Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Ərdoğan sözünü kəsən aparıcıya belə reaksiya verdi:...Hörmət edəcəksən

erdogandan-sozunu-kesen-apariciya-sert-reaksiya

“Rusiyaya güvənməmək üçün heç bir səbəbim yoxdur. Türkiyəni 50 ildir Aİ-nin qapısında gözlədirlər”.

Yenixeber.org: Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanın PBS telekanalına açıqlamasında deyib.

Ərdoğanın sözlərinə görə, Qərb nə qədər etibarlıdırsa, Rusiya da o qədər etibarlıdır: “Hazırda taxıl dəhlizinin fəaliyyəti pozulub, amma hələ də Putinə inanıram və düşünürəm ki, yaxın günlərdə dəhliz yenidən işə düşəcək”.

Türkiyə lideri daha sonra 15 iyul dövlət çevrilişinə cəhd və Gəzi parkı hadisələri ilə bağlı iş üzrə mühakimə olunan iş adamı Osman Kavala və Xalqların Demokratik Partiyasının (HDP) həbsdə olan keçmiş həmsədri Səlahəddin Dəmirtaş barədə sualı cavablandırıb. Bu zaman aparıcı Amna Navaz onun sözünü kəsib. Ərdoğanın isə onun bu davranışına reaksiyası sərt olub: “Sözümü kəsməyə haqqın yoxdur. Hörmət edəcəksən. Məhkəmənin verdiyi qərara hörmət edəcəksən. Səlahəddin Dəmirtaş terrorçudur və 200-dən çox insanın ölümünə səbəb olub”.

Xatırladaq ki, O. Kavalaya hökuməti devirməyə cəhd ittihamı ilə ağırlaşdırılmış ömürlük həbs cəzası verilib.

S. Dəmirtaş isə 2016-cı ilin noyabrından həbsdədir.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam