Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Kreml Aleksandr Lukaşenkoya hərbi kömək göstərməyəcək-RƏSMİ

 


         

  Kreml hazırkı anda Belarus hakimiyyətinə hərbi kömək göstərməyi düşünmür.

Yenixeber.org: Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, hərbi yardımın məsələsinin şərtləri kollektiv təhlükəsizlik haqqında müqavilədə dəqiq göstərilib və burada yalnız xaricdən təhdid yarandıqda belə bir variantın yarana biləcəyindən bəhs edilir.

“Kollektiv təhlükəsizlik haqqında”, habelə “İttifaq dövləti haqqında” sazişlərə gəldikdə, burada həqiqətən tərəflərin qarşılıqlı yardım göstərməklə bağlı bəzi öhdəlikləri nəzərdə tutulub. Lakin siz də bilrisiniz ki, indi buna ehtiyac yoxdur və bunu rəsmi Minsk də təsdiq edir”,-deyə o, söyləyib.

Jurnalistlər hər halda belə bir situasiyanın doğa bilmək ehtimalı barədə D.Peskova sual ünvanalayıblar. Rusiya rəsmisi cavabında bu məsələ ilə bağlı yürüdülən “fərziyyə xarakterli düşüncələri” belə “qəbuledilməz və qeyri-mümkün” hesab etdiklərini bildirib.

“Bizə görə, beloruslar bu problemi xaricdən hər hansı müdaxilə olmadan özləri hüquqi çərçivədə həll edəcəklər”,-deyə o, vurğulayıb.

Mətbuat nümayəndələrinin “Rusiyanın hərbi texnika kolonlarının Belarus istiqamətininə yol alması” ilə bağlı sualına cavab olaraq isə Dmitri Peskov “Rusiya hərbi texnikası ölkəmizin bütün ərazisində yerləşir. Ona görə də burada bu barədə hər hansı şərhə lüzum görmürük”,-deyə qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam