Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Molla rejimindən növbəti hiylə -Güneydə Azərbaycan kəlməsinə yasaq cəhdi

Sabir Rüstəmxanlı: “İran rejimi nə edirsə, öz ziyanına edir, xalqın ruhunu və varlığını dəyişdirə bilməz”

Yenixeber.org: İran hökuməti Güney Azərbaycanın Marağa şəhərinə “Səhənd” fars adı ilə əyalət statusu verməyə hazırlaşır. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, panfarsizm “beyin mərkəzi” Azərbaycan adının silinməsi planını davam etdirir. Məqsəd isə Rza xanın dövründən davam edən Azərbaycan adını Təbriz şəhəri və ətrafı ilə məhdudlaşdırmaqdır.

“Şərqi Azərbaycanı parçalayıb, orada Səhənd adında yeni bir vilayət yaratmaq fikrindədirlər. Ora Şərqi Azərbaycan yox, Səhənd vilayəti deyiləcək və Azərbaycan adı üstündən götürüləcək”.

Bunu Axar.az-a güneyli araşdırmaçı və milli fəal Məhəmməd Rəhmanifər İranın Güney Azərbaycanı parçalayaraq yeni vilayətlərə bölmək planından danışarkən deyib.

Onun sözlərinə görə, bu vilayətləri yaratmaqda məqsəd İranın Azərbaycan kəlməsinə olan qısqanclığıdır: “İranın əsas məqsədi Azərbaycan kəlməsini Güney Azərbaycan torpaqlarından silməkdir. Bu siyasət illərdir davam edir. Hələ Pəhləvilər zamanında çalışıblar ki, torpaqlarımızı parçalayıb, vilayətlərə təzə adlar verməklə, Azərbaycan adını bölgələrin üzərindən götürsünlər. Bəzi yerləri Azərbaycandan ayırıb, başqa vilayətlərə verdilər. Bir vaxtlar Zəncanı ayırıb, vilayət etdilər. Astaranı, Sunquru, Bicarı ayırıb kürd vilayətlərinə tabe etdilər. Həmçinin Xoy adında bir vilayət yaratmaq istəyirdilər, lakin o zaman biz qarşı çıxdıq. İndi isə Səhənd adlı vilayət yaratmaq fikrindədilər”.

O, hələ rəsmiləşdirilməyən prosesin Tehran KİV-lərində təbliğatının aparıldığını bildirib: “Azərbaycan adı hazırda iki vilayətin üstündə qalıb: Qərbi və Şərqi Azərbaycan. 20 il bundan öncə də Şərqi Azərbaycanın daxilində şəhər olan Ərdəbili eynən bu cür ayırıb, ayrıca vilayətə çeviriblər. Əsl məqsədləri birdir: Azərbaycanı parçalamaq və tarixi adını silmək. Çalışırlar elə şərait yaratsınlar ki, Azərbaycan adını dilə gətirməyə ehtiyac qalmasın. İranın rəsmi televiziya və qəzetlərində Qərbi Azərbaycanı "Ustani Urmiyə", Şərqi Azərbaycanı “Təbriz” olaraq təqdim edir, Azərbaycan Respublikasına da “Bakı Cümhuriyyəti” deyirlər".

Azərbaycan dövləti molla rejiminin bu məkrli planlarına necə mane ola bilər?

Mövzu ilə bağlı millət vəkili Sabir Rüstəmxanlı “Yeni Müsavat”a danışıb. Millət vəkili qeyd edib ki, Azərbaycan torpaqlarında olan adlar, abidlər təkcə Azərbaycanın deyil,  bütün dünya mədəniyyət irsinin bir parçasıdır: “Məlum olduğu kimi, molla rejimi Güney Azərbaycanda bir sıra Azərbaycan abidələrinin, o cümlədən Ərk qalası və digərlərinin dağıdılmasına çalışır. Fikrimcə, Azərbaycan artıq beynəlxalq miqyasda bu məsələləri beynəlxalq təşkilatların diqqətinə çatdırmalıdır.

Məlum olduğu kimi, molla rejimi illər öncə Şərqi  Azərbaycanı parçalayıb Ərdəbil ostanı yaratdı, indi də Marağa şəhərinə “Səhənd” fars adı ilə əyalət statusu verməyə hazırlaşır.

Beləliklə, molla rejimi tədricən öz istədiyi planı həyata keçirir, amma nəzərə almır ki, bununla xalqın qəzəbini daha da artırır, xalqı bu məsələlərə qarşı daha ciddi şəkildə etiraz etməyə sövq edir. Amma bunun xeyri yoxdur, nə qədər dəyişdirsə də, heç nəyə nail ola bilməyəcək. Vaxtilə Şimali Azərbaycanda da bir sıra şəhərlərin, o cümlədən Gəncənin adı dəyişdirilib, Kirovabad qoyulmuşdu. Amma hamısı sonra öz yerini tutdu. Yəni İran rejimi nə edirsə öz ziyanına edir, xalqın ruhunu və varlığını dəyişdirə bilməz.

Təbii ki, Azərbaycan hökuməti  bu məsələyə öz mövqeyini bildirəcək, amma qeyd etdiyim kimi, Azərbaycan hökumətindən daha çox QHT-lər, ictimaiyyət, cəmiyyəti buna etiraz etməlidir. Onların dediyinin əksinə, daim öz dilimizdə olan sözləri işlətməliyik".

Xalidə GƏRAY


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam