Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Britaniya kəşfiyyatı:“Sergey Surovikinə qarşı təzyiqlər Rusiya ordusunu parçalayacaq”

Ukraynadakı xüsusi əməliyyatlara rəhbərlik edən Rusiya Hava Kosmik Qüvvələrinin komandanı, ordu generalı Sergey Surovikinə qarşı təzyiqlər Rusiya ordusunda parçalanmaya səbəb olacaq.

Yenixeber.org:  Bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən açıqlayıb.

Bildirilib ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin iyunun 24-də həyata keçirməyə cəhd etdiyi silahlı qiyamdan sonra S.Surovikin ictimaiyyət arasında görünmür: “Sergey Surovikinin həbsi ilə bağlı xəbərləri təsdiqləmək mümkün deyil. Lakin bəziləri onun “Vaqner”lə əlaqələrindən şübhələnirlər. Çünki Sergey Surovikin Suriyada xidmət edib. “Vaqner”də bu ölkədə döyüşüb”.

Kəşfiyyat məlumatlarında qeyd olunub ki, S.Surovikin Qərbdə qəddar general kimi tanınır: “Amma Rusiya ordusunda ona hörmət edirlər. Sergey Surovikin kimi yüksək rütbəli zabitlərlə bağlı yaranan şübhələr “Vaqner”in sahibi Yevgeni Priqojinin Rusiyanın milli təhlükəsizlik sistemini necə təsir etdiyini göstərir”.

Britaniya Müdafiə Nazirliyinin son hesabatında Rusiyanın hərbi rəhbərliyində baş verən son proseslərə də toxunulub. Qeyd olunub ki, müdafiə nazirinin müavini general-polkovnik Yunus-bek Yevkurov Müdafiə Nazirliyinin iyulun 3-də keçirilən iclasında iştirak etməyib.

Qeyd edək ki, “Vaqner”in qiyamından sonra S.Surovikinin həbs olunduğu iddia edilir. Lakin bu fakt hələ təsdiqini tapmayıb. ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu daha əvvəl bildirmişdi ki, S.Surovikin “Vaqner”lə əlaqəli şəxsdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam