Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Qərb Bakı-İrəvan sülh danışıqlarını poza bilər...” -Türkiyədən ilginc narahatlıq

Ankara Ermənistanın hiyləgər gedişlərinə aldanmayacaq-İrəvana sərt və qəti xəbərdarlıqlar; ekspertlərdən bölgədə gərginliyi tətikləyən qüvvələrlə bağlı açıqlamalar...

Ermənistan hakimiyyəti ziddiyyətli davranışlarını davam etdirir. Sülhdən danışan ölkə davamlı təxribatları ilə gərginliyi tətikləyir, eyni zamanda Azərbaycanın daxili işlərinə “Spayka”lı müdaxilə etmək cəhdi göstərən İrəvan Türkiyə ilə əlaqələrin bərpası barədə bəlağətli ifadələr səsləndirir.

Yenixeber.org: Türkiyə Prezidenti və XİN rəhbərinin iki gün əvvəl Azərbaycan XİN rəhbəri ilə görüşdən sonra Ermənistana qəti xəbərdarlıq etmələri, Zəngəzur dəhlizinin açılması zərurətini açıq vurğulamaları, həmçinin İrəvanı bölgədə sabitliyi pozan davranışdan çəkinməyə çağırmaları Ankaranın hər hansı hiyləgər gedişə aldanmayacağı deməkdir. 

“Zəngəzur dəhlizi dərhal açılmalı və hərtərəfli sülh sazişi tezliklə həyata keçirilməlidir”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edərkən deyib. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin də müzakirə olunduğu görüşdə Ərdoğan Zəngəzur dəhlizinin dərhal açılmasının və hərtərəfli sülh sazişinin tezliklə həyata keçirilməsinin bu proses üçün vacibliyini vurğulayıb (Report).

Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib ki, Azərbaycan-Ermənistan regionunda  sabitliyə aparan yol hərtərəfli sülh sazişindən keçir. Fidan bildirib ki, Zəngəzur dəhlizinin açılması iki ölkə arasında sülh üçün böyük əhəmiyyət kəsb edir. Fidan 2021-ci ildə Türkiyə ilə Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsinə toxunaraq, “İşğaldan azad edilmiş Şuşada Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Şuşa Bəyannaməsi böyük hadisədir. Türk dünyası 2021-ci ildə bütün dünyaya bəyan etdi ki, güclü Türkiyə güclü Azərbaycandır, güclü Azərbaycan güclü Türkiyədir” deyə bildirib.

Ermənistanla normallaşma prosesini Azərbaycanla sıx koordinasiyada davam etdirdiklərini ifadə edən Fidan Azərbaycan-Ermənistan prosesində beynəlxalq səyləri dəstəklədiklərini qeyd edib. Azərbaycan-Ermənistan prosesi ilə bağlı beynəlxalq tərəflərə çağırış edən Fidan “Tərəflər arasında ayrı-seçkilik yaratmayın, sülhü dəstəkləyin, dəstək əvəzinə mane olmayın. Regional  sabitliyə gedən yol bir siyasətdən keçir. Hərtərəfli sülh sazişindən. Bunun üçün Zəngəzur dəhlizinin açılması böyük əhəmiyyət kəsb edir” deyib. Fidan bəzi dairələrin, xüsusilə Ermənistanın Azərbaycanın Laçın yolunda sərhəd-keçid məntəqəsi yaratmasının humanitar böhrana səbəb olması ilə bağlı iddiaları ilə bağlı suala belə cavab verib: “Laçın yolu Azərbaycan torpağıdır. Ona görə də Azərbaycan lazım bildiyi tədbirləri həyata keçirir və bunu görmək onun ən böyük suveren hüquqlarından biridir. Biz görürük ki, Azərbaycan humanitar məsələlərdə hər cür səy göstərir. Artıq tibbi keçidlər də mümkündür. Kompleks material daşınması üçün uyğun olan digər marşrutlar da mövcuddur. Bütün bu qiymətləndirmələrə nəzər saldıqda düşünürük ki, bu məsələdə Azərbaycanı tənqid etməyə heç bir əsas yoxdur”.

Əslində Ermənistanı göydən-yerə vuran mövqelərdir. Ötən həftə Ermənistan baş naziri Nikol Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında yenə sülhdən, bütün dünyanın Qarabağı Azərbaycanın tərkin hissəsi kimi tanımasından, qonşu Azərbaycan və Türkiyə ilə əlaqələri təcili normallaşdırmağın vacibliyindən gen-bol danışdı. “Qonşularla dil tapmaqdan savayı yolumuz yoxdur” dedi, bir daha Bakının Qarabağ qələbəsini etiraf etdi. Amma praktikada, hələ ki, İrəvanın sülhpərvərliyinin real təzahürləri görünmür. Əksinə, “humanitar yük” adı ilə İrəvan kövrək sülh prosesini bombalamaq xətti götürüb. 

Sözügedən mövzu Türkiyədəki “Haber Global”ın efirində müzakirəyə çıxarılıb. Videosüjetdə məsələ ilə bağlı türkiyəli mütəxəssislər fikirlərini bildiriblər. Tanınmış hərbi ekspert Abdullah Ağara görə, Paşinyan həm diasporun, həm Rusiyanın, həm Avropa Birliyinin, həm ABŞ-nin, həm də İranın fərqli dövrlərdə artıb-azalan təsirləri, istiqamətləndirmələri, manipulyasiyaları ilə qarşı-qarşıyadır və bununla bağlı olaraq bəzi ziddiyyətli açıqlamalar verməsi normaldır. “Belə ki, daha əvvəl atəşkəslə bağlı razılaşma imzalanmadığı üçün hər zaman bir müharibə riskinin olduğunu deyən Paşinyan indi beynəlxalq hüquq normaları baxımından Qarabağın Azərbaycanın ayrılmaz bir parçası olduğunu etiraf edir. O, ifadə etdiyi bu ən son və ən doğru fikirlə bağlı hər hansı addım atmaq qətiyyətini göstərə biləcəkmi, bunu görəcəyik”, - deyə Abdullah Ağar qeyd edib. 

İstefada olan general-leytenant İsmail Hakkı Pekin bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalana biləcəyi ilə bağlı müsbətyönlü fikirlər artır və Türkiyənin, eləcə də Azərbaycanın və Ermənistanın bunu dəyərləndirməsi lazımdır. “Tək qorxum ABŞ-nin və İngiltərənin öz mənafelərini ortaya qoyaraq bu işin pozulmasına gətirib çıxara biləcək bəzi təkliflər irəli sürmə ehtimalıdır”, - deyə İsmail Hakkı Pekin vurğulayıb. 

Görəsən, ABŞ və İngiltərənin hansı təhlükəli təkliflərindən söhbət gedir? Sülh prosesinə ən böyük təhlükə haradan gəlir - Rusiyadan, Qərbdən (AB və ABŞ), yoxsa Ermənistandan?

Prezidentin yasil enerji istehsaliyla bagli verdiyi proqnoz ozunu  dogruldacaq" - Sahib Alıyev

        Sahib Alıyev

Deputat Sahib Alıyev bildirdi ki, sülh prosesinə indi ən böyük təhlükə Ermənistanın təkcə bir dövlətin deyil, bir neçəsinin əlində geosiyasi alətə çevrilməsindən doğur: “Amma Azərbaycanla Türkiyənin heç zaman indiki qədər güclü olmadıqlarını və üstəlik, hər iki ölkənin xarici işlər nazirlərinin son görüşlərindən də göründüyü kimi, regiondakı vəziyyətə yanaşmada da heç zaman indiki qədər eyni hədəfə vurmadqlarını nəzərə alıb deyə bilərik ki, proseslərin gedişini Ermənistan və ondan geosiyasi alət kimi faydalananlar yox, məhz biz diktə edirik”. 

S.Aliyev əminliklə qeyd etdi ki, Vaşinqton, Brüssel və yaxud Moskva fərqi yoxdur, bütün platformalarda danışıqların gündəliyinin, demək olar ki, artıq tam üst-üstə düşür, Rusiyanın mövqeyində nəzərəçarpan dəyişikliklər də məhz bunun təsdiqidir: “Mən, açığı, ABŞ və Böyük Britaniyadan, özəlliklə də ikincidən sülh prosesinin Azərbaycanın maraqlarına uyğun şəkildə getməsinin əleyhinə yönələn hər hansı təhlükə görmürəm”.

Akif Nağıdan qalmaqallı açıqlama: ”Bu partiyalar sıradan çıxarılmalıdır” »  Gundeminfo.az

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı isə hesab edir ki, əslində adıçəkilən tərəflərin heç biri regionda sülhün bərqərar olmasını istəmir: “ABŞ və bütövlükdə Qərb sülhə yox, Rusiyanın regiondan çıxarılmasına çalışır. Rusiya regiondan çıxandan sonra Vaşinqton Azərbaycan və Ermənistan üzərində nəzati ələ keçirəcəyinə ümid edir. Rusiyanın da maraqları məlumdur, sülh olmadıqca, regionda təsir imkanlarını saxlayır. İndiki şəraitdə Qərbdən, xüsusilə ABŞ və İngiltərədən gələ biləcək təhlükə ilə bağlı narahatçılıq başadüşüləndir. Son gəlişmələr zamanı Moskva sərt mövqe sərgilədi, belə göründü ki, danışıqlar prosesini öz nəzarətinə qaytardı. Ola bilər ki, ABŞ bu şəraitdə sülhün əldə olunmasını istəməsin”. 

A.Nağı əlavə etdi ki, Rusiyanın təşəbbüsü ilə əldə olunacaq istənilən nəticə Qərbə sərf etmir: “”Yardım" karvanı, Xaçatryan və digər məsələlərlə bağlı Qərbin hay-küy salması, Laçın yolu ilə bağlı hələ də inad etmələri bu prosesdən xəbər verir. Bu məsələlərdə müəyyən qədər Rusiya izi görünür, amma daha çox Qərbin canfəşanlıq etdiyi də göz önündədir. Təhlükələr var, amma Azərbaycanın iradəsi də ortadadır. Qərbin cəhdləri heç bir nəticə vermir. Bu, yaxşıdır, amma arxayınlaşmaq da olmaz".

Səfirliyimizə hücumun arxasında Tehran rejimi - SEPAH dayanır" - MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ | | Xural qəzeti

Məhəmməd Əsədullazadə 

Politoloq Məhəmməd Əsədullazadə isə qəzetimizə dedi ki, Ermənistanın sülh prosesinə zərbə vuran davranışları, xüsusilə “humanitar yük” adı altında apardığı spekulyasiya birbaşa Fransanın təhriki ilə həyata keçirilir: “İngiltərənin rolu burada istisnadır. ABŞ mövqeyində təzadlar ortaya çıxır. ABŞ rəsmisi ağrılı kompromisdən danışır. İlk növbədə Ermənistan işğalçı ölkədir. Bu ölkəyə qarşı təzyiqlər edilməkdən Azərbaycana qarşı müəyyən çağırışlara rast gəlirik. Bu da Ermənistanı sülh prosesindən yayındırır. Rusiya separatçıları müdafiə edir, İran silahların ötürülməsini təşkil edir. Belə olan təqdirdə Ermənistan rəhbərliyi qeyri-konstruktiv mövqe sərgiləyir. Azərbaycan öz qanuni sərhədləri daxilində prosedurlar həyata keçirir. Suverenliyini və təhlükəsizliyini təmin edir. Fransa, Rusiya və ABŞ isə öz maraqları kontekstində yanaşır. ABŞ mövqeyi Azərbaycanın beş təməl prinsipin qəbul etməsi ilə səciyyələnirdi. Əgər bu prinsiplərlə ABŞ davam etməsə, öz geosiyasi mövqeyini zədələmiş olacaq”. 

M.Əsədullazadə bu fikirdədir ki, ABŞ Ermənistana təzyiqlər edərsə, yetərincə sülhə yaxınlaşmaq olar: “Amma bunun şahidi olmuruq. Dünən sülhdən və beynəlxalq hüquqdan danışan ABŞ bu gün kompromisdən danışır. Ermənistan hakimiyyəti müstəqil deyil və N. Paşinyan da sürüşkən siyasətçidir. N. Paşinyan bu siyasəti ilə Ermənistan üçün yiyə duracaq ölkə axtarır. Ermənistan Baş naziri praqmatik açıqlama versə də, real olaraq sülhdən uzaqdır. Bir sözlə, ABŞ, Fransa və Rusiya prosesi ləngidir. Ermənistan da çalışır ki, bulanıq suda balıq tutsun. Nəticədə özü bulanıq suda batıb qalır”.(musavat)

E.PAŞASOY


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam