Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

MÜHARİBƏNİN 6-cı AYINDA ORTAYA ÇIXAN 6 NƏTİCƏ –Ukraynaya nə qədər maddi ziyan dəyib?

Rusiyanın Ukraynada başlatdığı işğalçı müharibənin 6-cı ayı tamam oldu. Sözsüz ki, 180 gündür davam edən müharibə hər iki tərəfədə böyük ziyan vurub. Ukraynada minlərlə dinc sakin ölüb, şəhərlər, kəndlər, qəsəbələr dağıdılıbsa, Rusiya tərəfi bunun qarşılığında on minlərlə hərbçisini itirib. Hər iki tərəfin də ciddi itkilərlə üzləşdiyini nəzərə alsaq, 6 ayın sonunda müharibədən kimin qazanclı çıxdığını demək çətindir.

Yenixeber.org: ABŞ-ın “BBC” nəşri “Müharibənin 6 aylıq nəticələri” başlıqlı məqalədə bu mövzuya toxunub. Həmin məqaləni kiçik ixtisarla təqdim edirik:

1. Savaş başlamazdan əvvəl Ukrayna

İşğal dan əvvəl Rusiyanın dəstəklədiyi separatçılar Ukraynanın şərqindəki Donbas bölgəsinin əhəmiyyətli hissəsinə nəzarət edirdilər.

Fevralın 21-də Vladimir Putin Ukraynadan birtərəfli formada ayrılan “dnr” və “lnr”-in müstəqilliyini tanıdı. Ukrayna, NATO və Qərb ölkələri bu addımı pisləsə də, Putin bu qərarla Ukraynaya rus əsgərlərini göndərəcəyini açıqladı.

2. Savaş başlamazdan 6 aydan sonra Ukrayna

Müharibənin başamasından altı ay sonra Rusiya müəyyən irəliləyişlər edərək, Ukraynanın şərqindəki bəzi əraziləri işğal etdi. Lakin Rusiya müharibənin ilk günlərində paytaxt Kiyevin ətrafında tutduğu ərazilərdən və Ukraynanın şimalındakı digər iri şəhərlərindən geri çəkilməli oldu.

Rusiya qüvvələri hazırda Luqansk vilayətini nəzarəti altında saxlayır. Xarkov şəhəri aylardır şiddətli bombardmana məruz qalır. May ayında uzun və qanlı mühasirədən sonra Ukrayna qüvvələrinin Mariupoldakı Azovstal polad zavodundan çıxarılması Rusiyaya Krımla quru körpüsü qurmağa və Ukraynanın bütün cənub-şərqinə və Azov dənizinə nəzarət etməyə imkan verdi.

3. Müharibədə ölənlərin sayı

Münaqişədə ölənlərin sayıyla bağlı dəqiq say söyləmək çətindir. ABŞ-ın qeyri-hökumət təşkilatı olan “Armed Conflict Location and Event Data Project” (ACLED) müharibənin əvvəlindən avqustun 10-dək təsdiqlənən ölənlərin sayının 13 mindən çox olduğunu bildirir.

Bununla belə, ekspertlər düşünürlər ki, qeydə alınan ölümlərin ümumi sayı kifayət qədər çoxdur. Birləşmiş Millətlər Təşkilatı (BMT) isə münaqişədə iştirak edən tərəflərin həlak olanlarla bağlı dərc etdiyi rəqəmləri etibarlı hesab etmir.

4. Müharibə qaçqınlarının sayı

BMT rəsmiləri Rusiyanın Ukraynanı işğal etməsindən sonra ən azı 12 milyon insanın evlərini tərk etdiyini bildirib. 5 milyondan çox insan qonşu ölkələrə qaçdığı halda, 7 milyon insan ölkə daxilində didərgin düşüb. Lakin sonra yüz minlərlə qaçqın öz evlərinə, xüsusən də paytaxt Kiyevə qayıdıb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNCHR) məlumatına görə, işğalın başlandığı gündən avqustun 17-dək Ukraynadan 6,4 milyon insan Avropaya qaçıb. Bəzi ukraynalılar Luqansk və Donetsk vilayətlərindən Rusiyaya keçiblər. Rusiya prezidenti Putin Mariupol şəhərindən 140 min insanın təxliyə ediliyini bildirib. Qaçqınların əsas üz tutduğu ölkələr Polşa və Almaniyadır.

5. Ukraynaya dəyən maddi ziyan

Altı ayın sonunda müharibənin Ukraynaya vurduğu fiziki zərər aydın görünür. Kiyev İqtisadiyyat fakültəsinin məlumatına görə, iyunun 8-nə müharibənin yaşayış evlərinə vurduğu maddi ziyan 39 milyard dollar təşkil edib.

Bundan əlavə, müharibənin infrastruktura vurduğu ümumi zərərin 104 milyard civarında olduğu və bu rəqəmin arta biləcəyi bildirilir.

6. Müharibənin qlobal ərzaq təchizatına təsiri

Rusiya-Ukrayna müharibəsi hazırda qlobal ərzaq böhranına səbəb olan amillərdən birinə çevrilib. Bir çox ölkələr Ukraynadan taxıl idxalından asılı olsa da, Rusiya fevral ayından Ukrayna limanlarını blokadaya alıb. Yalnız müharibənin 6-cı ayında Türkiyə Prezidentinin səyləri ilə Ukraynanın taxıl ixracını bərpa edə bilməsi üçün razılıq əldə olunub. Razılaşmaya əsasən, Rusiya ixrac limanlarını hədəf almamağa, Ukrayna isə minalanmış sularda öz donanmasına aid gəmiləri idarə etməyə razılaşıb.

BMT və Türkiyə razılaşmaya vasitəçilik edib. Bu razılaşma müharibədəki bir neçə diplomatik uğurdan biri idi. Danışıqlarda şəxsən iştirak edən BMT-nin baş katibi Antonio Quterreş razılaşmanın davam etməsinin zəruri olduğunu bildirib. Bütün tərəfləri “xoş niyyətlə” birlikdə işləməyə çağırıb.Prezident Rəcəb Tayyib Ərdoğan taxıl sazişinin Ukrayna ilə Rusiya arasında sülh danışıqlarının əsasını təşkil edə biləcəyini deyib”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam