlumatda bildirilir ki, Saleh Məmmədov artıq Ziya Məmmədova yaxınlığı ilə seçilən, “Azəryolservis”də müavini vəzifəsi tutan Şaiq Məmmədovu, digər müavin Sabir Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlını işdən çıxarıb. Qeyd edək ki, Cəmil Rüstəmxanlı Ziya Məmmədovun qardaşı Ildırım Məmmədovun kürəkənidir.

Bundan başqa Saleh Məmmədov Azəryolservisin maliyyə xidmətinin rəisi, Ziya Məmmədovun qardaşı Loğman Məmmədovun oğlu Elşən Məmmədovu, hüquq departamentinin Müşfiq adlı rəhbərini tutduğu vəzifədən azad edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam