Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Cozep Borrell: -"Belarus ikinci Ukrayna olmamalıdır"

Cozep Borrell: "Belarus ikinci Ukrayna olmamalıdır"

"Belarus ikinci Ukrayna olmamalıdır".

Yenixeber.org: Bunu Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Komissarı Cozep Borrell Berlində Almaniya Xarici İşlər naziri Hayko Maasla keçirdiyi birgə mətbuat konfransında deyib.

"Ötən həftə Rusiya Xarici İşlər naziri Sergey Lavrovla Belarus barədə danışdım. Belarus geosiyasi məsələ deyil, olmamalıdır da. Belarus ikinci Ukrayna olmamalıdır. Belarus xalqı kimə - Aİ-yə, yoxsa Rusiyaya daha yaxın olmaq məsələsini müzakirə etmir. Əsas məsələ Belarusda demokratiya, azadlıqlar və insan haqları ilə bağlıdır", - deyə Cozep Borrell bildirib.

Aİ-nin Ali Nümayəndəsi deyib ki, Rusiya tərəfi də baş verənlərin Belarusun daxili işi olduğunu və Belarusun daxili işlərinə müdaxilə etməyəcəyini bildirib.

"Əgər Rusiya bir ölkənin müstəqilliyinə, suverenliyinə inanırsa, o zaman Rusiya Belarus xalqının arzularına və demokratik seçimlərinə hörmət edəcək. Rusiya indiyə qədər bunu deyib. Rusiya Prezidenti Vladimir Putin də Belarusa müdaxilənin olmayacağını bildirib. Ümid edirəm ki, bu, baş verməyəcək", - deyə Borell vurğulayıb.

Sanksiyalarla bağlı suala cavabında C. Borrell bildirib ki, o, sanksiya siyahısı barədə məlumat verə bilməyəcək, çünki hələ Aİ-yə üzv dövlətlər bu siyahı üzərində işləyir.

"Əvvəlki siyahı qısa idi, orada 12 nəfərin adı vardı, daha sonra bu rəqəm 20-yə yüksəldi. Növbəti günlərdə bu rəqəmin artacağı gözlənilir, çünki üzv ölkələr yeni adlar təqdim edir. Bütövlükdə isə hər şey rejimin bundan sonra necə davranacağından asılı olacaq", - deyə Ali Nümayəndə əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam