Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Məhəmməd Xatəmi:“Hicab cəmiyyətə zorla tətbiq edilə bilməz”

 İran hökumətinin “iffət və hicab” qanununu istənilən yollarla cəmiyyətə zorla qəbul etdirmək cəhdləri yalnız sadə vətəndaşlar yox, siyasi elitanın keçmiş təmsilçiləri tərəfindən də sərt şəkildə tənqid olunur.
Yenixeber.org: İranın keçmiş prezidenti, islahatçıların əsas simalarından biri kimi tarixə düşmüş Məhəmməd Hatəmi “iffət” və “hicab” arasında fərq qoyaraq, hicabın cəmiyyətə zorla qəbul etdirilə bilməyəcəyini söyləyib.
“Cəmaran” saytının məlumatına görə, İranın keçmiş prezidenti qadın problemləri fəalları, ictimai və siyasi fəal qadınların toplantısında çıxışı zamanı belə deyib.
- Biz iffətli cəmiyyətin tərəfdarıyıq, lakin bu o demək deyil ki, biz iffəti hicabla eyniləşdiririk və onu cəmiyyətə zorla tətbiq edirik. Prinsip olaraq Allahın dinində heç bir zor və məcburiyyət yoxdur, bəs nə üçün insanlarda zorbalıq və nəzarət olmalıdır? Cəmiyyətə hicab zorla qoyula bilməz. Lakin qadınların məcburi hicabları İran üçün mərkəzi məsələlərdən biri hesab olunur və İranın bir çox rəsmiləri bunu sistemin qırmızı xətti adlandırırlar” , - Hatəmi vurğulayıb.
Son ümummilli etirazlardan sonra İran hökuməti məcburi hicabın tətbiqi üçün yeni sərt tədbirlərə əl atıb. Eyni zamanda, Ədliyyə və 13-cü hökumət “Hicab və İffət mədəniyyətinin qorunması qanunu”nu parlamentə təqdim edib ki, bu da ölkədə hicabın tətbiqi üçün təzyiqləri gücləndirmək deməkdir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam