Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

"BU ƏMƏLİYYATDAN SONRA YÜZLƏRLƏ ERMƏNİ HƏRBÇİSİ QARABAĞDAN ÇIXARILIB" -VİDEO

Yenixeber.org: Dövlət başçısı bildirib: "Biz müharibədə Zəfər çalmışıq. Biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Nə üçün bizim övladlarımız müharibədən sonra ölməlidir? Nə üçün ermənilər tərəfindən öldürülməlidir? Biz buna imkan verə bilmərik. Bir daha demək istəyirəm, əgər yenə də, buna oxşar təxribat təkrarlanarsa, cavab daha da sərt olacaq, daha da peşman olacaqlar, daha da gur səslə imdad diləyəcəklər. Amma yenə də deyirəm, bizim niyyətimiz yeni müharibə başlamaq deyil. Kifayətdir. Biz istədiyimizə nail olmuşuq. Biz istəyirik ki, erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etsin. Bu, Ermənistanın öhdəliyidir, 10 noyabr 2020-ci ildə Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib və biz buna nail olacağıq və nail oluruq.

Onu da bildirməliyəm ki, “Qisas” əməliyyatından sonra yüzlərlə erməni hərbçisi Qarabağ bölgəsindən çıxarılıb. Bu onu göstərir ki, əfsuslar olsun ki, belə əməliyyatların təsiri var. Ona görə “əfsuslar olsun” deyirəm ki, buna gətirib çıxarmaq lazım deyildi. Sadəcə olaraq, Ermənistan bizim xəbərdarlıqlarımızı düzgün təhlil edib düzgün nəticə çıxarsaydı, buna ehtiyac qalmazdı. Hər halda, birinci biz başlamamışıq. Biz istədiyimizi təmin etmişik, öz torpağımızda möhkəmlənmişik və möhkəmlənəcəyik".



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam