Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Təyin olunan icra başçısı: "İlham Əliyevə minnətdaram"

 

“Mənə etimad göstərib bu vəzifəyə təyin etdiyi üçün ölkə başçısı cənab İlham Əliyevə təşəkkür edirəm”.

"Xeberinfo.com":   Məlumata görə, bunu APA-ya açıqlamasında bu gün Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən İradə Gülməmmədova bildirib.

O, qeyd edib ki, bu məsuliyyətli vəzifəyə təyin edilməsi ölkə başçısının qadınlara verdiyi diqqət və qayğının təcəssümüdür: “Ölkə başçısı bu məsuliyyətli vəzifəyə məni təyin etdiyi üçün bütün qadınlar adından ona təşəkkürümü bildirirəm. Çalışacağam ki, prezidentimizin mənə göstərmiş olduğu etimadı bacarığımla, var qüvvəmlə doğruldum”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamı ilə İradə Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, buna qədər Abşeron Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsində çalışıb. O, həmçinin Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının üzvüdür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam