Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ABŞ-ın BMT-dəki nümayəndəsi:"Rusiya Belarusda 30 min hərbçi yerləşdirəcək"

ABŞ-ın BMT-dəki nümayəndəsi:    "Rusiya Belarusda 30 min hərbçi yerləşdirəcək"
"Rusiya Belarusda hərbi təlimlərə hazırlıqlarını davam etdirir. İndi orada 10 min rus hərbçisi var. Lakin yaxın gələcəkdə bu kontingent 30 minə qədər artacaq". 
Yenixeber.org:  Bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild deyib.
Onun sözlərinə görə, Moskva Rusiya-Ukrayna sərhədində hərbi gücünü artırır və guya aqressiv ritorikasını davam etdirir.

Beş minə yaxın hərbçinin Belarus ərazisinə köçürülməsi isə xüsusi narahatlıq doğurur. Linda Tomas-Qrinfild onu da qeyd edib ki, Kremlin ittifaq dövləti ərazisində Rusiya hərbi kontingentinin genişləndirilməsi planlarına işarə edən bəzi sübutlar var. ABŞ fevralın sonuna kimi Belarus-Ukrayna sərhədi yaxınlığında 30 min rus əsgərinin yerləşdiriləcəyini gözləyir. Amma xüsusi nümayəndə çıxışı zamanı heç bir sübut təqdim etməyib.

Xatırladaq ki, Rusiya və Belarus bir müddət öncə birgə hərbi təlimlər keçirməyi planlaşdırdığını bəyan etmişdi. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Moskvann Ukraynanı işğal etməyə hazırlaşması ilə bağlı xəbərləri gərginliyin artmasına hesablanmış boş və əsassız fikir adlandırıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam