Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Ukrayna yenə NATO-nun qapısı arxasında qaldı -Zelenski aldadıldığını başa düşüb, yoxsa...

Bakıda gecə olsa da, dünyada günün əsas hadisəsi haqda yazmaq lazım gəldi. NATO-nun Vilnüs sammitinin ilk günündə əslində, gözlənilməz heç nə baş vermədi-Ukrayna yenə Alyansın qapısı arxasında saxlanıldı.

Guya Ukraynaya güzəşt etdilər. İndi Ukrayna NATO-nun qapısından içəri keçmək üçün darvazanı iki dəfə deyil, bir dəfə döyəcək, yəni ikipilləli şərti birpilləli etdilər. Nə “böyük jest”, nə hiyləgər bir gediş, hətta nə acız NATO...

Yenixeber.org: Zelenski Amerika və NATO-nun onu aldatdığını ya indi başa düşür, ya da özünü qəsdən cığal uşaq kimi göstərir ki, Ukrayna xalqına “mən cəhd etdim, amma onlar yenə imtina etdi” rəyi yaratsın. Gəlin, birinci varianta inanaq.

Zelenski əvvəl Vilnüsə ümumiyyətlə, getmək istəmirdi, sonra fikrini dəyişdi. Amma təyyarədə yazdığı tvitlə Ukraynanın növbəti dəfə aldadıldığına açıq eyham vurdu, NATO liderlərini Ukraynaya hörmətsizlikdə ittiham etdi. Təyyarəsini geri qaytara bilməzdi, çünki hər bir ölkəyə həmin dövlətin təqdim etdiyi uçaqla gedir nə sirdirsə...

Deyilənə görə, Zelenski gün ərzində sonadək NATO üzvlərinə təsir etməyə də çalışıb, amma bu, yekun kommunikeyə təsir etməyib.

1688650772_output-1-1.jpg (36 KB)

31 ölkə lideri Ukraynanın Alyansa mümkün üzvlüyü ilə bağlı nə konkret cədvəl, nə də konkret şərtlər təqdim ediblər. Zelenski təşkilata sadələşdirilmiş üzvlüklə bağlı təklifi də tənqid edib. Ukrayna lideri söhbətin hansı şərtlərdən getdiyinin qeyri-müəyyən olduğunu deyib, bu qərarsızlığı Alyans rəhbərliyinin zəifliyi adlandırıb.

Aydındır ki, Kiyevə “yox” qərarı Vilnüsdən əvvəl razılaşdırılmışdı. Kommünikenin mətnini isə ABŞ-ın Avropadakı ən sadiq müttəfiqi Almaniya kansleri öz portfelində gətirmişdi. Amma bundan saatlar öncə alman mediasına bəzi təfərrüatlar sızdırılmışdı ki, Kiyev psixoloji baxımdan bu zərbəyə hazırlıqlı olsun...

NATO-nun baş katibi Yens Stoltenberq Vilnüsdəki mətbuat konfransında bildirib ki, Alyansın bütün üzv ölkələri razılaşdıqda və Kiyev şərtləri yerinə yetirdikdə, Ukrayna NATO-da iştiraka dəvət olunacaq. Bundan əlavə, tezliklə Ukrayna-NATO Şurası yaradılacaq.

NATO Ukraynanın üzvlüyünün Rusiya ilə toqquşmaya gətirib çıxara biləcəyindən ehtiyat edir və bunu gizlətmir də. İyulun 11-də imzalanmış sənədin məzmununa diqqət etdikdə də bunu görmək mümkündür. “NATO Rusiya ilə qarşıdurmaya can atmır, münaqişəyə girmək istəmir...” və sairə.

Zsnf7X61IFJVgPKZfK2xJ42_yN_OgVz159worWrEkIo6oROVMNFsXQvmeNnRUM9UH2jwvTi2R93VLiOuiEcfSi1AgTs3pplO1ETMD9dPRlt3m7E33p3N3h7F_FFInrcYziBAm0ANhRM2bR_LxLlTbUX_eE08TmHWv9UpkqxELwbX1hBtzG_1utMqQmj_aaIwE6MI7uXx7viP3J.jpg (64 KB)

Ukraynanı üzv qəbul etməyən Alyans müttəfiqlərinin təhlükəsizliyinin isə qayğısına qalıb. Avropada ballistik raket təhlükəsinə qarşı raketdən müdafiə sistemi üçün əlavə komanda və nəzarət məntəqələri yaradılacaq.

Gürcüstana ögey münasibət də diqqət çəkir. Tiflisin üzvlüklə bağlı hələ 2008-ci il Buxarest sammitində üzərinə yüklənən ikipilləli fəaliyyət planını Ukrayna kimi yüngülləşdirməyiblər, heç Rusiya qoşununun işğal olunmuş Gürcüstan torpaqlarından çıxarılmasına çağırış da yoxdur. NATO Moskvaya yaxınlaşmış Tiflisi görünür, belə cəzalandırmaq yolunu seçib. Əvəzində isə anti-Rusiya mövqeyində möhkəmlənmiş Moldovaya tam dəstək verib, Moskvanı Dnestryanıdan sülhməramlılarını çıxarmağa çağırıb.

Alyansın yekun bəyanatında müttəfiqlər Rusiya ilə münaqişənin həlli üçün Ukrayna prezidenti Zelenskinin təklif etdiyi “sülh formulu”nu dəstəkləyiblər. Ukrayna prezidentinin planı 10 bənddən ibarətdir. Bura nüvə, ərzaq və enerji təhlükəsizliyinə nail olmaq, “hamıya qarşı hamı” düsturu ilə əsirlərin mübadiləsi, Ukraynanın ərazi bütövlüyü və müstəqilliyinin bərpası daxildir. Hərbi blokun yekun sənədində vurğulanıb ki, Rusiya qoşunları tam və qeyd-şərtsiz çıxarılmadan sülhə nail olmaq mümkün deyil. 

photo_2023-07-08_13-23-23.jpg (117 KB)

İyulun 12-də davam edəcək sammitdə Zelenskinin könülünü ələ almağa çalışacaqlar, Ukraynaya hərbi və maliyyə yardımının artırılması təsdiqlənəcək. Fransa prezidenti Ukraynaya 300 kilometrlik hədəfi vuran raket verəcəyi (bəzi iddialara görə, artıq Ukraynaya bir qismi göndərilib) qərarını artıq açıqlayıb.

...NATO-nun baş katibi Yens Stoltenberq dəfələrlə o fikiri vurğulayıb ki, ən aktual vəzifə Ukraynanın qələbəsini təmin etməkdir, əgər Kiyev qalib gəlməsə, üzvlük məsələsi ümumiyyətlə olmayacaq. Daha bir dəbdə olan rəy də var: “Ukrayna NATO-nun maraqları uğrunda döyüşür”.

Elə bilirsiz, bu müharibənin nə ilə nəticələnəciyini bilmirlər? Bilirlər. Bilirlər ki, Ukraynanın bu müharibədə qələbəsi mümkün olmayacaq, Rusiya da Kiyevdə parad etməyəcək. Döyüşüb-döyüşüb yorulacaqlar. NATO isə günlərin birində Ukraynaya deyəcək ki, ölkə hələ özünə gəlsin, sonra üzvlüyə baxarıq. Ukraynanın özünə gəlməsinə isə azı 10 il lazımdır...(musavat)

Nazim Sabiroğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam