Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Zelenskinin tviti ABŞ nümayəndələrini qəzəbləndirdi

NATO-nun Vilnüs sammitində iştirak edən ABŞ rəsmiləri Ukrayna prezidenti Volodimir Zelenskinin "Tvitter" səhifəsində Şimali Atlantika Alyansının Kiyevi bloka dəvət etməyi tez saydığını tənqid edən bəyanatlarından hiddətlənib.
Yenixeber.org: Bu barədə "Washington Post" qəzeti yazıb.
Vilnüsdə NATO sammitinin birinci iş gününün sonunda baş katib Yens Stoltenberqin açıqladığı yekun bəyanata görə, sammit iştirakçıları Ukraynadan Alyansa üzvlüklə bağlı fəaliyyət planını yerinə yetirməsini tələb etməmək qərarına gəliblər, həmçinin ölkəyə çoxillik hərbi yardım proqramını təsdiq ediblər. NATO ölkələri Kiyevi alyansa “bütün şərtlər yerinə yetirildikdə” dəvət edəcəklərinə söz veriblər, ancaq münaqişə bitdikdən sonra. Zelenski NATO-nun Vilnüs sammitində Kiyevin alyansa dəvət edilməsinin vaxtı ilə bağlı konkret qərarlar qəbul etmək niyyətində olmamasından narazılığını bildirib. O, “Ukraynanın hörmətə layiq olduğunu” deyib və “tərəfdaşların qeyri-müəyyənliyini” zəiflik adlandırıb.
Nəşr rəsmi şəxsə istinadən yazıb ki, “ABŞ nümayəndə heyətinin üzvləri Zelenskinin tvitindən qəzəbləniblər”. Məqalədə həmçinin vurğulanır ki, Ukrayna liderinin Twitter-dəki bəyanatları “Kiyev üçün qələbə qazandıqlarını hiss edən alyansdakı Ukrayna tərəfdarlarını məyus edib”.
Bir neçə NATO ölkəsinin diplomatları qəzetə bildiriblər ki, Zelenski, onların fikrincə, “tvitdən danışıqlar vasitəsi kimi istifadə edib”. Nəşrin NATO-dakı mənbələrinə görə, Ukrayna prezidenti alyansa “mümkün olan maksimum təzyiq göstərməyə çalışıb”.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam