Redaktor seçimi
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Günün xəbəri

“Münaqişə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində deyil”

 

Dağlıq Qarabağ münaqişəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının marağında deyil”.

 

"Xeberinfo.com":   APA-nın  verdiyi məlumata görə, bunu Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı, politoloq Aleksandr Skakov deyib. Son vaxtlar Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən gərginliyi şərh edən siyasi ekspert bildirib ki, beynəlxalq ictimaiyyətin və beynəlxalq təşkilatların bu münaqişəyə diqqət yetirməməsinin səbəbi onlar üçün daha aktual olan regionların mövcud olmasıdır: "Suriyaİraq və Ukraynadakı konfliktlərdən fərqli olaraq Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzində deyil. Ona görə də, beynəlxalq ictimaiyyət tərəfindən bu regionda sülhün bərqərar olması üçün müvafiq tədbirlər görülmür. O ki qaldı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının məsələ ilə bağlı hər hansı bir bəyanat verməməsinə, qeyd edim ki, bu təşkilat da Dağlıq Qarabağ münaqişəsində elə də maraqlı deyil. Lakin Rusiya elə edə bilər ki, Cənubi Qafqazda müharibədən qaçsın”.

 

Rusiyalı siyasi ekspert onu da bildirib ki, KTMT üzvü olan Qazaxıstan və Belarusun Azərbaycanla yaxın münasibətləri olduğundan bu təşkilat Azərbaycan-Ermənistan münaqişəsində ciddi faktor ola bilməz: "Aydındır ki, KTMT üzvü Qazaxıstan Ermənistandan daha çox, Azərbaycana yaxındır. Təşkilatın digər üzvü Belarusun Azərbaycanla ümumi maraqları var. Qırğızıstan kimi ölkələr üçün isə bu mövzu ümumiyyətlə, maraqlı deyil. Ona görə də, belə olan halda mən KTMT-yə ciddi faktor kimi baxmazdım, ancaq Rusiya barədə danışardım".

 

A. Skakov Rusiyanın Ermənistanın təhlükəsizliyinin təminatçısı olmağa borclu olduğunu da söyləyib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam