Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Uşaq bağçasına dönən ordu:Papikyan kütləvi ixtisarlara hazırlaşır

Uşaq bağçasına dönən ordu:  Papikyan kütləvi ixtisarlara hazırlaşır   
Ermənistanda Müdafiə Nazirliyi ilə bağlı qalmaqallar səngimək bilmir. İkinci Qarabağ müharibəsindən bir il keçməsinə baxmayaraq ordu rəhbərliyi, yüksək rütbəli hərbi məmurlar bir neçə dəfə dəyişdirilib. Məğlub nazir David Tonoyan isə bir sıra generalları ilə bərabər həbsə atılıb.
Yenixeber.org: Artıq baş nazir Nikol Paşinyanın yeni təyin etdiyi müdafiə naziri Suren Papikyan da nazirlikdə "təmizlik işləri" aparmağa başlayıb.Bu barədə “Joğovurd” nəşri məlumat yayıb. Qəzet yazır ki, Suren Papikyan təyinatdan sonra mütəmadi olaraq Müdafiə Nazirliyinin müxtəlif idarələrinin əməkdaşlarını toplayıb onların funksiyaları, gördüyü işlərlə şəxsən tanış olur. Müdafiə Nazirliyinin rəhbərliyində keçirilən görüşlər nəticəsində müəyyən təhlillər aparılıb və ordudakı durumu daha da ağırlaşdıran bəzi formalaşmış "ənənələri" aradan qaldırmaq üçün kadr dəyişiklikləri qərara alınıb.

- Məsələ burasındadır ki, yeni təyin olunmuş nazir öyrənib ki, nazirliyin struktur bölmələrinin əməkdaşları müəyyən vacib işlərin yerinə yetirilməsinə görə məsuliyyəti bir-birinin üzərinə atırlar, bir çox hallarda isə iş getmirlər... Belə halları aradan qaldırmaq üçün yaxın vaxtlarda Müdafiə Nazirliyinin bəzi idarələrində kütləvi ixtisarlar olacaq,-ölkənin tanınmış nəşri yazıb.

Qeyd edək ki, Suren Papikyan Nikol Paşinyanın ən yaxın dostlarından və etibar etdiyi kadrlardan sayılır. Ermənistan hüquq-mühafizə orqanlarında, xüsusən də məhkəmələrlə ordu sistemində hələ də "köhnələrin"-Qarabağ klanının xeyli sayda kadrı və tərəfdarı qalmaqdadır. Orduda ciddi islahatların labüdlüyü hələ bu ilin əvvəlində baş qərargah rəisi Onik Qasparyanın Nikol Paşinyanla ciddi münaqişəyə girməsi ortaya qoymuş oldu.



Xatırladaq ki, Qasparyan bəyanat yayaraq Nikol Paşinyanı istefa verməyə çağırmışdı. Bunu dövlət çevrilişi cəhdi kimi qiymətləndirən baş nazir generalı işdən azad etdiyini demiş və müvafiq müraciəti imzalanması üçün prezidentə göndərmişdi. Prezident Armen Sarkisyan Baş qərargah rəisini istefaya yollamaqdan imtina etmişdi. Ümumilikdə isə Qasparyandan sonra da ordu rəhbərliyi bir neçə dəfə uğursuz fəaliyyət və digər müəmmalı məqamlara görə dəyişdirildi. Məhz bu səbəbdən yerli media "nazirlik uşaq bağçasına dönüb" yazaraq tez-tez rəhbər dəyişikliyinin baş verməsini təhlükəli məqam kimi qiymətləndirir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam