Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

“PUTİN ÖZ TALEYİNDƏN NARAHATDIR, BÖYÜK STRESS KEÇİRİR...” –“Rusiyada hakimiyyət içərisində didişmə var”

Azad İsazadə: “İyuna qədər mövqe döyüşləri davam edəcək, sonra isə...”

Yenixeber.org: Rusiya-Ukrayna müharibəsi davam edir. Hazırda qanlı döyüşlər Şərq Əməliyyar Regionunda - Donbasda aparılır. Ukrayna ordusu qarşı tərəfin hücumlarının qarşısını uğurla ala bilir və hətta ehtimal olunur ki, bir müddət sonra əks-hücuma başlayacaq.

Rusiya-Ukrayna müharibəsinin gedişini hərbi ekspert, Müdafiə Nazirliyinin Analitik İnformasiya Mərkəzinin sabiq rəisi Azad İsazadə ilə müzakirə edib:

 

 

- Azad müəllim, aprelin ortalarında Rusiya elan etdi ki, Ukrayna ilə müharibənin ikinci fazası başlayır və bu mərhələdə əsas məqsəd Donbası ələ keçirmək, Luqansk və Donetskin inzibati sərhədlərinə çıxmaqdır. Artıq müharbənin ikinci fazasının bir ayının tamam olmasına az vaxt qalır. Bu kontekstdə hərbi teatrda baş verənləri necə qiymətləndirirsiniz?

- Əvvəla, rusların elan etdiklərinə inanmaq olmaz, onlar hətta öz soyadlarını deyəndə belə, buna şübhə ilə yanaşılmalıdır. Əslində, müharibənin hər hansı bir fazası yoxdur. Onlar harada boşluq tapsalar o istiqamətdə də irəliləyirlər. Onların qurduğu ilkin plan boşa çıxdı. Martın 10-na qədər bu planla pis-yaxşı nəsə etmək istəyirdilər. Amma bundan sonra onlar harada mümkündür, orada irəliləməyə çalışırlar. Yəni, peşəkarlıq baxımından bu müharibənin mərhələləri yoxdur.

Vəziyyəti hərbi baxımdan qiymətləndirsək, böyük hücum fazası çoxdan bitib. Məsələn, Kiyevi, Dnepri götürmək, Zaporojyeni nəzarətə almaq artıq mümkün olmayıb. Əksinə, rus qoşunları geri çəkiliblər. Elan etdikləri ikinci fazaya görə, Donbası götürməyi düşünürlər. Əlbəttə, Mariupol ayrıca mövzudur. Əslində, onlarda heç nə alınmayıb. Son bir həftədə artıq müharibə mövqe döyüşləri vəziyyətinə keçir. Daha çox artilleriyadan istifadə edilir, tərəflər harada boşluq tapırsa, o istiqamətdə irəliləyirlər. Bu, Ukraynaya da aiddir. Məsələn, Ukrayna ordusu Xarkov istiqamətində boşluq tapan kimi irəlilədi. Donbasda isə rus ordusu bir qədər irəliləyib. Söhbət 3-5 kilometrdən gedir. Buna hücum əməliyyatı deyil, hücum hərəkətləri kimi baxmaq mümkündür.

- Hazırda yalnız Mariupol, Melitopol, Xerson, Rubejnı kimi şəhərlər rusların əlindədir. Üç aylıq müharibədə rusların qazancı yalnız budur...

- Bəli, üstəgəl bir neçə Ukrayna kəndi. Xerson vilayətinin yarısına ruslar nəzarət edir. Xarkov ətrafında da bəzi yerləri almışdılar. Amma bu məntəqələr indi azad edilib. Hazırda rusların nəzarəti altında olan əsasən Donetsk və Luqanskın kəndləridir. Mariupol da Donetsk vilayətinin şəhəridir. Eləcə də Liman rusların nəzarətindədir. Dediyiniz Rubejnı isə kiçik qəsəbədir. Rubejnı praktiki olaraq yoxdur, yer üzündən silinib. Ukrayna da burada itki verməyin mənasız olduğunu görüb geri çəkildi.

- Amma bu kiçik qəsəbə həm də deyilənə görə, böyük əhəmiyyətə malikdir...

- Razıyam. Onun strateji əhəmiyyəti bu ərazidən keçən yola nəzarətlə bağlıdır. Ukrayna geriyə çəkildi, hazırda ruslar bu yola nəzarət edir, amma Ukrayna mövqeləri elə qurulub ki, həmin yolu vura bilirlər.

- Ruslar elan edirdilər ki, əsas diqqət Donbasa yönələcək. Bəs, bu halda Donbasa aid olmayan Xersonda nədən aktivlik göstərirlər?

- Xerson ayrıca vilayətdir. Əslində, diqqət edəndə görürük ki, ruslar harada müqavimətlə rastlaşıblarsa, ora girməyiblər. Xersonda əhalinin müqaviməti baş verdi, amma Ukrayna ordusu müqavimət göstərmədi. Ukrayna hələlik bunun səbəblərini açıqlamır, lakin xəbərlər var ki, Xersonun niyə müqavimət göstərmədiyi ayrıca araşdırılacaq və bununla bağlı istintaq aparılacaq. Söhbət ordudan gedir. Çünki əhali küçələrə çıxıb etiraz edirdi, ordu isə şəhərdən çəkildi. Bu, bir qədər qaranlıq mövzudur. Yəqin ki, rəsmi Kiyev bunun səbəblərini bilir, sadəcə, hələ səsləndirmir.

İkincisi, Krım tərəfdən də Ukrayna ordusu geri çəkildi. Halbuki, orada da mövqe saxlamaq olardı. Krımla Ukrayna sərhədində bir-iki körpü var və buranı saxlamaq rahat idi. Amma fevralın 24-25-də Ukrayna ordusu geri çəkildi. Bu, ruslara imkan verdi ki, sürətlə Mariupolu mühasirəyə alsın və Xersona daxil olsun. Bu, müharibə zamanı Ukrayna ordusunun ən böyük səhvlərindən biri oldu. İstisna etmirəm ki, burada satqınlıq məsələsi də ortaya çıxa bilər. Krımdan Ukraynaya keçən yoldan ordu əvvəl çəkildi, sonra qayıtmaq istəyəndə isə artıq gec idi. Hətta orada körpülər minalanmışdı, amma məlum oldu ki, kimlərsə minaları zərərsizləşdirib. İstisna etmirəm ki, burada xainlik məsələsi var. Yeri gəlmişkən, biz Şuşanı itirəndə minalanmış yolları sonradan təmizləmişdilər ki, guya ATƏT-in nümayəndə heyəti gələcək və s. O vaxt belə məsələlər səslənirdi. Bunlar bir-birinə oxşar hallardır. Odur ki, rus ordusu Xersonu rahat götürdü. Qalan yerlərdə isə müqavimət göstərilib. Əvvəl söhbət Kiyevdən, Ukrayna hakimiyyətinin devrilməsindən, silahsızlaşdırmadan gedirdi. İndi isə rusların əlində bir şüar var: Donetsk və Luqansk vilayətlərinin sərhədlərinə çıxmaq.

- Ukrayna ordusunun mümkün əks-hücumu haqqında fikirlər səsləndirilir. Düzdür, Ukrayna ordusu İzyum istiqamətində əks-hücum həyata keçirib. Amma söhbət Şərq Əməliyyat Bölgəsində böyük əks-hücumdan gedirsə, sizcə, bu mümkündürmü?

- İlk öncə əks-hücum terminini açıqlayaq. Hərbi baxımdan bir əks-hücum əməliyyatı, bir də əks-hücum hərəkətləri var. Biz müdafiədə dayananda xırda əks-hücum hərəkətləri etməklə düşməni öz mövqelərindən uzaqlaşdırırq. Amma nəticə olaraq heç nəyi azad etmirik. Əks hücum hərəkətləri adətən 3-5 kilometrlik hərəkətlərdir. Əks-hücum əməliyyatı isə strateji xarakter daşıyır. Bu, 50 kilometrə qədər istər eninə, istərsə də dərinliyinə keçirilən əməliyyatdır. Hələlik Ukrayna belə əməliyyatlara keçə bilmir, çünki buna gücü çatmır.

- Demək istəyirsiniz ki, Ukrayna ordusunun əks-hücumu baş verməyəcək?

- Ukrayna ordusunun ağır texnikası yoxdur. Üstəlik, əks-hücumun keçirilməsi gözlənilən yerlər meşəlik olmadığından silahlı qüvvələr hava zərbələri altında qala bilər. İndi Ukrayna ordusu Qərbdən gələn ağır texnikanı gözləyir. Üstəlik, Qərbi Ukraynada ehtiyat qoşunlar hazırlanır və onların ağır texnika ilə silahlanması gözlənilir. Bəli, ağır artilleriya artıq cəbhədədir və onun hesabına Xarkovda bir balaca irəliləyiş əldə edilib. Söhbət ABŞ-ın M-777 artilleriya qurğularından gedir. Yüzə qədər belə qurğu gəlib, onların yarısı artıq döyüşlərdədir. Ukraynalılar həm də bu texnikadan istifadəni öyrənməlidirlər. Qərbdən əlavə tanklar, zirehli maşınlar, özüyeriyən toplar gələndən sonra istisna etmirəm ki, Ukraynanın əks-hücum əməliyyatı başlaya bilər. Amma ən optimist tarixləri götürsək, bunun üçün bir aya qədər zaman tələb olunacaq. İyun ayına qədər mövqe döyüşləri davam edəcək. Hansısa bölgədə ruslar, hansısa regionda Ukrayna ordusu 3-5 kilometr irəliləyəcək.

- Hazırda Rusiya lideri Vladimir Putinin ağır xəstə olmasına dair şaiyələr gəzir. Hətta Rusiya ordusu daxilində çəkişmələrin olduğu, daxili hərbi-siyasi mühitdə mübarizə getdiyi barədə iddialar var. Həm də bir psixoloq həkim olaraq Putin haqda deyilənləri necə qiymətləndirirsiniz?

 

 

- Əvvəla, Putin həqiqətən də fiziki baxımdan “düşüb”. İki aylıq uğursuz müharibə az qala hər birimizi sarsıda bilər. Bu müharibəyə qədər özünü dünyanın padşahı sayan, amma az qala üç ayda Ukrayna ilə bacarmayan insan istər-istəməz böyük stress keçirir.

İkincisi, yəqin ki, Putinin fiziki xəstəlikləri də var. Mənim şəxsi fikrimcə, pandemiya mərhələsində Putin faktiki olaraq, tək yaşayıb, heç kimlə ünsiyyətdə olmayıb. Böyük ehtimalla Putində kovid fobiyası yaranıb. Mən özüm belə hallarla dəfələrlə rastlaşmışam, belə xəstələrim olub. Kovidfobiya yarananda insanda məntiq zənciri qırılır. Başlayır məntiqsiz hərəkətlər etməyə, insanlardan qaçmağa, məsafə saxlamağa və s. Çünki ünsiyyətdən qorxur. Məncə, bu səbəbdən də Putin qonaqları 6-8 metrlik masa arxasında qəbul edir. Çünki heç kimi yaxına buraxa bilmir. Buraxanda isə öz üzərində böyük təzyiq hiss edir. Ona görə də, Putin parad zamanı çox gərgin idi və olduqca zəif çıxış etdi. Faktiki paradın özü zəif oldu. Texnikanın çoxu itirilib. Məsələn, keçən illə bu ilki paradı müqayisə etsək görərik ki, ötənilki texnikanın üçdə ikisi göstərilmədi. Əvvəl 300-ə yaxın zirehli texnika nümayiş etdirilirdisə, indi bunun sayı 130 oldu. “Pantsir” hava hücumundan müdafiə sistemləri göstərilmədi. Bu silahları biz Qarabağda “semiçka kimi dənləyirdik”, Ukraynada bu silahları daha çox məhv etdilər. Cəmi iki ədəd “İsgəndər” göstərdilər. Çünki qalanı ya atılıb, ya cəbhədədir, ya da məhv edilib. Təyyarələr də iştirak etmədi. Eləcə də “Ka-52” helikopterləri görünmədi. Bu helikopterlərin çoxu məhv edilib. Bu, bizdə olan məlumatlardır. Putində isə daha dəqiq məlumatlar var, nələri itirdiyini daha yaxşı bilir. Parad zamanı Putinin ətrafında nə qədər mühafizəçilərin olması da diqqəti cəlb etdi. Görünən odur ki, Putin öz taleyindən narahatdır, ehtiyat edir. Çünki bilir ki, zəifləmiş padşahı adətən devirirlər...

- Xarici media Rusiya hakimiyyəti daxilində qarşıdurma olduğunu iddia edir. Sizcə, Rusiya hakim elitasında qarşıdurma təzahürləri varmı?

- Sözsüz ki, Rusiya hakimiyyətində nəsə baş verir. Məsələn, Baş Qərargah rəisi Gerasimov parad zamanı görünmədi. Bu da bir nüansdır. Hansısa oliqarxlar ölür, bəziləri xaricə qaçır. Bir neçə gün əvvəl daha bir oliqarx öz bankını “su qiymətinə” satıb aradan çıxdı. Deməli, nəsə baş verir. Amma nəyin baş verdiyini demək çətindir. Rusiyada hakimiyyət içərisində didişmə var və bilinmir ki, hansı qrup qalib gələcək. Çünki orada radikallar da var və onlar müharibənin davam etməsində maraqlıdırlar. Onlar qalib gəlsələr, daha aqressiv müharibə aparacaqlar. Nisbətən “liberallar”da var və onlar görürlər ki, müharibə iqtisadiyyatı çökdürüb. Belələri mümkündür ki, imkan düşən kimi sülhdən danışacaqlar. Amma nəticənin necə olacağı hələlik bilinmir.“Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam