Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

ABŞ institutu:"Rusiya Ermənistanla Azərbaycan arasında effektiv sülh sazişinin müzakirəsindən yayınır"

 “İyulun 25-də Moskvada keçirilən üçtərəfli görüşdə Rusiya Ermənistanla Azərbaycan arasında tərəflərin müxtəlif mövqelərini dəstəklədiyini bildirsə də, uzunmüddətli, effektiv sülh sazişinin real müzakirəsini təxirə salmağa davam edib”.

Yenixeber.org:  Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Qeyd olunub ki, Rusiya Ermənistan və Azərbaycana Moskvanın Cənubi Qafqazda hərbi və diplomatik mövcudluğunun zəruri olduğunu xatırlatmaq üçün yollar axtarmağa davam edir: “Canlı yayım zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovun köməkçisi onun qulağına deyib ki, “keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti” ifadəsini işlətmək olmaz. Bəzilərinin fikrincə, bu, sadə, lakin effektiv manipulyasiya taktikasıdır və məqsədli şəkildə hazırlanmış ssenaridir”.

Amerikalı analitiklərin fikrincə, Ermənistan Azərbaycanla son hərbi gərginliklər zamanı İranın “Shahed” pilotsuz uçuş aparatlarından (PUA) istifadə edib: “Ola bilsin, Moskvada keçirilən üçtərəfli görüşdə bu məsələ də müzakirə edilib. İran Ermənistana hərbi dəstəyini genişləndirə bilər. Ola bilsin, Rusiya Ermənistan üzərində təsirini bərpa etməyə və Tehranın İrəvana təsirini azaltmağa çalışır”.

Qeyd edək ki, iyulun 25-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib. Danışıqlar S.Lavrovun təşəbbüsü ilə baş tutub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam