Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

İŞİD-dən Tükiyə xəbərdarlığı

Türkiyə KİV-ləri iyulun 20-də Sürucda törədilən terror aktında həlak olanların sayının 32-yə, yaralıların isə artıq 50-yə yaxınlaşdığını yazır.
"Xeberinfo.com":  Məlumata
 görə, xüsusi xidmət orqanları terror aktını törədən “canlı bomba”nın kimliyini müəyyən edib. Bu şəxs “İraq Şam İslam Dövləti” (İŞİD) terror qruplaşmasının təxminən 18-20 yaşlı qadın üzvlərindən biridir. Xüsusi xidmət orqanları bu şəxsin Türkiyədə terror aktı törədə biləcək 3 qadından biri olması haqda vaxtilə bilgilər verib.

Eyni zamanda, Türkiyə xəbər saytları İŞİD terror qruplaşmasının ötən həftə Türkiyəni terrorla hədələdiyini nəzərə çatdırırlar. Belə ki, İŞİD-in türk dilində xəbərlər yayan “darulhilafe.com” saytı Türkiyə İŞİD-ə təzyiqləri, maneələri davam etdirdiyi halda “Türkiyəyə qarşı yeni səhifə açacaqları” hədəsi də yayımlayıb. Bundan sonra adı çəkilən sayta giriş qadağası qoyulub. Bundan sonra İŞİD Türkiyəyə tağut (şeytan Türkiyə) adı qoyub.
Daha sonra sayt Türkiyə dövlətinin müsəlmanlara yönəlik təzyiqlərinin açıqca hiss edilməsi barədə bəyanat yayıb. Buna nümunə olaraq İŞİD üzvü olan mühacirlərin saxlanması, Türkiyə vətəndaşı olan İŞİD-çilərin həbsləri, son olaraq mətbuat azadlığının məhdudlaşdırılması göstərilib.
İŞİD bu addımları Türkiyə dövlətinin “müsəlmanlara açıq-aydın düşmənçiliyinin təzahürü” kimi dəyərləndirib.
“Bu ana qədər Türkiyəyə heç bir hücum etməyən, heç bir şəkildə zərər verməyən müsəlmanların azadlıqları məhdudlaşdırılarsa və ya bu yöndə maneələr davam edərsə, müsəlmanların buna qarşılıq verəcəklərini unutmasınlar”, deyə İŞİD Türkiyəni hədələyib.
Sayt vasitəsilə İŞİD Türkiyədən dövlətə hər-hansı zərəri olmayan müsəlmanlara (yəni, İŞİD-çilərə) yönəlik maneələri, təzyiqləri aradan qaldırmağı tələb edir. Son olaraq isə təzyiqlər, maneə və məhdudlaşdırmalar davam etdiyi halda İŞİD-in “Türkiyə dövlətinə qarşı fərqli bir səhifə açacağı xəbərdarlığı edirik” bəyanatı yer alır. /”Turan”

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam