Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“QƏRB BİZİ NÜVƏ TƏTBİQİNƏ QƏTİYYƏTLİ CAVABLA HƏDƏLƏDİ...” –“Kiyevə çatmaq üçün bizə 25 il lazım olacaq...”

“Rusiya ordusu zəif deyil, sadəcə, Ukrayna ordusu çox və çox güclü çıxdı”

Yenixeber.org:  “Nüvə silahını saymasaq, Rusiya ordusu dünyanın ikinci ordusu statusunu itirib. Bütün dünyanın nəzərində o, müstəsna dərəcədə qeyri-effektiv və hərbi tapşırıqları yerinə yetirə biməyən ordu kimi qiymətləndirilir. Ancaq Rusiya ordusu zəif deyil, sadəcə, Ukrayna ordusu çox və çox güclü çıxdı”.

Bunu Rusiya Dumasının üzvü, tanınmış politoloq Sergey Markov Rusiyanın «Бизнес Online» nəşrinə müsahibəsində bildirib.

Həm də Vladimir Putinin səlahiyyətli nümayəndəsi olmuş və bu gün də Kremlin təbliğatçılarından biri sayılan S.Markovun həmin müsahibəsi kifayət qədər geniş əks-səda doğurub. Belə ki, bu müsahibədə hərbi-siyasi rəhbərliyə yönələn xeyli sayda gözlənilməz tənqid və ittihamlara yer verilib.

Markov müsahibəsində hər nə qədər Ukrayna tərəfini günahlandırmağa və Kiyevi faşist rejimi kimi təqdim etməyə çalışsa da, Ukrayna ordusunun gücünü etiraf etməli olub. Hansı ki, düz bir il əvvəl, Rusiyanın işğalçılıq savaşı başlamazdan öncə həmin bu Markov demişdi ki, rus ordusu qısa müddətdə Ukrayna Silahlı Qüvvələrini məhv edəcək, ya da Ukrayna ordusunun böyük hissəsi Rusiyanın tərəfinə keçəcək.



Bu gün isə sözügedən politoloq tamamilə başqa şey deyir: “Ukrayna ordusu bu gün rus əsgərinin, faşist(Alman-red.) zabitinin və ABŞ generalının unikal birləşməsindən ibarətdir. Biz iki tip müharibəyə hazırlaşmışdıq. Bunlar ABŞ-la nüvə müharibəsi və Suriyadakına bənzər müharibə tipləri idi. Lakin gözlənilmədən üçüncü tip də peyda olduq. Biz bunu qətiyyən gözləmirdik. Məlum oldu ki, biz müharibəni “xüsusi hərbi əməliyyat” kimi apara bilməyəcəyik. “Xüsusi hərbi əməliyyat” faktiki uğursuzluğa düçar oldu və biz bizimlə eyni gücdə olan rəqiblə müharibə aparmalı olduq... Biz güman edirdik ki, Hava Hücumundan Müdafiə Sistemlərini məhv edəcəyik və bizim təyyarələr havada dominantlıq edəcəklər. Ancaq belə bir şey olmadı, HHM sistemlərini əzə bilmədik. Bizim təyyarələr indi sərhədi keçə bilmirlər. Onlar sərhədə yaxınlaşıb, bir cüt raket buraxıb geri çəkilirlər ki, onları vurmasınlar. Məsələn, Suriyada bizim artilleriya atəş açır, bölmələrimiz asanlıqla hücuma keçirdilər. Burada isə yox. Bölmələrimiz tərpənən kimi onlar kütləvi artilleriya və raket atəşinə məruz qalırlar...”

Markov hətta Rusiyada müqavilə əsasında orduya qoşulan və Ukraynaya yollananların belə, döyüşməkdən imtina etdiyini etiraf edib: “Onlar xüsusi əməliyyatlar üçün bəlkə də yararlıdırlar. Lakin real müharibəni görən kimi dedilər ki, yox, biz ondan ötrü pul almırıq ki, bizi öldürsünlər. Onlar real döyüşlərə düşən kimi kütləvi şəkildə, heç pul da istəmədən ərizə yazaraq çıxıb getdilər. Beləliklə, məlum oldu ki, bizim lazım olan səviyyədə ordumuz və silah sistemlərimiz yoxdur”.



Markov Rusiyada çoxlarının gözlədiyi və millətçilərin durmadan çağırdığı səfərbərlik barədə də danışıb. Politoloq deyib ki, səfərbərlik vəziyyəti düzəltməyəcək: “Səfərbərlik lazımdır. Lakin o, olmayacaq. Çünki bunu etmək mənasızdır. Çünki biz heç əvvəlki 300 min nəfəri hələ də silahlandırmamışıq və onlara təlim keçməmişik. Əlbəttə ki, biz onları avtomatla silahlandıra bilərik. Lakin bizə sadəcə, “Kalaşnikov” ilə silahlanmış əsəbi kişilərdən ibarət kütlə lazım deyil. Bizə artilleriya, raket sistemləri, tanklar və s. ilə təchiz olunmuş müasir ordu lazımdır. Bu isə bizdə yoxdur. Əgər biz Soledar və Baxmut kimi qəsəbələri bir neçə aya götürə biliriksə, o zaman Kiyevə çatmaq üçün bizə 10 il, bəlkə də 25 il lazım olacaq”.

Rusiyanın faktiki müttəfiqlərinin çox az sayda olduğunu etiraf edən Markov onları bir-bir sadalayıb: “Bizi məhv etmək istəyirlər. Bunlar biz, İran, Belarus, Venesuela, Şimali Koreyadır. Vəssalam. Yalnız bunlar. Müttəfiqlərimiz yalnız bunlardır”.

Rusiyalı politoloq ötən ilin nəticələrini fəlakət kimi dəyərləndirib: “Deyə bilmərik ki, biz məğlubiyyətə məhkumuq. Ancaq onu da deyə bilmərik ki, qələbəyə məhkumuq... Hesab edirəm ki, ötən ilin nəticələri fəlakətlidir. Tez və effektiv kimi planlaşdırılan “xüsusi hərbi əməliyyat” nə tez, nə də effektli oldu və uzun müddətli müharibəyə çevrildi. Hər iki tərəfdən on minlərlə insanın həlak olduğu bildirilir, lakin yəqin ki, bu, yüz minlərlədir. Milyonlarla qaçqın var... Əvəzində, Ukraynada Rusiyaya münasibətdə böyük keyfiyyət dəyişikliyi baş verib. Əgər əvvəl Ukraynada anti-Rusiya əhval-ruhiyyəsi 10 faiz idisə, onların təbliğatı ilə bu, 15 faizə, daha sonra 20-25 faizə çatmışdı. “Xüsusi hərbi əməliyyat” başlayandan sonra isə bu göstərici 70-80 faizə çatdı (Reallıqda bu göstərici daha yüksək, bəlkə də 100 faizdir-C.M.). Ukraynadakı siyasi rejimin anti-Rusiya əsaslara söykənən konsalidasiyası baş verdi ki, bu da (Rusiya üçün) fəlakətli nəticədir”.



Markov Rusiyanın nüvə silahından istifadəsi perspektivləri barədə də danışıb və bunun mümkünsüz olduğunu söyləyib. Politoloq etiraf edib ki, Qərb Putin Rusiyasını qətiyyətli cavab tədbirlərinə dair xəbərdar edib və bu, Kremli çəkindirib: “Deməli, real mexanizmlər belə işləyir. Hansısa anda bizimkilər qorxdular ki, qərbdəkilər Ukraynaya öz hərbi bölmələrini göndərəcəklər. Göndərməmələri üçün onları qorxutmaq məqsədilə nüvə silahına dair söhbətlər aparmaq qərarına gəlindi... Ancaq Qərbdə ən yüksək səviyyədə müzakirələr keçirdilər və Rusiyanın taktiki nüvə silahı tətbiqinə cavab vermək üçün proqram hazırladılar. Bu plan bir çox gizli kanallarla bizə çatdırıldı. Sonra isə hətta açıq şəkildə bəzi yerlərdə dərc olundu ki, bizim rəhbərliyə çatsın. 

Bunların birincisi Ukraynanın hava məkanının(Qərb dövlətləri tərəfindən-C.M.) bağlanmasıdır.

İkincisi, Ukrayna ərazisindəki Rusiya qoşunlarına zərbə endirilməsidir.

Üçüncüsü, taktiki nüvə silahının tətbiqində iştirak edən bütün zəncirin, o cümlədən buna əmr verən qərargahların vurulmasıdır.

Dördüncüsü, Qara dəniz donanmasının və onların Ukrayna ərazisi hesab etdikləri bütün yerlərdəki nöqtələrin vurulmasıdır”.



Markov nüvə silahının tətbiqinə cavab tədbirləri sırasında daha bir maraqlı məsələyə toxunub: “Bundan başqa, Rusiya de-fakto BMT Təhlükəsizlik Şurasından çıxarılacaq. Sadəcə, bizim diplomatları oradan çölə atacaqlar, polis onları içəri buraxmayacaq. Və o zaman BMT Təhlükəsizlik Şurasında Rusiyaya qarşı ümumi, hərtərəfli sanksiyalar barədə qərar çıxarılacaq. Bəli, bu, bir qədər qeyri-legitim qərar olacaq, çünki fiziki olaraq, Rusiya nümayəndələri oraya buraxılmayacaq. Ancaq bu, yenə də Təhlükəsizlik Şurasının qərarı sayılacaq. Plan belədir. Onlar hesab edirlər ki, bütün qeyri-nüvə dövlətləri Rusiya qeyri-nüvə dövlətinə(Ukraynaya-red.) nüvə zərbəsi endirdiyi üçün etiraza qalxacaqlar və onları dəstəkləyəcəklər...”

Göründüyü kimi, Markov nüvə silahının tətbiqi halında veriləcək cavabla bağlı Qərbin Rusiyanın nəzərinə çatdırdığı planı bir daha açıqlayıb. Lakin oradakı əsas bəndlərdən birinin – şəxsən Putinin məhv ediləcəyinə dair xəbərdarlığı səsləndirməyib. Təbii ki, bu da onun Putinə, Kremlə yaxın şəxs olmasından irəli gəlir... “Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam