Redaktor seçimi
Dünyanı düşündürən sual: Blef, yoxsa real təhlükə? –
Sülhə bir gün qalmış… –
İnqilab lideri, Moskvaya ümid olan, dar ağacına sürüklənən əyalət uşağı… –
44 günün dönüş nöqtəsi, Şuşa əməliyyatının sirri, “mücrü” fenomeni… –
Anuş Apetyan kim idi – tibb bacısı, yoxsa snayper? -
Delfin və balinası olan II Elizabet:
Partiyalara 90 gün vaxt verilir…-
Sahibkarı belə müflis etdilər –
Günün xəbəri

“Laçın şəhərinə bayrağımızı sancan kimi...” -25 avqustdan sonrakı əsas hədəfimiz

 

Qarabağdakı rus sülhməramlılara “Davay, do svidaniya!” deyiləcək gün uzaqda deyil; Ankaranın İrəvana böyük jestinə radikal-separatçıların azğın cavabı...

Yenixeber.org: İrəvanda “Sürməli” topdansatış ticarət mərkəzində baş vermiş partlayışın terror aktı olmadığı dəqiqləşib. Hərgah tipik terror dövləti olan, terrorçulara öz ərazisində abidələr ucaldan Ermənistan mikroskopik bir “dəlil” tapsaydı, o saat olayı “vəhşi Türk”ün adına yazardı. Çünki ermənilər başlarına gələn bəlalarda bir qayda olaraq, özlərindən savayı hamını, ən əvvəl də türkləri suçlu çıxaran şizofrenik bir toplumdur.

Belə bir toplumun qonşuluğunda yaşamaq əlbəttə ki, mənəvi əzab, zülmdür. Problem həm də ondadır ki, bu xalq xəstə olduğunu etiraf eləmir. O səbəbə sağalması çox çətin. Necə ki, Türkiyə və Azərbaycan 44 günlük müharibədən əvvəl və sonra Ermənistanı düşdüyü dərin böhran bataqlığından çəkib çıxarmağa çalısa da, ona real sülh və əməkdaşlıq formatı təklif eləsə də, barışıq əli uzatsa da, xeyri yoxdur. Əlimizi geri itələyir. Erməni tərəfi açıq-aşkar xoşməram güdən, onun qurtuluşuna hesablanmış təkliflərimizdə belə bəd niyyət axtarır. Çünki özü bu cür xəbis və bədniyyətlidir. Bu da növbəti fakt.

İki gün öncə Türkiyə prezidentinin Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç ticarət mərkəzindəki partlayışla əlaqədar Ermənistana başsağlığı verib. Sərdar Kılıç bununla bağlı tvitter səhifəsində etdiyi paylaşımda yazıb: “Partlayış nəticəsində xəsarət alanlara tezliklə sağalmalarını arzu edirəm. Partlayış xəbəri məni dərindən sarsıtdı. Qurbanların ailələrinə dərin hüznlə başsağlığı verirəm”.

Azerbaycan Ordusu, Ermenistan işgali altındaki Laçin'e ilerliyor |  DefenceTurk

Məxsusi qeyd edək ki, S.Kılıç qardaş ölkənin rəsmi şəxsidir. Amma görün bu böyük jestə ermənilərin cavabı nə oldu. Rəsmi səviyyədə heç bir reaksiyanın olmaması bir yana, başsağlığı verilən gün Laçın şəhəri və ətraf kəndlərini avqustun 25-dək tərk etməli olan gəlmə ermənilərin barbar hərəkətlərinin şahidi olduq. Onlardan biri Zabux kəndində çıxdığı evi yandırdı, az sonra Laçın-Zabux yolundakı meşə sahəsinə od vurdular. Özü də Rusiya sülhməramlılarının məsuliyyət zonasında, onların gözü qarşısında!

İndi buna nə ad verəsən? O Türkün səmimiyyəti, sadəliyi, canıyananlığı, bu da xain erməninin bizə daha çox ziyan vurmaq üçün evi və meşəni yandırması. Yeganə çarə qalır rusların müvəqqəti nəzarətindəki torpaqlarımızı da qısa zamanda terrorçu-quldur tör-töküntülərindən təmizləyib ruslara “Davay, do svidaniya!” demək. Həmin gün 5 illik möhlət bitməmiş də gələ bilər və gəlməlidir! Nədən ki, ermənilər yenə özlərini qeyri-adekvat aparırlar.

“Buzdux yüksəkliyi və digər ərazilərdə əldə edilən nailiyyətlər erməni tərəfini vadar edir ki, Azərbaycanla imzalanmış üçtərəfli bəyanatın bəndlərinə qeyri-şərtsiz əməl etsin. Digər tərəfdən də erməni silahlılarının ərazilərimizdən çıxarılması mütləq surətdə məhz son ”Qisas" əməliyyatından sonra sürətlənəcək. Artıq keçmiş Ağdərə, Sərsəng, Vəng, Ağdaban, Çayqovuşan və Ömər Aşırımı istiqamətində təminat yolları da daxil olmaqla əsas ərazilərdə mütləq bir üstünlüyümüz mövcuddur".

Laçın`ın Ermeniler tarafından işgalinin üzerinden 28 yıl geçti – Yeni Çağ

Hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert qeyd edib ki, rus sülhməramlılarının da Azərbaycan əsgərinə, ordumuza qarşı münasibətində müsbət dəyişikliklər müşahidə edilir: “Eyni zamanda aşağı yüksəkliklərdə yerləşən erməni qoşunlarının həmin ərazilərdə uzun müddət tab gətirəcəyi real deyil. Yaxın günlərdə, xüsusilə də Laçın şəhərində Azərbaycan bayrağının sancılmasından sonra ordumuzun erməni təxribatlarına daha ciddi cavab verəcəyi gözləniləndir”.

Nə yazıq ki, ermənilər yalnız “güc dilini” başa düşürlər. “Dəmir qapaz”dan sonra anlaqlı hala gıəlirlər. Yoxsa Azərbaycan və Türkiyə ilə barışığa çağıran erməniləri onlar “dəli” adlandırıb təqib eləməzdilər. Gerçəkdə özləri şizofrenik olduqları halda!  

“İrəvan Azərbaycan və Türkiyə ilə sülhün bərqərar olmasına qarşıdır”.

Bunu isə erməni bloger, bir qədər qabaq Azərbaycan vətəndaşlığı almaqdan ötrü Prezident İlham Əliyevə müraciət elədiyi üçün Ermənistanda haqqında cinayət işi açılmış (!!) İşxan Verdyan deyib.

“Bu gün Ermənistanın bütün elitası Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının əleyhdarıdır. Ermənistanın bütün elitası! Bir dənə də olsun anlayışlı və ya layiqli insan yoxdur. Bu gün Ermənistanın bütün elitası dünyanın əleyhinə işləyir. Bu yolla Ermənistanı məhv etmək istəyirlər. Azərbaycana heç nə olmayacaq. Gec-tez haqqını alacaq. Belə davam edərsə, Ermənistanın başına nə gələcək? Bölgədə necə yaşayacaq?”

Onun sözlərinə görə, Ermənistanda həqiqəti deməyə çalışan insanlar var, lakin həmin adamları çılğın hesab edir, susdururlar, özlərini dəli kimi göstərməyə çalışırlar: “Bütün media köhnə Qarabağ klanı Robert Köçəryan tərəfindən idarə olunur, onun nəzarətindədir”.

Ancaq bu klanın və onun Qarabağda gizlənən qul-beçələrinin halvası artıq çalınıb. Qarabağ klanı erməni xalqı üçün keçmişdir, gələcək yox. Onun geriyə - Xankəndinə yolu da həmişəlik qapadılıb...“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam