Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

“BU, AĞIR ŞƏKİLDƏ SINDIRILMIŞ ADAMIN ÇIXIŞI İDİ” -“Putini indi Kremlin, bunkerin daxilindəki mübarizənin taleyi maraqlandırır..."

Rusiya başçısının 9 may paradındakı çıxışı dünya mətbuatının, eləcə də hərbi və siyasi təhlilçilərin əsas gündəm mövzusudur. İstər Putinin çıxışı, istərsə də paradın özü olduqca sönük təsir bağışlamaqla yanaşı, Rusiyanın Ukraynadakı işğal əməliyyatının gələcəyilə bağlı da müəyyən konturlar cızmış oldu.

Yenixeber.org: İlk öncə onu qeyd edək ki, Putin üçün 9 may gününə əsas “hədiyyə” Co Baydenin timsalında İkinci Dünya Müharibəsində SSRİ-nin müttəfiqi olmuş və faşizm üzərində qələbədə danılmaz rolu olan ABŞ-dan gəldi.

Belə ki, məhz dünən ABŞ Prezidenti Ukraynaya 33 milyard dollar həcmində maliyyə və silah yardımını nəzərdə tutan Lend-Liz qanununu imzaladı.

Rusiyalı siyasətçi və publisist Andrey Piontkovski Baydenin Lend-Liz qanununu məhz 9 may günü imzalamasını “Putinə simvolik sillə” adlandırıb. Onun fikrincə, Bayden bilərəkdən bu sənədin imzalanması tarixi kimi 9 may gününü seçib. Bununla da o, faşist Almaniyası üzərində qələbəni özününküləşdirməyə çalışan Putinə 1941-ci ildə ABŞ-ın o vaxtkı SSRİ-ni ağır vəziyyətdən çıxaran ABŞ-ın birinci Lend-Liz qanununu və göstərdiyi böyük hərbi, iqtisadi, ərzaq və s. yardımları xatırlatmış olub.

 

 

Piontkovski deyib ki, Putinin paraddakı çıxışı qətiyyən “qalib hərbi rəhbərin çıxışı” deyildi: “Bu, hərbi caninin beynəlxalq tribunal öncəsi çıxışına bənzəyirdi. Bu çıxış özünə haqq qazandırmaq, işğalı əsaslandırmaq məqsədi daşıyırdı və çox acınacaqlı təsir bağışlayırdı. İki ay əvvəl dövləti öz qərarı ilə müharibəyə cəlb edən bir ali baş komandanın çıxışında artıq baş vermiş hadisələrin qiymətləndirilməsi, müharibənin gedişi, gələcək planlar barədə heç nə yoxdur”.

Piontkovskinin fikrincə bu, hərbi və siyasi uğursuzluğun göstəricisidir: ”Özünə və başlatdığı müharibəyə inamı olan adamın çıxışı belə olmur. Bu, məğlub olduğunu anlayan, ağır şəkildə sındırılmış adamın çıxışıdır. Onu indi daha çox müharibənin yox, Kremlin, bunkerin daxilindəki mübarizənin taleyi maraqlandırır. Ukraynanın hərbi uğurları artdıqca, bunker daxilindəki gərginlik də artacaq”.

 

 

Piontkovski əlavə edib ki, Putinin əlində qalan yeganə təzyiq vasitəsi olan nüvə şantajı artıq əhəmiyyətini itirib və keçərli deyil. Çünki Qərb kəşfiyyatı Putini xəbərdar edib ki, Kreml istənilən nüvə sialhından istifadə etsə, dərhal buna cavab veriləcək və cavab zərbəsi Rusiyanın hansısa hərbi obyektinə, yaxud paytaxta və s. deyil, məhz Putin və ətrafının olduğu nöqtəyə endiriləcək. Həmin nöqtəni müəyyən etmək isə Qərb kəşfiyyatı üçün çətinlik təşkil etmir. Bu da Putinin və ətrafının fiziki sonu deməkdir. Odur ki, Rusiya başçısının nüvə şantajından əl çəkməkdən başqa yolu qalmır...

Rusiya Dumasının sabiq deputatı və FTX polkovniki Gennadi Qudkov isə deyib ki, Putinin 9 may paradında dediklərindən daha çox demədiklərinə fikir vermək lazımdır: “Onun dediklərini istənilən zombi-təbliğat kanalında eşidə bilərsiniz. Bu, maraqlı deyil. Ancaq demədiklərinə baxsaq, görərik ki, o, səfərbərlik barədə heç nə demədi. Bu, o deməkdir ki, 500-600 min gəncə silah verməyə cəsarət etmədi. Gənclik, yaşlı nəsildən fərqli olaraq, müharibənin əleyhinədir. Ona görə də xalqın gənc hissəsinə silah verməyə qorxdu.

İkincisi, nüvə zərbəsi barədə hədə-qorxu gəlmədi. Bu, o deməkdir ki, onlar yeni heç nə fikirləşə bilmirlər və bilirlər ki, istənilən nüvə zərbəsinə cavab olaraq, şəxsən onların özlərini vuracaqlar”.

 

 

Qudkovun fikrincə, Putinin çıxışı onun Ukraynada qələbədən daha çox, öz hakimiyyətinin hayında olduğunu göstərir: “O, indi hansısa “xüsusi əməliyyat”ın hayında deyil. Onların “B” planı olmayıb. Hazırda Putin üçün müharibədən yaxşı çıxış yolu yoxdur”.

Ötən gün ABŞ Prezidenti də bəyan edib ki, Putin özü yaratdığı münaqişənin girovuna çevrilib. “Reuters” xəbər verir ki, Bayden Putinin Ukraynadakı müharibədən çıxış imkanının olmadığını deyib: “İndi onun çıxış yolu yoxdur”. ABŞ Prezidentİ qeyd edib ki, bunun necə həll ediləcəyini anlamağa çalışır. Bayden bir daha bildirib ki, Putin Ukraynaya müdaxilə etməklə, NATO və Avropa İttifaqını paraçalayacağını düşünməkdə böyük səhvə yol verib.

ABŞ Konqresinin baş müşaviri Pol Massaro isə bəyan edib ki, hazırda Putinin məqsədi Ukraynadakı münaqişəni “dondurmaq”dır: “Görünür ki, Putin qətiyyən dəyişməyib. O, özünün Ukraynadakı soyqırım savaşını donmdurulmuş münaqişəyə çevirmək istəyir. Biz buna yol verə bilmərik. Hədəf ukraynalıların tam qələbəsi olmalıdır!”.

 

 

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç Putinin 9 may paradındakı çıxışını şərh edərkən bildirib ki, bu çıxış Rusiyanın gələcək planları barədə müəyyən təsəvvür yaradır. Arestoviç deyib ki, artıq Rusiyanın məqsədi sadəcə, çətinliklə də olsa, Luqansk və Donetsk vilayətlərinin, eləcə də Xerson vilayətinin sərhədinə çıxmaq və həmin mövqelərdə xəndək qazıb, bərkimək, yəni, münaqişəni “dondurmaq”dır. Rusiyanın bundan artığına gücü çatmayacağını Putin də anlamağa başlayıb. Lakin Ukrayna bu ssenari ilə qətiyyən razılaşmayacaq...“Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam