Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“RUSLARA AQRESSİV CAVAB VERİLƏCƏK” –ABŞ-ın BMT-dəki rəsmi nümayəndəsi Moskvanı hədələdi

Vaşinqton Ukraynaya müdaxilə halında hərbi cavabı da istisna etmir

Yenixeber.org: “Biz artıq demişik ki, cavab baxımından masa üzərindən heç nəyi götürmürük.”

Bunu ABŞ-ın BMT-dəki rəsmi nümayəndəsi Linda Tomas-Qrinfild deyib. 

Diplomat bunu ABŞ-ın Rusiyanın Ukraynaya müdaxiləsi halında Vaşinqtonun hərbi cavab verib-verməyəcəyinə dair suala cavab olaraq deyib. L.Tomas-Qrinfildin sözlərindən belə çıxıb ki, ABŞ sadəcə sanksiyalarla kifayətlənməyəcək və hərbi cavabı da gündəliyində saxlayır.

Moldovanın “Jurnal TV” kanalına müsahibə verən ABŞ-ın BMT-dəki nümayəndəsi deyib ki, Vaşinqton məsələnin diplomatik yolla həllinə ümid edir, lakin istənilən digər varianta da hazırdır: “Rusiyanın Ukraynaya müdaxiləsi halında ABŞ qətiyyətli hərəkət edəcək. Ruslar ABŞ-ın aqressiv cavabı barədə yaxşı məlumatlıdırlar. Onlar bunu ABŞ Prezidentindən də, Dövlət katibindən də və burada, Nyu-Yorkda məndən də eşidiblər. Biz artıq demişik ki, cavab baxımından masa üzərindən heç nəyi götürmürük. Biz 2014-cü ildən ukraynalılarla işləyirik. Biz onların silahlı qüvvələrinə dəstək üçün 2.7 milyard dollarlıq yardım etmişik. Dövlət katibinin Ukraynaya səfəri zamanı isə əlavə hərbi yardım barədə məlumat verildi.”

Diplomat İtaliyanın “RAİ” kanalına açıqlamasında isə Rusiyanı bir daha xəbərdar edib: “Rusiyanı və Sizi inandırırıq ki, əgər onlar yenə Ukraynaya doğru aqressiv hərəkətə keçsələr, rusların bütün addımlarına aqressiv şəkildə cavab verəcəyik.”

 

“Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam