Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Obamadan İŞİD xəbərdarlığı

 

“Onların kökünü kəsmək vaxt aparacaq”; İŞİD-lə Azərbaycan xaricində mübarizə elə Azərbaycan üçün mübarizədir... 

"Xeberinfo.com":   Region ölkələrinə İŞİD təhlükəsi öz aktuallığını saxlayır. Bu radikal qruplaşmaya qarşı Türkiyə, İran, Azərbaycan, koalisiya dövlətləri preventiv tədbirləri davam etdirsələr də, o da faktdır ki, terror birləşməsi sadalanan dövlətlərin maraqlarından doğan müəyyən fikir ayrılıqlarından, onlar arasında koordinasiyalı fəaliyyətin yetərli olmamasından, bəzən də sosial faktorlardan yararlanaraq, özünün təsir zonasını genişləndirməyə cəhd edir və bir çox hallarda buna nail də olur.

 
Məsələn, bugünlərdə Şimali Qafqazda fəaliyyət göstərən “Qafqaz əmirliyi” radikal qruplaşmasının İŞİD-ə biət andı içməsi təhlükənin tədricən yayıla biləcəyinin anonsu sayılmalıdır. Məlumatlara görə, bir vaxt “əl-Qaidə”yə bağlı olmuş bu hörgütün öz “qibləsi”ni dəyişməsi hazırda İŞİD-in Dağıstanda daha populyar olması ilə bağlıdır. 
 
Əksər ekspertlər isə hesab edirlər ki, belə bir sədaqət andının içilməsindən sonra İŞİD Şimali Qafqazda daha da güclənməyə çalışacaq. Bu isə Azərbaycana birbaşa və böyük təhdiddir. Çünki İŞİD ideoloqları, bəlli olduğu kimi, “xilafət”in qara xəritəsinə Azərbaycanı və Şimali Qafqazı da daxil ediblər. İŞİD-in hərbi qüvvələrinin tanınmış komandirlərindən olan, Gürcüstanın Pankisi dərəsindən getmiş “Ömər əl-Şişani” ləqəbli Tarxan Batiraşvili isə atası ilə telefon danışığında “tezliklə minlərlə tərəfdarı ilə birlikdə Rusiyaya qarşı mübarizəyə başlayacaqlarını” demişdi. 
“Rusiyaya qarşı mübarizə” dedikdə sözsüz ki, həmsərhəd və müsəlman Azərbaycan da hədəfə gələcək. Bu üzdən İŞİD təhlükəsi indi dünya üçün ən ciddi təhdidlərdən biri olmaqla Azərbaycanı, Orta Asiya respublikalarını, Türkiyəni, İranı, habelə Rusiyanı ciddi narahat edir.
***
Bu arada ABŞ prezidenti Barak Obama İŞİD-lə bağlı keçirilən qlobal təhlükəsiz konfransının yekunlarına dair etdiyi çıxışda terrorçu qruplaşma ilə mübarizənin daha da  gücləndiriləcəyini söyləyib: “İŞİD-lə mübarizə qısa müddətli olmayacaq. Onun kökünün kəsilməsi tezliklə baş verməyəcək. İŞİD fürsətçi və çevik təşkilatdır. Terrorçular Suriya və İraqda xalqın arasında gizlənməklə özlərini qoruyurlar. Buna görə də onların kökünü kəsmək vaxt aparacaq. Lakin İŞİD-in həm Suriya, həm də İraqda son dövrdəki itkiləri təşkilatın məğlub ola biləcəyini sübut etdi. Ona qarşı Suriyada hücumlarımızı gücləndirəcəyik. Suriyada vətəndaş müharibəsini sona çatdıracaq və xalqı İŞİD-ə qarşı birləşdirəcək tək yol prezident Bəşər Əsədin olmadığı yeni bir hökumətdir”. 
Bununla belə, Ağ Ev başçısı İŞİD-li mübarizə üçün xaricə ABŞ əsgərlərini göndərməyəcəyini də söyləyib. 
***
Regiona İŞİD təhlükəsinin real olduğunu artıq İran da qəbul edir. Bunun təzahürüdür ki, İranın müdafiə naziri, general-mayor Hüseyn Dehqan ötən həftə qruplaşmaya xəbərdarlıq xarakterli mesaj göndərmişdi. O, “qırmızı xətti” keçərsə, İŞİD-ə qarşı genişmiqyaslı əməliyyata başlayacaqlarını və tezliklə İŞİD-in sonunun gələcəyini bəyan eləmişdi. “Qırmızı xətt” isə İrqadakı şiələr üçün müqəddəs sayılan məkanlardır.    
 
İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin isə bu xüsusda təzəlikcə deyib: “İŞİD özünü çox təbliğ edir və malik olduğu gücü 5 qat artıq göstərməyə çalışır. İŞİD-ə çoxlu köməkliklərin göstərilməsinə baxmayaraq, İraqda bu terror təşkilatı o qədər də güclü deyil və demək olar ki, zəifləyib. Suriyada da öz hədəflərinə çata bilməyiblər. Yəməndə bunlar ”əl-Qaidə" adı ilə fəaliyyət göstərirlər və burda da bir uğur əldə edə bilməyərək məğlubiyyətə düçar olublar. Təbii olaraq İŞİD-in və terror qruplarının hədəflərindən biri də Qafqazdır.
 
Qafqazda iki hədəfləri var: birinci məqsəd Şimalı Qafqazda, Rusiyanın müsəlman əyalətlərində təhlükə törətməkdir. Onlar Rusiyaya təzyiqlər göstərməklə bu ölkənin Suriya və İraqdakı mövqeyində dəyişikliyə nail olmağa çalışırlar. İkinci hədəf isə şiə ölkəsi Azərbaycandır və bunu dəfələrlə bəyan ediblər". 
 
Diplomat onu da qeyd edib ki, İŞİD-lə mübarizə bir ölkənin öhdəsindən gələcəyi iş deyil: “Regional ölkələr birgə səy göstərməli, birləşərək terrorizmin yeni növü olan İŞİD və ”əl-Qaidə" terrorçularına qarşı birgə mübarizə aparmalıdır. Qərb ölkələri də İŞİD-i dəstəklədiklərinə görə nüfuzları əldən gedir. Bunu dərk edirlər və bir qədər mühafizəkar olublar. Hazırda Qərb ölkələri arasında İŞİD-i müdafiə etmək mövzusunda fikir ayrılığı yaranıb. Bu da regionda İŞİD-lə mübarizə üçün yaxşı fürsət yaradıb".
*** 
Beləliklə, radikal terrorçu qruplaşmanın kökünü kəsməkdən ötrü birgə mübarizənin alternativi görünmür. Vladimir İliç Lenin hər nə qədər ziddiyyətli və avantürist şəxsiyyət olsa da, onun yaxşı bir sözü var ki, “təhlükəni gözləməkdənsə, ona qarşı getmək məsləhətdir”. Təhlükə isə artıq sərhədlərimizdə, içimizdədir. Bu mənada İŞİD-lə Azərbaycan xaricində, Şimali Qafqazda, Türkiyədə mübarizə elə Azərbaycan naminə mübarizədir.    
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam