Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

“PUTİN ETİRAZLARI YATIRMAQ ÜÇÜN HAZIRLIQLARA BAŞLAYIB...” -“İnqilab yuxarılardan başlayacaq”

“Putin vəziyyətin acınacaqlı olduğunu hələ də anlamayıb”.

Yenixeber.org: Bunu hazırda tanınmış müxalifətçilərdən olan Rusiya Dumasının sabiq deputatı, sabiq FTX polkovniki Gennadi Qudkov bildirib.

Ukraynadakı müharibənin gedişi və Putin hakimiyyətinin taleyi barədə proqnoz verən Qudkov deyib ki, müharibə hələ ən azı yarım il davam edəcək. O, hesab edir ki, müharibə Putinin hərbi məğlubiyyəti, onun özünün və komandasının Haaqa məhkəməsi qarşısında cavab verməsilə nəticələnəcək.

Rusiyalı müxalifətçi Kremlin ən qatı və prinsipsiz təbliğatçılarından sayılan Marqarita Simonyanın son çıxışına(Marqarita Simonyan Vladimir Solovyovun son verilişində Rusiya Ukraynada uduzacağı təqdirdə onların hamısını Haaqa Tribunalı gözlədiyini deyib-C.M.) istinad edən Qudkov deyib ki, artıq Kremldəkilər və onların qulluğunda duran Simonyan kimilər hər şeyin Haaqa Məhkəməsinə doğru getdiyini anlamağa və qorxmağa başlayıblar: “Simonyan bunu anlamağa başlayıb, özü də təkcə o deyil, bir çox digərləri də. Məncə, təəssüf ki, müharibə yarım ildən çox davam edəcək, bu, minimumdur və Putinin hərbi məğlubiyyəti ilə yekunlaşacaq. Daha sonra sanksiyaların artan təsiri özünü göstərəcək və xalqda olduqca güclü narazılıqlar baş qaldıracaq. Bundan sonra isə Putin bir neçə ay, uzağı bir-iki il hakimiyyətdə qala biləcək”.

Qudkov Rusiya güc strukturlarındakı mənbələrə əsaslanaraq deyib ki, Kreml kütləvi etirazları yatırmaq üçün “Şirşen” adlı xüsusi dronların istehsalıyla bağlı göstəriş verib. Nəzərdə tutulur ki, bu dronlar xüsusi ultrasəslər yaymaqla mitinqlərə toplaşan kütləni qorxudaraq, dağıtmağa müvəffəq olacaq. Lakin Qudkov hesab edir ki, belə ssenarilər, planlar Putin hakimiyyətini xilas etməyəcək. Onun fikrincə, Rusiyada inqilab yuxarılardan başlayacaq və böyük ehtimalla hansısa formada çevrilişlə yekunlaşacaq. “Azpolitika”         


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam